Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İran sanksiyaları Azərbaycana təsir etməyə başladı - evlər və kirayə bahalaşdı

Tarix 07.11.18, 11:09

Font ölçüsü : - / +
bitmap-img6


Fikrət Yusifov: “İran vətəndaşlarının ölkəmizə axını prosesləri gedir”

Noyabrın 5-də İrana qarşı sanksiyaların ən kəskin mərhələsinin qüvvəyə minməsi Azərbaycanda da ciddi müzakirə mövzusudur. Cənub qonşumuz ətrafında cərəyan edən proseslərin ölkəmizə hansı yöndə təsirlərinin olacağı barədə ən müxtəlif fikirlər səslənməkdədir.

Bu sanksiyalardan Azərbaycanın qazanc götürə biləcəyi də, itkilərinin çox olacağı da vurğulanır. Qeyd olunur ki, bundan sonra Azərbaycan ərzaq məhsullarını cənub qonşusuna daha çox sata biləcək. Bu da gəlir əldə etməkdir. Həmçinin Azərbaycan bazarlarında İran alıcılarının sayının kəskin şəkildə artacağı da istisna olunmur. Bu da digər tərəfdən qazanc əldə etmək deməkdir.

Bütün bunlarla yanaşı, cənub qonşumuzda sanksiyaların təsiri ilə insanların sosial durumlarının pisləşməsi nəticəsində digər ölkələrə olduğu kimi Azərbaycana da üz tutanların sayının çoxala biləcəyi vurğulanır. Bunun da bizim kimi kiçik dövlətlər üçün ciddi problem yaratdığı deyilir.

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov “Yeni Müsavat”a düşüncələrini bu cür bölüşdü: “İstənilən halda sanksiyalar İranda iqtisadi və sosial durumu ciddi şəkildə gərginləşdirəcək. Çünki İran 2.5 milyon barel neft çıxaran ölkə idi. İndi bu qadağalardan sonra təxmini şəkildə mütəxəssislərin apardıqları araşdırmalar göstərir ki, bu ixracın həcmi haradasa bir milyon bareldən yuxarı çıxmayacaq. Bu isə İran üçün ciddi bir zərbə deməkdir. Maliyyə sisteminə çox ağır zərbə dəyəcək. Açığı, İranda insanlar bunun belə olacağını çoxdan gözləyirdilər. Çünki hələ may ayında ABŞ nüvə sazişindən birtərəfli qaydada çıxdıqdan və sanksiyalar tətbiq etməyə başladıqdan sonra noyabrın 5-də neftə və neftin satışına sanksiyaların tətbiq ediləcəyini bəyan etmişdi. Bundan sonra İranda insanlar öz tədarüklərini görməyə can atırdılar. Apardığım müşahidələr onu göstərir ki, İrandan Azərbaycana çoxlu iş adamları, investorlar üz tutmaq, burada yatırım etmək, iş yerləri açmaq, daşınmaz əmlak almaq istəyirlər. Son aylar içərisində bununla bağlı şəxsən mənim kifayət qədər müşahidələrim var. Belə bir fonda bu insanlar İrandakı durumun yaxşı heç nə vəd etmədiyini görüb bu addımları atmağa cəhd edirlər. Bu axın Türkiyə, Gürcüstan və Orta Asiyaya kütləvi şəkildədir. Vəziyyət, hər halda, insanların oradakı durumu necə dəyərləndirmələrini göstərir. Açığı, Azərbaycanla bağlı onu deyə bilərəm ki, iş adamları gəlib bura investisiya yatırsalar belə, bu, ilk baxışda müsbət görünsə də, İrandakı mövcud vəziyyətin ölkəmiz üçün xeyirli olacağını düşünmürəm. Çünki hər halda, İranın əhalisi 81 milyondur. Bu dövlət kifayət qədər böyükdür. Oradakı vəziyyət bir qədər də gərginləşərsə, acınacaqlı hala düşərsə, bu, İrandan Azərbaycana gələn insanların sayının çoxalması demək olacaq. Axının çoxluğu da bizə bütövlükdə xoş heç nə vəd etmir. Sanksiyalarla bağlı ortada müəmmalar da az deyil. Çünki sanksiyalar indiyə qədər tətbiq edilən sanksiyalardan fərqlidir, sərtdir, daha təsirlidir. Amma bir tərəfdən sanksiyalar bu cür tətbiq edilir, İran qarşısında 12-13 bənd üzrə tələblər qoyulur, digər tərəfdən Yaponiya, Koreya, Çin, Hindistan, Türkiyə kimi ölkələrə İran nefti almağa icazə verilir. Bu hissələr bir qədər aydın deyil. Amerika tərəfi bu şəkildə sanksiya tətbiq etməklə nəyə nail olmaq istəyir? Lakin istənilən halda bu sanksiyalar onu göstərir ki, İrandakı durumu gərginləşdirmək yönündə ciddi addımlar atılır. Amerikanın əsas hədəfi İranın ram edilməsidir. Buna nə dərəcədə nail olacaqlarını zaman göstərəcək. Haradasa yarım, yaxud bir ildən sonra vəziyyət tam aydın olacaq ki, bu sanksiyalar nəyə gətirib çıxarır”.

fikrət yusifov musavat ile ilgili görsel sonucu

Sabir nazir hesab edir ki, Azərbaycan İrana ərzaq mallarını bundan sonra da sata bilər: “İran kifayət qədər ərzaq məhsulları istehsal edə bilən bir ölkədir. Onların özlərinin kifayət qədər ixrac potensialları var. Özü də o məhsulların qiymətləri həddindən ziyadə ucuzdur. Oxucularımızın marağı üçün bəzi rəqəmləri səsləndirirəm. 30 kilo çuğundurun qiyməti bizim pulla  bir manatdır. 10 kilo pomidorun qiyməti də belədir. Ərzaq məhsullarının qiymətləri orada olduqca aşağıdır. İran valyutası kəskin şəkildə ucuzlaşdığı bir vaxtda bizim ora etdiyimiz ixrac o qədər də sərfəli ola bilmir. Çünki istər-istəməz biz məhsulları İrana satarkən bu məhsullar yerli bazarda İran valyutası ilə satılacaq. Cənub qonşumuzun da valyutası bu şəkildə ucuzlaşıbsa,  sirr deyil ki, bu məhsulların orada bahalaşmağı inandırıcı deyil. Belə olan halda isə qazanc əldə etmək çətindir. Buna görə qeyd etmək istəyirəm ki, İranda milli valyutanın ucuzlaşması bizə müsbət yöndə təsir etmir. Əksinə, mənfi təsirləri daha çoxdur. Təbii ki, onlar bizim ölkəyə gəlirlərsə, öz vəsaitləri ilə gələcəklər. Bu, daxili bazara müəyyən qədər valyuta gəlməsi ilə nəticələnir. Burada əmlak alırlarsa, istər-istəməz yatırımlar edirlər. Son məlumatlara görə, daşınmaz əmlak bazarında qiymətlərdə bahalaşma var. Eyni zamanda evlərin kirayə verilməsində qiymətlər bir qədər qalxıb. Yəni tələbat çoxalıb. Bir müddətdən sonra İran tərəfdən bura axın çoxalarsa, qiymətlərdə daha yüksək hallar müşahidə edə bilərik. Apardığımız müşahidələr onu göstərir ki, cənubdan ölkəmizə üz tutanlar təkcə Cənubi Azərbaycandan gələn deyillər, farslardan da bura gəlib iş qurmaq istəyənlər az deyil. Bununla onu demək istəyirəm ki, bütövlükdə İran vətəndaşlarının ölkəmizə axını prosesləri gedir”.




Xəbərin oxunma sayı : 166




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap