Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

İran və Türkiyə prezidentləri arasında telefon danışığı:“Milli valyutadan istifadə zəruridir”

Tarix 08.06.19, 22:15

Font ölçüsü : - / +
bitmap-img6


İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Təyyib Ərdoğana zəng edib.

APA-nın Tehran bürosunun məlumatına görə, telefon danışığında Həsən Ruhani Türkiyə prezidentini, eləcə də Türkiyə xalqını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.

Rəcəb Təyyib Ərdoğan da öz növbəsində İran prezidentini və xalqını bayram mübasibətilə təbrik edib.

Prezidentlər iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

H.Ruhani deyib ki, İran və Türkiyə islam dünyasında iki nüfuzlu dövlət kimi öz təsiredici gücündən istifadə etməklə bölgədə sabitlik və təhlükəsizliyin təmin edilməsində mühüm rola malikdir.

H.Ruhani Yəməndə, Sudanda, Liviyada, Əfqanıstanda və digər bölgələrdə müsəlmanların qətliamından təəssüfləndiyini bildirib və qeyd edib ki, İran və Türkiyə bir-birinin yanında digər dost, qardaş ölkələrlə bu təhlükəli və təəssüfedici prosesi dayandıra, bölgədəki problemləri həll edə bilərlər.

İran prezidenti rəsmi Tehranın iki ölkə arasında iqtisadi əlaqələrinin inkişafı və ticarət dövriyyəsinin milli valyuta ilə həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

R.T.Ərdoğan H.Ruhaninin söylədiyi fikirlərlə razı olduğunu bildirib. O, ikitərəfli münasibətlərin genişləndirilməsində rəsmi Ankaranın da maraqlı olduğunu bildirərək digər ticari və iqtisadi əlaqələrin də inkişaf etdirilməsini, həmçinin qeyd olunuan istiqamətlərdə milli valyutadan istifadənin vacibliyini təkid edib.




Xəbərin oxunma sayı : 127




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap