Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İran rejimi özündən küssün – “The Telegraph”

Tarix 07.12.22, 16:22

Font ölçüsü : - / +
bitmap-img6


Böyük Britaniyanın “The Telegraph” qəzetində “İran liderləri özlərinin yaratdığı böhranla üz-üzə qalıb” başlıqlı redaksiya məqaləsi dərc olunub.

Novator.az saytı məqaləni ingiliscədən çevirib təqdim edir.

Bəlkə bu vaxtacan İrandakı böhranın hakim rejimi ciddi təhdid altında qoyduğuna şübhə edənlər vardı. Amma ölkədə əxlaq polisinin fəaliyyətini dayandırması ətrafında söz-söhbətlər olan-qalan şübhələri də aradan qaldırdı. Tam bəlli oldu ki, İran rejimi özünün yaratdığı böhrana düşüb.

Bu ilin sentyabrında 22 yaşlı Məhsa Əminini məhz həmin əxlaq polisi baş örtüyü ilə bağlı sərt qaydaları pozmaqda ittiham edərək tutmuşdu. Əmininin üç gün sonra ölməsi ölkədə üç aydır səngiməyən etirazlara rəvac verdi.

Mütləq hakimiyyətə alışanlar heç vaxt könüllü güzəştə getmirlər. Onlar yalnız kütlənin qəzəbini yatırmaq və öz hakimiyyətlərini qoruyub saxlamaq naminə güzəşt edirlər. Amma əxlaq polisi doğrudan ləğv olunsa belə, İranın dini liderləri niyyətlərinə çatmaya bilərlər. İrandakı etirazların başında qadınlar durur, onların isə çoxu baş örtüyünü yandırmaqla məşğuldur. İndi onlar təşnə olduqları azadlığın dadını duyanda güzəştlərə qane olmaya, evə dağılışmaqdansa meydanda daha sıx toplaşıb daha böyük tələblər irəli sürməyə başlaya bilərlər.

Hazırkı üsyanı İranda əvvəllər baş vermiş iğtişaşlardan fərqləndirən cəhət faktiki bütün təbəqələri, bölgələri əhatə etməsindədir. Daha geniş arealda vüsət alan son etirazlar mənəvi, siyasi, iqtisadi baxımdan toplanıb qalmış saysız-hesabsız narazılığın nəticəsidir. Rejimi narahat edən odur ki, indi iranlıların çoxu ayrı bir idarəçilik sistemi altında daha firavan yaşaya biləcəyini düşünür.

İllərlə İran dövlətinin terrorçuluğu himayə etməsinə, şübhəli ittifaqlara girməsinə dözmək məcburiyyətində qalmış bir çox xarici ölkə də indi eyni qənaətdədir. Məsələn, ukraynalılar öz ölkələrinin enerji infrastrukturunun İranın Rusiyaya satdığı dronlarla hədəfə alınmasından olduqca narahatdırlar.

Etirazlar kəskinləşəndə diktatorlar həmişə bir dilemma qarşısında qalırlar: sərt tədbirlərə əl atmaq, yoxsa xalqın ayağına getmək? Sərt tədbirlərə əl atılsa, vəziyyət daha da kəskinləşə bilər, xalqa sarı gediləndə isə xalqın ayağı altında qalmaq təhlükəsi var. Əgər İranın teokratik rejimi indi belə bir dilemma ilə üzləşibsə, onda günahı kimsədə axtarmasın, özündən küssün.



Xəbərin oxunma sayı : 652




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap