Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

MSK iddiaları araşdırdı: “Bu seçki məntəqələrində qanun pozuntuları...“

Tarix 14.09.24, 17:00

Font ölçüsü : - / +
bitmap-img6


Sentyabr 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsinin bəzi seçki məntəqələrində pozuntuların olması haqqında iddialar araşdırılıb.

"Report" xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, bu şikayətlə Muxtarlı Qələndər Şamil oğlu müraciət edib:

"Ərizəçi müraciətində göstərib ki, dairənin bir çox məntəqələrində səsvermə günü proses qanunauyğun aparılmayıb. O, 27 seçki məntəqəsində səsvermənin nəticələrini mübahisələndirib, müşahidəçilərə maneə yaradıldığını iddia edib və müraciətinə 32 akt, videogörüntülər əlavə edib".

A.Muxtarovanın sözlərinə görə, namizədin MSK-ya təqdim etdiyi 87 videonun əksəriyyəti başqa dairələrdə qeydə alınanlardır:

"Bununla bərabər videogörüntülərdə vətəndaşların seçki hüququnu həyata keçirməsinə mane olan hallar aşkarlanmayıb. Araşdırmanın nəticəsində namizədin şikayətinin əsassız olduğu müəyyənləşdirilib və təmin edilməyib".

Bundan başqa, sentyabr 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində 42 saylı Sumqayıt ikinci seçki dairəsinin bəzi seçki məntəqələrində pozuntular haqqında iddialar araşdırılıb.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, bununla bağlı qeydə alınmış namizəd Mahmudova Yasəmən Tağı qızı quruma müraciət edib:

"Namizəd seçki dairəsi üzrə nəticələrin etibarsız hesab olunmasını xahiş edib. O, bəzi seçki məntəqələrində qanun pozuntularının baş verdiyini iddia edib, müraciətinə aktlar və foto-video görüntülər əlavə edilib.

Araşdırma zamanı Yasəmən Mahmudovanın nəticələrini mübahisələndirdiyi seçki məntəqələri üzrə iddialar 27 saylı seçki məntəqəsi istisna olmaqla iddialar əsasını tapmayıb. Dairə üzrə yalnız həmin məntəqədə nəticələr ləğv edilib".

Həmçinin 65 saylı Salyan-Neftçala-Biləsuvar seçki dairəsinin bəzi seçki məntəqələrində pozuntular haqqında iddialar araşdırılıb.

MSK-nın və Ekspert qrupunun üzvü Baxşeyiş Əsgərovun təqdimatına əsasən, bununla bağlı həmin dairədə qeydə alınmış namizəd Dadaşov Rəşad Rufik oğlu müraciət edib: "Namizəd seçkiqabağı təşviqat kampaniyasında və seçki günündə qanunsuz halların baş verdiyini iddia edib. O, müraciətinə sənədlər, fotoşəkillər və 37 videogörüntü də əlavə edib".

MSK üzvü qeyd edib ki, araşdırma zamanı namizədin iddialarının əsassız olduğu müəyyənləşdirilib. Buna görə də onun iddiaları əsassız hesab edilib.



Xəbərin oxunma sayı : 619




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap