![]() |
|


8.jpg)











“Ramiz Mehdiyev ara qarışdırmaq üçün ona tapşırıq verib“ - Elton Məmmədov
Tarix 28.01.22, 16:25 |
|

Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri, keçmiş deputat Elton Məmmədovun “Qafqazinfo”ya müsahibəsi:
- Elton müəllim, son günlər barənizdə xüsusi ittiham qaydasında məhkəməyə şikayət olunması ilə bağlı mətbuatda məlumat yayılıb. Bu barədə danışmağınızı istərdik.
- Bunlar ictimaiyyəti yanlış istiqamətə sürükləmək, AMEA-da olan dedi-qodunu artırmaq üçündür. Orada hazırda hüquq şöbəsinin rəisi olan Kamal Əliyev birbaşa şəxsi məsələləri ilə Akademiya fonunda ara qatmaq istəyir. Əgər akademiyanın nüfuzu qalıbsa ondan istifadə edib öz məsələlərini həll etmək istəyir. Yəni, orada yazır ki, bundan əvvəlki verdiyim müsahibədə guya mən onu təhqir etmişəm. Mən çoxdandır ictimaiyyətdə müzakirə edilən məsələyə toxunmuşam. Bəli, demişəm ki, belə adamların Tərtər hadisələrində müəyyən cinayət işlərində adları gedir. Bu ictimailəşmiş bir məsələdir, mən ictimailəşdirməmişəm. Mən də demokratik cəmiyyətin bir vətəndaşı kimi öz fikrimi söyləmişəm.
Bunlar birinci instansiyadakı məhkəməni uduzdular. Məhkəmə ədalətli olaraq məni öz vəzifəmə bərpa etmək haqqında qərar qəbul etdi. Bundan qıcıqlanan AMEA rəhbərliyi həm vaxt udmaq, həm də növbəti dəfə ara qarışdırmaq üçün həmin Kamal Əliyevə tapşırıq verərək, onun öz vəzifə səlahiyyətlərini aşaraq, vəzifəsindən sui-istifadə edərək, orada oturduğu kabinet dövlətin, kompüter dövlətin, istifadə etdiyi hər şey dövlətin olmasına baxmayaraq şəxsi maraqlara yönəldilib.
- AMEA-da dedi-qodu dediniz, bunun səbəbi nədir?
- AMEA-da heç vaxt bu qədər dedi-qodu olmayıb. Hərə öz işini bilib, öz işi ilə məşğul olub. Dedi-qodu iş olmayan yerdə olur. Aidiyyəti üzrə vəzifə səlahiyyətlərini icra etməyən və etmək istəməyənlər və yaxud o sahədə bilgiləri olmayan adamlar belə dedi-qodu yaradırlar.
- Son günlər AMEA-da baş verənlər geniş müzakirə olunur, bu barədə də fikirlərinizi bilmək istərdik.
- Mən yenə deyirəm, Ramiz Mehdiyevin idarəetmə sistemi bu gün AMEA-nın tam məhvinə yönəldilib. Sistem deqradasiyaya
uğrayıb. Artıq mən bir azərbaycanlı kimi, bir vətəndaş cəmiyyətinin üzvü kimi bundan narahatam. Ona görə arzu edirəm ki, AMEA dövlətimizin adına, dövlətdə gedən inkişafa uyğun, dövlətin inkişafının tərkib hissəsində ehtiyac duyulan sahələrə elmi yeniliklər, innovativ düşüncələr gətirən bir elm ocağı olsun. Adı və kollektivi böyük, amma faydalı iş əmsalı ortaya qoyulacaq, dövlətimiz və xalqımız adından dünya elminə inteqrasiyası sıfıra bərabərdir. Ölkə rəhbərinin apardığı uğurlu siyasətdə, ölkə rəhbərinin müəyyənləşdirdiyi ölkənin inkişafı ilə bağlı prioritet məsələlərdə bu gün elmin kompenent olaraq heç bir faydası yoxdur, görünmür. Pandemiya dövründə də özünü göstərdi ki, bu qədər institutlarımız var, heç biri konkret bir təklif və elmi yanaşma ortaya qoya bilmədi. Heç olmasa dünyada gedən proseslərə Azərbaycan elmi də inteqrasiya etsin. Ən azı keçmiş postsovet məkanı dövlətlərinin arasında ölkəmizin də adı çəkilsin. Bütün bunlar elm adamı kimi məni narahat edir.
- Bəs məhkəmə ilə bağlı nə demək istərdiz?
- Mən heç kəsi məhkəməyə verməmişəm. Sadəcə olaraq mənə olan təzyiqdən, mənə olan əmək məcəlləsinə zidd qanun pozuntularından narahatam. Ölkə rəhbərinin adından istifadə etdilər, hədə-qorxu gəldilər, mən araşdırandan sonra gördülər ki, elə deyil. Mən gördüyüm işləri davam etdirmək üçün müəyyən məsələləri araşdırdım, ona görə öz vəzifəmə dönmək istəyirəm. Bu da əmək məcəlləsinə zidd prossesual müddət bitəndən sonra mənə cavab verdi ki, bu əmək məcəlləsinə ziddir. Mən bu tələbləri məhkəmə qarşısında qoydum. Məni ondan sonrakı, ikinci mərhələyə Apellyasiya Məhkəməsinə verdilər. Mən Ramiz Mehdiyevi məhkəməyə verməmişəm.
Ramiz Mehdiyev AMEA-nı öz ağlı ilə, öz düşüncəsi ilə idarə edə bilmir. Mən bunu yenə deyirəm, bundan çəkinmirəm. Elm qalıb bir qıraqda, dövlətin o sahəyə istiqamətlənmiş inkişafı ilə bağlı məsələlər qalıb kənarda, bu gün ancaq çəkişmələr olur. Hər gün səhərdən axşama qədər AMEA ilə bağlı məsələlər gündəmə gəlir. Nə qədər demokratikləşmə getsə də bu sahədə görünür ki, oranın əməkdaşları ağsaqqal, ağbirçək adamlardır bəlkə də abırlarından utanırlar. Ramiz Mehdiyev gələndən sonra sanki Prezident Administrasiyasında icra başçılarını yığıb iclas keçirir. Daha demir ki, elm sərbəst diskusiyanı xoşlayır. Fərqli fikirlər, mülahizələr var, bunların ümumiləşdirilmiş yanaşması var. Yanaşmadan sonra bunun elmi texnoloji transferi var. Bu texnoloji transferdə ölkə yeni texnologiya qazanmalıdır. Qeyri-neft sektoru inkişaf etməlidir. Neft sektorunun özü ilə bağlı bizim institutlarımız var. Elm qalıb bir qıraqda başqa işlərlə məşğul olurlar. Ölkə rəhbəri bizi qeyri-neft sektorunun inkişafına səsləyir. Gəlin o sahəyə alimlərin, akademiklərin, professorların patentləri var, onları sərgiləyək. Bunların içərisindən yeniliklər, texnologiya, iqtisadiyyatımızın dayanıqlılığını təmin etmək üçün yeni texnologiyalar gətirək. Ölkənin elmini istehsalata transfer edək. Biz bunu deyirik, bu isə fikirlərə tamamilə önəm vermir. Çünki, o sahədən Ramiz Mehdiyevin anlayışı yoxdur. Bunu mən dəfələrlə demişəm.
Akademiyaya nə qədər cihaz, avadanlıqlar, qurğular alınıb. İşlədiyim qısa bir müddətdə invertarların reyestrini yaratmışam. Reyestr yaratmaqda məqsəd o idi ki, xüsusilə Qarabağın işğal altında olan torpaqlarımız azad olunandan sonra deyirdim ki, Ramiz müəllim, inşallah, cənab Ali Baş Komandanın səyi nəticəsində bu işlər görüləcək. Torpaqlarımız eroziyaya uğrayıb. Deyirdim ki, bunların təmizləməsindən tutmuş, hər şeyi öyrənməliyik. Reyestr yaratdıq ki, ölkə rəhbərinin siyasətində prioritet sahələrin elmi tətqiqatını aparmaq üçün, yeni bir texnologiya ortaya çıxarmaq üçün biz bilək ki, Azərbaycanın hansı maddi texniki bazası var. Bunlar hamısı pərakəndə batıb gedirdi, amma mən bütün bu işləri ortaya çıxardım. Labirint kimi qurulmuş özbaşınalıq, “avadanlıq silmələr” üzə çıxdı. Hər bir hüquqi təşkilatın özünün balans anlayışı var. Burada invertar nömrələr olmalıdır. Yalandan avadanlıq alınır, 500 minlik, 1 milyonluq avadanlıq silinir. Mən gələndən ancaq daxili əmrlərlə onların hamısını balans sahiblərini müəyyənləşdirib, dedim ki, Ramiz müəllim, onlar invertarlaşmada hərəsi öz balansında oturmalıdır ki, məsul şəxsi müəyyənləşdirə bilək. Təsəvvür edin, mən ora gələnə qədər əmlakı nəhəng akademiyanın bir nəfər maddi məsul şəxs haqqında müqaviləsi yox idi. Fikir verirsiniz nə qədər hüquqi boşluq var.
Şərq-Qərb Nəşriyyatının çap məhsulları gəlib ünvana təhvil-təslim edilmədən qaimə-fakturalar imzalanırdı. Buna nə deyirlər? Mal-material verilmədən, çap məhsulları verilmədən yalandan qaimə fakturalara qol çəkilib 10 milyonlarla vəsait mənimsənilib.
Ancaq onlar elə iddia edirdilər ki, guya Şərq-Qərb nəşriyyatının çap məhsullarının AMEA Rəyasət Heyəti qarşısında heç bir öhdəliyi yoxdur. Xeyr! Öhdəlik yerinə yetirilməyib. 2011-2012-ci illərdə bu qədər milyonlar məhsul verilmədən, yalandan qaimə fakturalara qol çəkilib.
Tenderlərdə milyonlarla vəsait mənimsənildi. Xaricdə təhsil alan alimlərin, akademiklərin bir neçəsinin başqa yerlərdə işləyərək inzibati vəzifə daşıyaraq əmək haqqı alması qanuna ziddir.
Elmi kitabxanalarda olan özbaşınalıqlar, dövlətin sərvəti olan milli elmi kitabxananın milyondan çox kitabının silinməsi, oğurlanması. Antik kitabların, dəyəri 100-200 min civarında olan kitabların yoxa çıxarılması. 150-dən çox kompüterin ümumi yeni kitabxanadan oğurlanması. Bütün bunlar Ramiz Mehdiyev PA rəhbəri olanda, birbaşa humanitar sahəyə rəhbərlik edən Fatma Abdullazadənin dövründə olub. Hamısı Ramiz Mehdiyevin, İsa Həbibbəylinin kurasiyasında olub.
Yaxşı, məni çıxardın, məndən əvvəl ona səslənən təzə təyin etdiyin vəzifənin daşıyıcısına özbaşınalıqlara imza atmadı deyə vəzifədən uzaqlaşdırdın. Gördülər ki, Rasim Ağasıyev, Elton Məmmədov bu dərinlikləri bilir və prinsipial mövqedə olacaq, mənə zəng edib tapşırıq verdi ki, mən kitabxana işinə qarışmayım. Dedim ki, Ramiz müəllim, mən sizin maraqlarınızı təmin edirəm, sizin də marağınız dövlət marağıdır. Mən dövlətin mənafeyini qoruyan bir adam, niyə bu komissiyada olmamalıyam? Çünki, ona dedilər ki, Elton Məmmədov kəskin mövqe bildirəcək. Bildirməliyəm də. Çünki mən ölkə rəhbərinin siyasətində həmişə prinsipial mövqedə olmuşam. Dövlətimin mənafeyini həmişə üstün tutmuşam.
- Siz bunları Ramiz Mehdiyevə deyəndə o nə cavab verdi?
- Heç bir şey. Mənə dedi ki, deyirəm, qarışma, qarışma vəssalam. İsa Həbibbəylinin sözünü eşidirdi. Əvvəl mənim sözümü eşidirdi, görürdü ki, ağıllı təkliflər verirəm, boşluqları doldurmaq istəyirik. Burda nizam-intizam yaratmaq istəyirik.
- Siz Ramiz Mehdiyevin AMEA-dakı ilk təyinatlarından birisiniz. Nə qədər müddət və konkret hansı hadisələrdən sonra vəziyyət bu yerə gəldi?
- AMEA-nın Rəyasət Heyətinin binasında mən Azərbaycan SSR Elmlər Akademiyası sözünü dəyişdim. Ölkə rəhbərinin milli dilin tətbiqi ilə bağlı sərəncamına istinadən latın qrafikasında dəyişməyi çətinliklə etdim. Basqılara məruz qalsam da bunu etdim.
AMEA-nın mən gələnə qədər 50 kitab saxlamağa anbarı yox idi. Mən həmin binanın altında 1 milyon ədəd kitab üçün logistika mərkəzi yaratdım. Həmin binanın enerji təminatını həll etdim. Oranın enerji təminatı bərbad vəziyyətdə idi. Gedin görün mən oranı necə müasirləşdirmişəm, necə avadanlıqlar qoymuşam. Yüksək Texnologiyalar Parkında dövlətdən bir qəpik almadan dayanıqlı enerji təmin etmək üçün xətlər dəyişdirildi, üç transformator aldım. Mən bu işləri gördüm. Bundan başqa yenə dövlətdən bir qəpik almadan 800 kvadratmetrlik texniki transfer şəbəkəsi yaratdım. Bunları ölkə başçısının elmin siyasətinə dəstək verən, dövlətçiliyə xidmət edən bir insan kimi, vətəndaş kimi etmişəm. Bunların hamısı niyə hədər yerə getməlidir? Niyə o qədər işlər görülüb, indi həmin yerdən anbar kimi istifadə olunmalıdır? Universitetlərdə necə ki, elmi sahədən başlamışdım, pedaqoji fəaliyyətimlə yanaşı elmi tətqiqata rəhbərlik etməyə başlamışdım. Startap layihələrdə, elmi tətqiqat laboratoriyalarında, mərkəzlərdə tətqiqatın sonu tətbiq olmalıdır. Heç kim buna şərait yaratmır. Orada elə bir texnoloji transfer yaratdım ki, institutlar, universitetlər orada sərgi keçirsin.
Bütün bunlar Hesablama Palatasının aktında öz təsdiqini tapıb və mənim bu barədə söylədiklərim qərəzli mövqe kimi qiymətləndirilməsin, vətəndaş mövqeyi kimi qeyd edilsin.
- Elton müəllim, sizin AMEA-nın rəhbərliyinə qarşı “işə bərpa” və “əmək münasibətləri üzrə” iddianız təmin edilib. Yenidən AMEA-da fəaliyyətinizi davam etdirmək barədə nələr düşünürsüz?
- Niyə də istəməyim?! Əgər mənə etimad göstərilibsə, məhkəmə qərarı ilə ədaləti bərpa edərək məni işimə bərpa edibsə, mən də vətəndaş olaraq öz xidmətimi öz resursumu ölkə rəhbərinin siyasətinə həmişə yönəltməyə hazır olmuşam, bu gün də hazıram. Potensialım varsa, mənim arzumla potensialım üst-üstə düşürsə mən o sahəyə təbii ki yönəlməliyəm və buna hazıram.
Xəbərin oxunma sayı : 721
loading...
Müsahibə
Xəbərlər
-
İnstaqramda bu gün nələr paylaşdılar? - FOTOLAR
-
Heç nədən yüzlərlə milyon... - Mbappeni saxlamaq üçün PSJ nələr edir?
-
Pullu yol nə vaxt hazır olacaq? - VİDEO
-
Dövlət sifarişi ilə filmlərin çəkilməsi zamanı pozuntular aşkarlanıb
-
Putin qubernatora qəzəbləndi: “Qulaq as…”
-
Bu il istehlak bazarında kəskin bahalaşma var - VİDEO
-
Cozef Bayden İlham Əliyevi təbrik etdi
-
“Sülhməramlılar“dan daha bir təxribat - İndi də tariximizə qənim kəsiliblər - VİDEO
-
“Lotu Quli“nin adından istifadə...- 12 milyonluq əmlak ələ keçirən şəxsə cəza istənilib
-
Ermənilər ABŞ səfirini ölkədən qovmaq istəyirlər: “Treysi, get!”
-
Məktəblərin yaxınlığında satılan təhlükə: Uşaq içən kimi xəstələnir - Video
-
Xına qoymaq adı ilə qonşuya çağırılan 15 yaşlı qızı belə oğurlayıblar - TƏFƏRRÜAT
-
Jurnalist Qadir İbrahimli dəfn olundu - FOTOLAR
-
“Bakı İrəvandan öhdəliklərin yerinə yetirilməsini gözləyir” - Əli Əsədov
-
“Azov” alayının komandiri: “Mariupolun müdafiəsi dayandırıldı” - VİDEO
-
“Nar” yerli İKT peşəkarlarının yetişməsinə dəstək olur
-
Şəkidə kənd yolları niyə düzəldilmir? - VİDEO
-
Azərbaycana qar yağdı - FAKTİKİ HAVA
-
Yoluxma sayı açıqlandı - Koronavirus statistikası
-
Vilyam Hacıyev məktəb tikintisinə ayrılan pulun 181 min manatını mənimsəyib? - MƏHKƏMƏ
-
“Niyə dar günümdə yanımda olmadın?“ - Manafdan Vasifə
-
““Meymun çiçəyi“nə qarşı vaksinasiya mövcuddur“ - TƏBİB
-
“Türkiyəyə güzəştə gedəcək” – Ərdoğanın hansı tələbləri yerinə yetiriləcək?
-
Azərbaycanda Milli Müdafiə Universiteti yaradılıb – RƏSMİ
-
Komandanlıq çaşqın durumda - Rusiya Mariupoldakı qüvvələrini çıxarır
-
Azərbaycanda “Meymun çiçəyi” virusuna yoluxan var? - Açıqlama
-
Bu pomidorlarda təhlükəli zəhər olur - Diqqət
-
“Ali rəhbərlik Mariupolun müdafiəsini dayandırmaq əmri verib” - “Azov”un komandiri
-
Füzulidə peşə liseyi tikiləcək - SƏRƏNCAM
-
Çavuşoğlu və xanım həmkarı arasında şok dialoq - Otaqda gərgin müzakirə
-
Yağış yağacaq, duman olacaq - PROQNOZ
-
Azərbaycanda iki sahədə xidmət haqları 50 faiz artırıldı - QƏRAR
-
“Vilyam Hacıyev 30 min manat istədi, mübahisəmiz düşdü“ - Təhsil şöbəsinin sabiq müdiri
-
Buçada rusiyalı hərbçilərin cinayətlərinin yeni sübutları - FOTO/VİDEO
-
“Ünvanlı sosial yardım dayandırılsın, uşaq pulu verilsin” - Deputat
-
DTX qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş azərbaycanlını həbs etdi - FOTO
-
Tovuzda tonlarla yun həyətlərdə qalıb - VİDEO
-
5 il əvvəl törədilən qətlin üstü açılıb - Saxlanılan var
-
Brüsseldə daha bir Əliyev-Paşinyan görüşü olacaq – Avropa İttifaqının növbəti cəhdi
-
“Səhiyyə modulları tədricən fayda paketinə daxil ediləcək“ - Nazir
-
“Müharibənin son mərhələsi başlayıb“ - Zelenski
-
Jurnalist Qadir İbrahimli vəfat edib
-
Bakıda müəmmalı hadisə: Oynamaq üçün həyətə düşən üç bacı itkin düşüb
-
Lənkəran kəndlərini birləşdirən yolda sürüşmə aktivləşib - VİDEO
-
ABŞ Ukraynaya dağıdıcı silahları verməkdən ehtiyat edir - VİDEO
-
Paytaxtda tıxac olan yolların SİYAHISI
-
Ginnessin Rekordlar Kitabına düşən futbolçular - İnanılmaz faktlar
-
Ukrayna Rusiya tanklarının qəbiristanlığına çevrilir - FOTOLAR
-
Qonşu ilə xəyanət, bağışlanma, pozulan tövbə... - Qatil ərdən şok ifadələr
-
“İrəvan Moskvanın təhriki ilə Brüsseli neytrallaşdırır” - “Caliber”in şərhi
-
Elman Rüstəmovun qızının borcu 15 milyona çatır – FOTOFAKT
-
Prezident Administrasiyasının şöbələrindən biri ləğv edilib
-
Azərbaycan daha 14 ölkədən uçuşlara icazə verdi - Rəsmi
-
Xoşqədəm Hidayətqızının həbsi tələb olunur - Xüsusi ittiham qaydasında məhkəməyə verildi
-
DTX və Baş Prokurorluq birgə əməliyyat keçirdi - İmtahan suallarını satanlar həbs edilib
-
Azərbaycanda donor bankı yaradılıb - Transplantasiya həyata keçirəcək mütəxəssislər hazırlanır
-
Əfv Komissiyasının iclası keçirilib - 500-dən çox müraciətə baxılıb
-
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti konfrans keçirəcək - Mayın 20-də
-
Bakı Təhsil İdarəsində keçmiş müavinlərini direktor təyin etdirən kimdir? - FOTO
-
“Türkiyə təbii qazın 50 %-ni Rusiyadan alır“ - Rəcəb Tayyib Ərdoğan
-
Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilməyəcək
-
“Patı” məsələsini qabardanda üstümüzə gəlirlər - Deputatdan məmurlara sərt ittihamlar
-
“Şuşa mədəniyyət paytaxtıdır” - ICESCO-nun Baş direktoru
-
Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı qanunda dəyişiklik TƏSDİQLƏNDİ
-
Kəlbəcər istiqamətində atışma - Müdafiə Nazirliyi məlumat yaydı
-
“Azərbaycandan Həcc ziyarətinə getməklə bağlı müəyyən dəyişikliklər edilib“ - QMİ sədri
-
“Hazırda Azərbaycan mediası ciddi islahatlar dönəmini yaşayır“ - Əhməd İsmayılov
-
Balıqçıların nəzərinə: Rüsum tələb olunacaq
-
Yoluxma sayı açıqlandı - Koronavirus statistikası
-
“İsveç əsl terror yuvasıdır” - Ərdoğan
-
Kəmaləddin Heydərov türkiyəli nazirlə görüşdü - FOTO/VİDEO
-
Maşın almaq istəyənlərə şad xəbər: Hansı avtomobillərə güzəşt ediləcək? - VİDEO
-
Paytaxtda yağış, rayonlarda dolu gözlənilir: Sabahın hava proqnozu
-
“Rusiya yüksək səviyyəli komandirləri işdən çıxarıb” - Britaniya kəşfiyyatı
-
Akademiyada vəzifə saxtakarlığı: Cinayət işi başlanıb
-
“Hüseynbəyli Ülkər Hüseyn qızı adlı şəxs üzvümüz deyil” – Vəkillər Kollegiyası
-
Bakıda intihara cəhd edən jurnalistin son vəziyyəti AÇIQLANDI
-
Məşhur “Fantaziya” hamamı sökülür? - AÇIQLAMA
-
Jurnalist Qadir İbrahimli reanimasiyaya yerləşdirilib
-
“Ukraynaya döyüşmək üçün gəlməmişəm” – Müsavat başqanının müavini deputata cavab verdi
-
İlham Əliyev akademiyaya yeni rektor təyin etdi - FOTO
-
“Rusiyanın danışıqlara ehtiyacı olduğunu görmürük” - ABŞ rəsmisi
-
Prezident İlham Əliyev türkiyəli naziri qəbul etdi - VİDEO
-
Azərbaycanda müəllim şagirdi döydü: Araşdırma başladı - VİDEO
-
“Ermənistanda bu gün də qisasçılıq meylləri var“ - QMİ sədri
-
Rəşad Dağlı təhdid olunduğu üçün üzr istəyib? - VİDEO
-
“Paşinyan cinayətkar polisləri 6,5 milyon dollar mükafatlandırıb” - Vitse-spiker
-
“Rusiya ordusu təxribat və kəşfiyyat qruplarından isitifadə edir“ - Ukrayna BQ
-
Hulusi Akar azərbaycanlı qazilərlə görüşdü - FOTO
-
“ABŞ Finlandiya və İsveçə lazımi mesajları çatdıracaq” - Cavuşoğlu
-
Rusiyaya güzəştə getmək və sülh danışıqları aparmaq mümkün deyil - Zelenskinin ofisi
-
Tanınmış qazi-jurnalist İNTİHARA cəhd etdi: Vəziyyəti kritikdir
-
“Azərbaycan-Ermənistan razılaşmalarını dəstəkləyirik“ - Aİ nümayəndəsi
-
Mustafa Kamal Atatürkün doğum günüdür
-
Azərbaycanlı məşhurların bahalı geyimləri və aksessuarları - SİYAHI
-
Bakıda icra məmuru qadın vəkili döyüb - FOTO
-
“Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı haqlı narahatlıqlarımız var” - Çavuşoğlu
-
Azərbaycanda nazir müavininin sevgilisinə görə dava düşdü –Tədbirdə
-
Hərbi qulluqçular icbari narkoloji müayinədən keçəcək - Rəsmi
-
“Biz donora çevrilmişik, özümüz kredit ayırırıq“ - Prezident İlham Əliyev
-
Siyavuş Novruzovu narahat edən məqamlar: “Bir çox qurumlar iş yox, şou göstərir”
-
Azərbaycan millisinin baş məşqçisi:“Bakıda Tanrı kimi yaşayıram“
-
Bakıda Azərbaycan-Litva biznes forumu keçirilib - Prezidentlərin çıxışı + FOTOLAR
-
“Kapital Bank”ın Qəbələ filialında qalmaqal – “Dedi, get hara şikayət edirsən et”
-
Foto və videoları ilə şantaj edilən qız özünü öldürdü
-
Azərbaycan və Litva prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTOLAR
-
“Terrorçuları bizə verməyəcəksiniz, ancaq bizdən NATO üzvlüyü istəyəcəksiniz?” - Ərdoğan
-
Nazirliyə yeni səlahiyyət verildi - FƏRMAN
-
Putin Donbasdakı qoşunları öz nəzarətinə götürüb - “The Telegraph”
-
Bu şəxslər cərimələnəcək - Yeni qayda
-
“Araz Naxçıvan“a texniki məğlubiyyət verildi - “Xan Lənkəran“ finalda
-
Uyğur rayonunda hər 25 nəfərdən biri terror ittihamı ilə məhkum edilib
-
"DİN və DTX-nin peşəkarları bu işə cəlb olunub" - Kamran Əliyev
-
“Miss Azerbaijan 2022“nin qalibi: “İndi gözəllik standartları dəyişib“
-
Güclü külək əsəcək, yağış yağacaq - Xəbərdarlıq
-
“O vaxt Basayev və Xəttabı məhv edə bilərdim” - Kadırov
-
Azərbaycanda son sutkada 5 nəfər koronavirusa yoluxub - 1 nəfər ölüb
-
2 900-ə yaxın hərbçiyə əlillik təyin edildi - FOTO
-
Dünən Şəmkirdə yanan ev sabiq deputata məxsusdur: “Olur belə hallar”
-
Azərbaycanda nə üçün siqaret qıtlığı yaranıb? - VİDEO
TOP 10
ARXİV