Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

İran rəsmiləri Pakistanda: ABŞ-ın mümkün həmləsi və...

Tarix 24.05.19, 21:15

Font ölçüsü : - / +
bitmap-img6


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün ikitərəfli məsələləri və Tehranla Vaşinqton arasında artan gərginliyi müzakirə etmək üçün qonşu Pakistanın liderləri ilə görüşüb

AzFakt.com "Amerikanın sesi"nə istinadən xəbər verir ki, rəsmi danışıqlarda iştirak edən nümayəndə heyətinə Zərif və Pakistanın xarici işlər naziri Şah Mahmud Qureşi başçılıq edib. 

Daha sonra isə iranlı diplomat Pakistanın baş naziri İmran Xanla görüşüb. 

Rəsmilər deyir ki, müzakirələr zamanı diqqət ikitərəfli məsələlərə və regional inkişafa ayrılıb.

Rəsmiləri deyib ki, İranın xarici işlər nazirinin cümə günü səfərini başa vurmadan həmçinin Pakistanın ordu lideri general Qəmər Cavid Bacva ilə görüşəcəyi gözlənilir.

Xatırladaq ki, Pakistan daha öncə hazırkı münaqişədə tərəf tutmayacağını bildirib və İran körfəzi regionundakı böhranı "narahatedici” adlandırıb. Lakin rəsmi İslamabad deyir ki, Vaşinqtonun təyyarə daşıyıcısı və bombardmançılar göndərmək qərarı Yaxın Şərqdə "mövcud şübhəli təhlükəsizlik vəziyyətində” gərginliyi artırıb.

"Biz bütün tərəflərin təmkin göstərməsini gözləyirik, çünki hər hansı yanlış hesablanmış hərəkət geniş miqyaslı münaqişəyə çevrilə bilər” – deyə, xarici işlər nazirliyinin sözçüsü Məhəmməd Faisal cümə günü keçirilən həftəlik mətbuat konfransı zamanı bildirib: "Paskitan hər zaman dialoqu dəstəkləyir və bütün məsələlərin sülh yolu ilə və bütün tərəflərin öhdəçiliyi vasitəsilə həll olunmasını istəyir”.

Onu da qeyd edək ki, Pakistan və İran 900 kilometrlik uzun sərhəd paylaşır. İran rəsmiləri mütəmadi olaraq sünni militantların İran daxilində terror hücumları planlaşdırmaq üçün sərhədin Pakistan tərəfində sığınacaqlardan istifadə etdiyini bildirir.

İslamabad isə öz növbəsində bildirir ki, dəyişkən Baluçistan vilayətində aktiv olan separatçı qrupların sərhədlərarası terror hücumları planaşdırmaq üçün sərhədin İran tərəfində sığınacaqlardan istifadə edir.

Xan ötən ay Tehrana ilk rəsmi səfərini edib və prezident Həsən Ruhani ilə ikitərəfli təhlükəsizlik, iqtisadi və ticarət əlaqələrini gücləndirməklə bağlı geniş danışıqlar aparıb.

Ruhani qeyd edib ki, Xanın səfəri ikitərəfli münasibətlərin düzəldilməsində "dönüş nöqtəsi” olacaq.



Xəbərin oxunma sayı : 193




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap