Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İran parlamenti fəaliyyətini bərpa etdi – Karantin rejiminin uzadılması qanunu keçmədi

Tarix 08.04.20, 15:49

Font ölçüsü : - / +
bitmap-img6


Yeni koronavirus epidemiyasının əvvəllərində bağlanmış İran parlamenti aprelin 7-də işini bərpa edib. Tehran dalbadal son 7 gün ərzində yeni yoluxmaların azaldığı barədə məlumat verirdi.

Parlamentin təkrar açılışında 290 deputatın təxminən üçdə ikisi iştirak edib. Milli Məclisin spikeri Əli Laricani bu sessiyada iştirak etmirdi. Onda ötən həftə koronavirus aşkar olunub. Fevralın 25-dən karantində olan İran parlamentinin azı 31 deputatı koronavirusa yoluxmuşdu.

Sessiyadan televiziya ilə yayınlanan reportajlarda bəzi deputatların sosial məsafə təlimatına baxmayaraq öpüşüb-qucaqlaşdıqları görünürdü. Bu sessiyada ölkənin daha bir ay müddətinə bağlı saxlanmasına dair qanunvericilik aktı bloklanıb. Deputat Şadmehr Qasımzadə ISNA agentliyinə deyib ki, bu qanun iş yerlərinin və inkişafın qorunub saxlanmasına zidd idi. Millət vəkili bağlı qalan bizneslərə müavinətin kim tərəfindən ödənəcəyini soruşub.

Lakin bu qanunvericilik aktının layihəsini hazırlamış deputat Əbdülkərim Hüseynzadə deyib ki, İran hələ də bu virusun əlində “girinc” qalıb.

Bu arada Səhiyyə Nazirliyinin sözçüsü Kianuş Cahanpur bildirib ki, ölkədə bu virusdan daha 133 ölüm qeydə alınıb və ölənlərin sayı 3872-yə çatıb.

Eyni zamanda ölkədə daha 2089 yeni yoluxma baş verib və İran üzrə koronavirusa yoluxanların sayı hazırda 62,589 nəfərdir.

İran ölkədə COVID-19-a ilk yoluxmanı fevralın 19-da elan etmişdi. Həmin gün virusdan iki nəfərin öldüyü xəbər verilirdi. İran bütün dünyada koronavirusun ən ağır zərbəsinə məruz qalmış ölkələrdən biridir. Ekspertlər İranda koronavirusla bağlı əsl rəqəmlərin gizlədildiyi qənaətindədirlər. İran hakimiyyət orqanları epidemiyanın başlanğıcında göstərdiyi astəgəlliyə görə tənqid edilir. O vaxt Qum şəhərinin bütünlüklə karantinə keçirilməsi ləngidilmişdi.



Xəbərin oxunma sayı : 529




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap