Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

İqtisadiyyat nazirinin müavini:“Azərbaycanda 154 alman şirkəti fəaliyyət göstərir“

Tarix 27.09.19, 11:30

Font ölçüsü : - / +
bitmap-img6


“İndiyə qədər Azərbaycanla Almaniya arasında 70-dən çox sənəd imzalanıb”.

Bunu Bakıda keçirilən Azərbaycan-Almaniya biznes forumunda İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.

Onun sözlərinə görə, hazırda iki ölkə 9 müştərək layihənin icrasını davam etdirir: “4-ü yerli, 5-i beynəlxalq olmaqla ümumilikdə 9 müştərək layihənin icrası davam etdirilir. Bu layihələrin ümumi dəyəri 30 milyon avro civarındadır”.

N.Səfərov həmçinin qeyd edib ki, hazırda 154 alman şirkəti müxtəlif sahələr üzrə ölkəmizdə fəaliyyət göstərir: “Bu şirkətlərdən bəziləri Azərbaycanda icra edilən, ümumi dəyəri 1,6 milyard dollar olan 66 layihədə podratçıdır. İndiyə qədər Almaniya Azərbaycana 615 milyon dollar investisiya yatırıb ki, bunun da 96%-i qeyri-neft sektoruna yönəldilib. Azərbaycan isə Almaniyaya 3 milyard dollar investisiya qoyub”.

Onun sözlərinə görə, bu ilin yanvar-iyul aylarında Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin dəyəri 1 milyard dolları keçib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 24% çoxdur: “Almaniya Azərbaycanın 2-ci ən böyük ticarət tərəfdaşıdır, bu ölkədən idxal etdiyimiz malların dəyərinə görə isə 1-ci yerdədir”.  (Report)




Xəbərin oxunma sayı : 223




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap