Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İranda benzin inqilabı səngimir - ölənlərlə bağlı ziddiyyətli xəbərlər var

Tarix 19.11.19, 8:57

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan türkləri milli şüarlarla küçə və meydanlara axışdılar; ABŞ-dan “İran xalqının yanındayıq” mesajı; ölkədə məktəblər qapandı; Ruhani isə “başqa yolumuz yoxdur” deyir...

İranda benzinin üç dəfə bahalaşmasına görə ötən həftənin cümə günündən başlayan və sürətlə bütün ölkəyə yayılan etirazlar zamanı ölənlərin sayı 40-ı keçib. Lakin insan haqları fəalları ölənlərin sayının daha çox olduğunu bildirir. Hakimiyyət iğtişaşlar zamanı bir neçə asayiş keşikçisinin də həlak olduğunu açıqlayıb.

İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabia keçirdiyi brifinqdə bildirib ki, etiraz aksiyasının iştirakçıları təhlükəsizlik qüvvələrinə qarşı soyuq və odlu silahdan istifadə ediblər.

Virtualaz.org-un məlumatına görə, İran hakimiyyəti elan edib ki, benzinin bahalaşmasına görə zərərçəkənlərə kompensasiya ödəniləcək. Söhbət 19 milyona yaxın ailədən gedir, onlara hər ay subsidiya ödənilməsi nəzərdə tutulur. Bu qərar etirazların səngiməsinə təsir edib. Hazırda İranda vəziyyətin əsasən sakit olduğu bildirilir.

Hüquq-mühafizə orqanları indiyə qədər yüzlərlə etirazçını həbs edib. Bəzi həbslərin etirazçıların evlərinə hücum edilərək, həyata keçirildiyi deyilir. Genişmiqyaslı həbslər Güney Azərbaycan şəhərlərində, o cümlədən Təbrizdə aparılıb. Hakimiyyət iğtişaşları yatırmaq üçün ölkədə interneti məhdudlaşdırıb.

iranda benzin ile ilgili görsel sonucu


Bu arada ABŞ-ın dövlət katibi Mayk Pompeo İran millətinə səslənərək, onun İslam respublikası rejiminə qarşı apardığı dinc etirazına dəstək verib. Pompeo deyib ki, ABŞ İran xalqının yanındadır: “Qırx illik ədalətsizlik və zülmdən sonra İranın iftixarlı əhalisi öz hökumətlərinin sui-istifadələri qarşısında susub sakit qalmayacaqlar. Biz də sakit qalmayacağıq. Mənim İran xalqına bir mesajım var:  ABŞ sizin səsinizi eşidir. ABŞ sizi dəstəkləyir, ABŞ sizin yanınızdadır”, - deyə Pompeonun  twitterdə paylaşdığı yazısında bildirilir.

Ağ Ev və Dövlət Departamenti noyabrın 17-də ayrı-arılıqda bəyanatlar yayaraq, İran hökumətinin dinc etirazçılara qarşı zor tətbiq etməsini kəskin pisləyiblər. Ağ Evin yaydığı bəyanatda bildirilir ki, Amerika hökuməti İran rejiminin dinc etirazçılara qarşı zorakılığa əl atmasını, ölkədə kütləvi informasiya vasitələrinin fəaliyyətinə məhdudiyyət qoyaraq interneti kəsməsini qınayır: “ABŞ İran xalqının rejimə qarşı dinc etirazını dəstəkləyir. Biz İslam Respublikası hakimiyyətinin dinc etirazçılara qarşı öldürücü üsullardan istifadə etməsini, ölkədə sərbəst informasiyanın mübadiləsinə məhdudiyyət qoymasını pisləyirik. Təəssüflər olsun ki, İran rejimi kor bir təəssübkeşliklə hərbi nüvə və raket proqramını davam etdirir,  beynəlxalq terrorizmə dəstək verir. Bununla da bu rejim elə bir iş görüb ki, başıuca bir millət başqalarına ibrət dərsi olsun. Bu isə göstərir ki, hakim təbəqə öz millətini atıb yalnız sərvətə, gücə və qüdrətə can atanda nələr baş verə bilər” - Ağ Evin yaydığı bəyanatda bildirilir. Departamentin sözçüsü Morgan Ortagus da twitterdə paylaşdığı bir yazıda İranda baş verən etirazlara reaksiya verib. Ortagus deyib ki, Amerika İran xalqının yanındadır.

iranda benzin ile ilgili görsel sonucu

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musavi deyib: “Böyük İran xalqı bu cür ifadələrin heç bir səmimiliyi olmayan riyakarlıq və münafiqlik olduğunu yaxşı bilir”.

Dünən İranın təhlükəsizlik qüvvələri bir neçə güney azərbaycanlı milli-mədəni fəalın evinə hücum edərək onları saxlayıb. GünAz TV xəbər verir ki, hadisə noyabrın 17-də Təbriz şəhərində baş verib. Güney Azərbaycanın Urmiya, Təbriz, Ərdəbil, Qəzvin, Zəncan, Qoşaçay, Mərənd, Xoy və Salmas şəhərlərində də geniş etiraz aksiyaları keçirilib. Ötən gün keçirilən aksiyalar gecə saatlarına qədər davam edib, bəzi şəhərlərdə polis dinc nümayişçilərə qarşı güc tətbiq edib. Saxlanılan fəalların naməlum istiqamətə aparıldığı bildirilir. Hələlik təhlükəsizlik qüvvələri tərəfindən tutulan fəallardan yalnız Davud Şiri, Əyyub Şiri, Ruzbeh Piri və Yaşar Pirinin kimliyi müəyyən edilib. Məlumata görə, saxlanılan fəalların evində axtarış da aparılıb, onların mobil telefonu, ləptop və bir sıra digər şəxsi əşyaları təhlükəsizlik qüvvələri tərəfindən götürülüb. Məlumata görə, Təbrizdə bir çox fəalın evi hücuma məruz qalıb, lakin bəziləri evdə olmadığı üçün onları saxlamaq mümkün olmayıb. Ehtimal olunur ki, təhlükəsizlik orqanları benzinin qiymətinin üçqat bahalaşmasına etiraz olaraq başladılan aksiyaların genişlənməsindən ehtiyat etdiyi üçün bu kimi önləyici tədbirlərə əl atır. Hökumət tərəfindən internet kəsildiyinə və aksiyaların geniş vüsət aldığına görə saxlanılan etirazçıların kimliyini tam müəyyənləşdirmək mümkün olmayıb.

iranda benzin ile ilgili görsel sonucu

İran hökuməti benzinin bahalaşması ilə bağlı verdiyi qərarı ləğv etmək niyyətində olmadığı üçün etirazların davam edəcəyi gözlənilir. Qeyd edək ki, İranın dini lideri Əli Xamneyi noyabrın 17-də baş verən hadisələrə reaksiya verərək benzinin qiyməti ilə bağlı verilən qərara dəstək verdiyini bildirib. İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli benzinin 3 dəfə bahalaşmasına etiraz edən xalqı təhdid edib. O, artıq təhlükəsizlik qüvvələrinin heç nəyə göz yummayacağını, etiraza çıxan hər kəsi cəzalandıracağını deyib. Nazir bu ana qədər polislərin insanlarla “təmkinlə davrandığı”nı iddia edib. “Bu ana qədər etirazçılara göz yumulurdu. Lakin onlar bəzi şəhərlərdə xoşagəlməz addımlar atdılar. Bu halların davam edəcəyi təqdirdə, polis və təhlükəsizlik orqanlarına təmkinə son verib, lazım olan tədbirləri görməklə bağlı göstəriş verilib”, - deyə Əbdürrza Rəhmani əlavə edib. Nazirin “göz yummaq” və “təmkin”lə bağlı iddialarının əksinə olaraq, keçirilən etiraz aksiyaları nəticəsində polisin onlarla vətəndaşı güllələyərək öldürməsi barədə məlumatlar yayılıb.

iranda benzin ile ilgili görsel sonucu


Güney Azərbaycanın şəhər və kəndlərində əsasən aşağıda qeyd olunan türkcə şüarlar dilə gətirilir. “Azərbaycan işləsin - Lübnan (Livan), İraq xərcləsin!”, “Azərbaycan işləsin - Fars, erməni xərcləsin!”, “Azərbaycan milləti - Çəkməz bu zilləti!”, “Azərbaycan oyaqdı - Millətinə dayaqdı!”, “Azərbaycan talandı - Millət oyan amandı!”, “Biz ölməyə hazırıq - Babəkin sərbazıyıq!” , “Azərbaycan əyilməz - Türkün beli bükülməz!”, “Azərbaycan var olsun - İstəməyən kor olsun!” və s.

Ölkə başçısı Həsən Ruhani isə benzinin bahalaşmasını aztəminatlı ailələrə dəstək vermək üçün atılan addım sayır. Onun sözlərinə görə, benzinin qiymətini bahalaşdırmaqdan əlavə, hökumətin daha bir neçə variantı olub. “Bizim benzini bahalaşdırmaqdan əlavə, vergiləri qaldırmaq, yaxud subsidiyaları kəsmək seçimi olub. Neft satışlarımız məhdudiyyətlərlə üzləşib. Əgər bu problem olmasaydı, neft ixracından əldə olunan gəlirdən başqa sahələrdə istifadə edə bilərdik. 2011-ci ildə neft ixracımız 110 milyard dollar təşkil edib. Vergiləri də çox artıra bilmərik, çünki hazırkı iqtisadi situasiyada cəmiyyətdə tarazlıq qorunmalıdır”.


 
İranın Fars əyalətinin Şiraz şəhərində bütün məktəb və universitetlər bağlanıb. APA-nın Tehran bürosunun məlumatına görə, məktəb və universitetlərin bağlanması İranda benzinin bahalaşmasına qarşı keçirilən etirazlarda məktəbli və tələbələrin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Bundan başqa, İranın əksər əyalətlərində məktəblər yağış, qar və hava çirklənməsi səbəbindən fəaliyyətini dayandırıb. Bəzi əyalətlərdə isə dərs saatları təxirə salınıb. Məlumata əsasən, Buşehr əyalətində güclü yağışlar, Çahar-Mahal və Bəxtiyari, Mərkəzi, İsfahan, Kohgiluyə və Buyir-Əhməd, Əlborz vilayətlərində qar və şaxta, Xuzistan vilayətində hava çirklənməsi nəticəsində bir sıra məktəblər fəaliyyətini dayandırıb.

“Yeni Müsavat”










Xəbərin oxunma sayı : 574




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap