Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

İş adamı ilə dövlət qurumu arasında cərimə qalmaqalı - Əlövsət Orucov niyə cərimələnib?

Tarix 10.09.24, 19:16

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi iş adamı Əlövsət Orucovu cərimələyib. 

Qaynarinfo-nun məlumatına görə, iş adamına İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə yazılıb. 

Bu maddədə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır. İttihamdan belə aydın olur ki, Əlövsət Orucov işçiləri müqaviləsiz çalışdırıb. 

Bu maddədə inzibati cəza növü kimi fiziki şəxslərin 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək, hüquqi şəxslər isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir.

İş adamı dövlət qurumunun qərarından məhkəməyə şikayət verib. Onun şikayətinə Nərimanov Rayon Məhkəməsində baxılacaq. İş hakim Xalidə Əlisoyun icraatındadır. 

Əlövsət Orucov "Harmony İndustrial Construction And Engineering Group" MMC-nin rəhbəridir.

Bu şirkət dövlət satınalmalarında fəal iştirak edir. Mediada "tender kralı" kimi təqdim edilən sözügedən MMC haqqında məlumatları təhlil edərkən aydın olur ki, şirkət bəzən külli miqdarda vergi borcu olduğu halda da tenderlərdə qalib elan edilib.



Xəbərin oxunma sayı : 1087




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap