Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Bakıda yeraltı keçidə su damır - VİDEO

Tarix 12.09.24, 15:34

Font ölçüsü : - / +
bitmap-img6


Bakının Səbail rayonunda yerləşən yeraltı piyada keçidlərindən birində xoşagəlməz vəziyyət yaranıb. 

Bununla bağlı “Qafqazinfo”ya həmin ərazidə yaşayan, adının açıqlanmasını istəməyən vətəndaşlardan biri müraciət edib. 

O bildirib ki, Su İdman Sarayının qarşısında yerləşən keçidin tavanından artıq iki həftədən çoxdur ki, su damır. 

Vətəndaş qeyd edib ki, əraziyə qablar qoyulsa da, su ətrafa yayılır. Keçidin sürüşkən olması isə insanların, xüsusilə uşaqların və yaşlıların keçiddə hərəkətinə təhlükə yaradır. 

Məsələ ilə əlaqədar keçidlərə cavabdeh qurum olan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) açıqlama verməyib.

Suyun damması ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində isə bildirili ki, “Su İdman Sarayının yanındakı keçidin tavanından suyun axmasının İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqəsi yoxdur. Adətən belə hallar ətraf ərazilərin normadan artıq sulanması nəticəsində baş verir. Ərazilərdə yaşıllıqların sulanması işləri Xidmətin fəaliyyət sferasına aid deyil”.

Həmin görüntüləri təqdim edirik:





Xəbərin oxunma sayı : 1108




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap