Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Qiymətləri ucuzlaşmayacaq, əksinə bir az da bahalaşacaq“ - Ekspertdən xəbərdarlıq

Tarix 13.02.17, 16:42

Font ölçüsü : - / +
bitmap-img6


"Son 2 ildə qiymət artımının əsas səbəbi manatın devalvasiyası ilə izah edilirdisə, hazırda onun əksinin müşahidə olunmasına baxmayaraq, qiymətlər yenə də bahalaşmaqda davam edir. Deməli, qiymət artımı ilə manatın devalvasiya arasında birbaşa əlaqə olduğundan əslində manatın möhkəmlənməsi qiymətlərin ucuzlaşmasına gətirib çıxarmalı idi. Amma bu baş vermədi".

AzFakt.com xəbər verir ki, iqtisadçı ekspert Qubad İbadoğlu bu barədə firkini bildirib ki, qiymətlərin enməməsinə səbəbi izah etmək üçün öncə manatın məzənnəsində dəyişikliklərin hansı məhsulların qiymətinə təsir edə biləcəksə, bunu müəyyənləşdirmək lazımdır: "Bu məsələyə hökümətin təbirincə yanaşsaq, bəlli olacaq ki, manatın devalvasiyasına görə, Azərbaycana idxal olunan Aİ-95 Premium və Aİ 98 Super markalı benzinin qiyməti fevralın 1-dən, ölkəmizdə satılan təbii qazın müəyyən hissəsinin hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq əməliyyat şirkətlərindən ABŞ dolları ilə alınması və digər səbəblərə görə təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri yanvarın 1-dən bahalaşdırılıb.

Göründüyü kimi, hər iki qiymət artımına dair qərarlar manatın devalvasiya ilə əlaqələndirilib. Bu məntiqlə də hazırda manatın dollara nəzərən möhkəmlənməsi həm ixdal benzinin və həm də təbii qazın qiymətini ucuzlaşması üçün əsaslar yaradır”.

İqtisadçı düşünür ki, bu məhsulların qiymətlərinin aşağı düşməməsinə səbəb, bahalaşması bu fəaliyyətlə məşğul olan şirkətlərin bazarda hökmran mövqeyi və inhisarçılıq fəaliyyəti ilə əlaqədardır: "Onda sual olunur, əgər dövlət şirkətləri iqtisadiyyatın bu sadə qanunauyğunluğuna əməl edib, benzinin və qazın qiymətlərini ucuzlaşdırmırsa, onda özəl bölmə nəyə görə bu qanunlara tabe olmalıdır?! Baxmayaraq ki, son günlərdə manatın məzənnəsi möhkəmlənəndən sonra əhalinin özəl bölmədən gözləntiləri artıb. Hamı gözləyirdi ki, tezliklə ticarət şəbəkələrində, xüsusilə də iri supermarketlərdə istehlakçılara təklif olunan idxal mallarının qiymətləri ucuzlaşacaq. Çünki, satışa çıxarılan bəzi ərzaq məhsullarından tutmuş məişətdə istifadə olunan müxtəlif yuyucu vasitələrə qədər çoxçeşidli mallar ölkəyə idxal olunur.

Qubad İbadoğlunun fikrincə qiymətlərin enməməsinə daha bir səbəb manatın məzənnəsinin uzunmüddətli dövrdə bahalaşacağına, onun bu və ya ondan aşağı səviyyədə qərarlaşacağına nəinki özəl sahibkarlar, hətta dövlətin biznes fəaliyyətini həyata keçirənlərin belə inanmamasıdır: "Onların gözləntisi odur ki, tezliklə manat yenidən dollara nisbətdə ucuzlaşmaya başlayacaq.

İkincisi, idxal olunan ərzaq məhsulları və məişətdə istifadə olunan malları Azərbaycana gətirən və onun topdansatışı ilə məşğul olan şirkətlərin həmin məhsullar üzərində monopoliyası və ya oliqopoliyası mövcud olduğundan onların qiymətlərə nəzarətini və təsirlərini saxlanılmaqdadır. Əsasən oliqarx-məmurlara məxus olan bu şirkətlər hazırkı şəraitdə məzənnə fərqindən də qazanmaqla daha çox gəlir əldə edirlər.

İqtisadçı son olaraq onu bildirdi ki, ötən ilin dekabrın 1-dən elektrik enerjisinin, bu ilin yanvar ayının 1-dən isə qazın qiymətlərinin kəskin bahalaşması ticarət şəbəkələrinin xərclərini artırdığından onlar da artan xərclərini məzənnə fərqindən yaranan gəlirlərlə kompensasiya etməyə üstünlük verirlər: "Bütün bunlar onu göstərir ki, ölkədə rəqabətli bazarlar formalaşmayınca, istehlak qiymətləri ucuzlaşmayacaq, əksinə bir az da bahalaşacaq. Odur ki, çıxış yolu yetkin və sərbəst bazar iqtisadi modelinə keçidi təmin edən liberallaşdırma islahatlarındadır” – deyə iqtisadçı ekspert əlavə edib.



Xəbərin oxunma sayı : 292




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap