“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Qlobal istismar və ədalətsizlik sisteminə xidmət edir” - Türkiyədə “İnstaqram” buna görə bloklanıb?

Tarix 02.08.24, 12:23

Font ölçüsü : - / +
bitmap-img6


Məlum olduğu kimi, bu gün qardaş ölkə Türkiyədə dünyanın aparıcı sosial şəbəkə platformalarından olan “İnstaqram” bloklanıb.

AzFakt.com xəbər verir ki, Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə Qurumunun (BTQ) qərarı əsasında səhər saatlarından "İnstaqram"a giriş qadağan edilib.

Bu barədə Türkiyə KİV-lərində yer alan xəbərlərə görə, buna səbəb Prezident Administrasiyasının rabitə şöbəsinin rəhbəri Fahrettin Altunun HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı verdiyi başsağlığı mesajlarının “İnstaqram” tərəfindən silinməsi olub.

Qeyd edək ki, Altun daha sonra paylaşım edərək “İnstaqram”ın bu senzurasını tənqid edib.

Onun həmin paylaşımını təqdim edirik:“İsrail nə qədər fələstinlini öldürsə də, Fələstinin haqq işi tarixdən silinməyəcək. İsrail dövləti məhkəməsiz edamlar, sui-qəsdlər, işğal və soyqırımların icraçısı kimi tarixə düşəcək. İnsanların Haniyənin şəhadəti ilə bağlı başsağlığı mesajı göndərməsinə mane olan “İnstaqram” sosial media platformasını da şiddətlə qınayıram.

Bu, çox aydın və aşkar senzura cəhdidir. Qlobal istismar və ədalətsizlik sisteminə xidmət etdiyini dəfələrlə nümayiş etdirən bu platformalara qarşı ifadə azadlığını müdafiə etməyə davam edəcəyik. Biz hər fürsətdə və hər platformada fələstinli qardaşlarımızın yanında olacağıq. Fələstin gec-tez azad olacaq. İsrail və onun havadarları bunun qarşısını ala bilməyəcək”.

Qeyd edək ki, qadağanın hansı müddətdə davam edəcəyi barədə hər hansı açıqlama verilmir. (azpolitika)



Xəbərin oxunma sayı : 1114




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap