“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

İrana qarşı on minlərlə əsgər, təyyarədaşıyanlar, desant gəmiləri, bombardmançılar...- Amma quru müdaxilə nəzərdə tutulmur

Tarix 12.05.19, 15:45

Font ölçüsü : - / +
bitmap-img6


Pentaqon İrana görə Fars körfəzində hərbi qüvvələrin “diqqətlə düşünülmüş cəmləşdirilməsini” həyata keçirir.

Virtualaz.org Amerika və İsrail mənbələrinə istinadən xəbər verir ki, “Avraam Linkoln” təyyarədaşıyanı artıq Süveyş kanalını keçib və Fars körfəzi sularına daxil olub. Küveytdəki Əl-Udeyd Amerika aviabazasına isə strateji bombardmançıların cəmləşdirilməsi davam edir.

Habelə Pentaqon regiona böyük “Arlington” desant gəmisini də yola salıb. Bu gəmi göyərtəsində dəniz piyadalarını və vertolyotları daşıya bilir. Bundan əvvəl ABŞ-ın regiona “Petriot” zenit-raket komplekslərini də yola saldığı açıqlanmışdı. Bu, Yaxın Şərqdən dörd belə batareyanın çıxarılmasından cəmi bir neçə ay sonra baş verir. Belə ki, Pentaqon ötən ilin sonlarında Bəhreyn, Küveyt və İordaniyadan “Petriot” batareyalarını çıxarmışdı. 


Rəsmi mənbələr bildirir ki, regiona qüvvələrin cəmləşdirilməsi ABŞ Mərkəz Komandanlığının (CENTCOM) sorğusu əsasında baş verir. Komandanlığa daxil olan məlumata görə İran ABŞ-ın regiondakı maraqlarına hücum etmək üçün özünün və satellitlərinin qüvvələrini səfərbər edir.

Amerikalılar hesab edir ki, populyarlığı aşağı düşən İran hakimiyyəti ölkədə hökm sürən iqtisadi çətinliklərdən diqqəti yayındırmaq üçün təxribatlara əl ata, nəticədə ABŞ-la hərbi toqquşma başlada bilər.


“The New York Times” xəbər verir ki, bu həftə Pentaqon regiona daha böyük miqyasda qüvvə cəmləşdirilməsinə dair əmr alıb. Bu, İranı çəkindirməyə yönələn və əvvəlcə açıqlanan “məhdud addımların” çərçivəsindən kənara çıxır.

Plana əsasən Yaxın Şərqə  on minlərlə Amerika hərbçisinin göndərilməsi nəzərdə tutulur. Bu plan haqda məlumat verən mənbələr onu da deyiblər ki, qüvvələrin cəmləşdirilməsi hələ erkən mərhələdədir və İrana qurudan müdaxilə nəzərdə tutulmur.







Xəbərin oxunma sayı : 370




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap