Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İran və Suriya müxalifəti Türkiyə-Rusiya razılaşmasını alqışladı –İdlib ekstremist-terrorçulardan təmizlənməlidir

Tarix 18.09.18, 14:42

Font ölçüsü : - / +
bitmap-img6


İran və Suriyanın müxalifət qrupları Rusiyayla Türkiyənin İdlib vilayətinə hücumu önləməklə bağlı planını alqışlayıb. Xatırladaq ki, Suriya hökuməti üsyançıların bu sonuncu istehkamına hücuma hazırlaşırdı.

Rusiya, Türkiyə və İran arasında intensiv məsuliyyətli diplomatiya İdlibdə müharibəni önləyə bildi, ekstremist terrorçuluqla mübarizə öhdəliyini də qətiyyətlə ortaya qoydu, – İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif sentyabrın 18-də tvitində yazıb. “Diplomatiyanın təsiri olur”, – o, sözlərinə əlavə edib.

Rusiya və Türkiyə prezidentləri sentyabrın 17-də razılığa gəliblər ki, İdlibdə hökumət və üsyançı qüvvələri bir-birindən ayırmaq üçün hərbsizləşdirilmiş bufer zonası yaradılsın.

Suriya müxalifəti də razılaşmanı alqışlayıb. Suriya Danışıqlar Komissiyasının sözçüsü Yəhya – əl Aridi “Reuters” informasiya agentliyinə deyib ki, bu razılaşma suriyalıların həyatını qorudu, indi sülh cığırının açılmasının vacibliyinə işarədir.



Azad Suriya Ordusundan Mustafa Sejari deyib ki, bu razılaşma “dinc sakinləri rejim tərəfindən hədəfə alınmaqdan qoruyur. Bu, Suriya prezidenti Bəşər Əsədin Suriyanı tam nəzarətə almaq arzusunu gözündə qoyur”

Moskvayla Tehran 2011-ci ildən bəri Suriyada gedən vətəndaş müharibəsində Əsədi dəstəkləyiblər. Onlar İdlib vilayətində “terrorçular”ın kökünü kəsməkdən ötrü hücuma hazırlaşırdılar.

Üsyançı qrupları dəstəkləyən Türkiyə qan çanağını önləmək üçün atəşkəsə çağırırdı. Ankara deyirdi ki, bu əməliyyat Türkiyənin cənub sərhədində qaçqın böhranı yaradar.

Türkiyədə 3 milyondan çox suriyalı qaçqın yaşayır.

Sentyabrın 17-də Rusiyanın Soçi şəhərində görüşən Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəp Tayyip Ərdogan İdlibdə bufer zona yaratmağa razılaşdıqlarını bildiriblər.

(Azadlıq radiosu)



Xəbərin oxunma sayı : 103




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap