Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Ramiz Mehdiyev haqda yazılanlar sifarişlidir...” - Ziya Məmmədov Mehdiyevin müdafiəsinə qalxdı

Tarix 11.08.20, 20:00

Font ölçüsü : - / +
bitmap-img6


Son zamanlar Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin fəaliyyəti ilə bağlı tənqidi fikirlərə, hətta onun ünvanına səsləndirilən ciddi ittihamlara tez-tez rast gəlinir. Nəinki müxalif mövqeli, hətta hakimiyyətə yaxın olan şəxslər, deputatlar R.Mehdiyevi ölkədəki “5-ci kolon”un əsas siması, idarəçisi kimi göstərirlər və onun Azərbaycandan daha çox Rusiyaya xidmət etdiyinə işarə vururlar.

Lakin sabiq administrasiya rəhbərinin müdafiəsinə qalxanlar da var. AzFakt.com xəbər verir ki, sabiq Nəqliyyat naziri Ziya Məmmədov “Unikal.org”-a açıqlamasında R.Mehdiyevin müdafiəsinə qalxıb. “Köhnə qvardiya”nın əsas simalarından biri kimi tanınan sabiq nazir iddia edib ki, R.Mehdiyev haqqında yazılanlar və səsləndirilən fikirlər sifarişlidir: "Bəzi şəxslər Ramiz müəllim haqqında etikadan kənar yazılar yazdırırlar. Ölkə başçısı Ramiz Mehdiyevi uzun müddət dövlətçilik fəaliyyətində göstərdiyi xidmətə görə, "Heydər Əliyev” ordeni ilə təltif etdi. Bu, məncə artıq bütün sualların cavabıdır. İşlədiyim bütün dövrlərdə demişəm, indi də deyirəm ki, mən heç bir cəfəngiyyata inanan adam deyiləm. Onu yazdıranların və yazanların da hamısı qaraniyyətli adamlardır".



Xəbərin oxunma sayı : 2266




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap