Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Koronavirus şəklini dəyişib tanınmaz oldu: COVID-19 yeni “sürprizini“ hazırlayır

Tarix 14.09.24, 16:07

Font ölçüsü : - / +
bitmap-img6


"Pandemiya başlayandan bəri koronavirusun antigen portreti çox dəyişib".

AzFakt.com Oxu.az-a istinadla verdiyi məlumata görə, bu barədə Rusiyanın Fundamental və Translasiya Tibbi Federal Tədqiqat Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalar Laboratoriyasının rəhbəri, virusologiya professoru Aleksandr Çepurnov bildirib.

"Əgər əhalinin əsas kütləsinin keçirdiyi xəstəliyi (ilkin variant, delta, omikronun ilk variantları) nəzərə alsaq, son iki ildən bir az artıq müddətdə o qədər mutasiya baş verib ki, virusun antigen portreti əvvəlkindən xeyli fərqlənir. Yeni variantlar, həmçinin bundan əvvəl vaksinasiya və ya xəstəliyi keçirməklə əldə edilmiş immunitetdən qaçma qabiliyyətinə malikdir", - deyə virusoloq bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində baş verən əsas dəyişiklik koronavirusun daha az patogen istiqamətdə dəyişməsidir.

"Yəqin ki, biz qripəbənzər vəziyyətə doğru irəliləyəcəyik və ya vaksinlərin yeni variantlarını sürətlə hazırlamağı öyrənəcəyik", - deyə professor sözlərini yekunlaşdırıb.



Xəbərin oxunma sayı : 850




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap