Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

İranda Xameneinin yerinə kim gələcək? - VİDEO

Tarix 03.12.23, 17:32

Font ölçüsü : - / +
bitmap-img6


İranda 84 yaşlı ayətullah Əli Xameneini ölkənin ali rəhbəri postunda kimin əvəzləyəcəyi ilə bağlı müzakirələr yenidən qızışıb.

“Azad İran” “YouTube” kanalı xəbər verir ki, bu dəfə məsələnin gündəmə gəlməsinə başlıca səbəb İranda ali rəhbəri seçmək səlahiyyətinə malik qurumun - Məcles-e Xobreqan, yəni Ekspertlər Şurasının üzvü ayətullah Rəhim Təvəkkülün noyabrın 28-də “Cəmaran” saytına verdiyi eksklüziv müsahibədə söylədikləri olub.

Müxbirin Ekspertlər Şurasında gələcək rəhbərin müəyyənləşməsi ilə bağlı müzakirələr getdiyi barədə məlumatların doğru olub-olmadığı barədə sualına cavabında R.Təvəkkül deyib:

 “Yox, bu mövzu Şuranın iclaslarında müzakirə olunmayıb. Bir neçə nəfərlik komissiya vardır ki, gələcək rəhbərin müəyyən edilməsi istiqamətində iş aparır. Onlar uyğun şəxsləri seçir və yalnız rəhbərin özü ilə məşvərət edirlər. Həmin bir neçə nəfərin seçdiyi şəxslər barəsində heç kəsə məlumat verilmir, yalnız rəhbər və Şuranın sədri bunu bilir. Başqa heç kəsin onların gördüyü işdən xəbəri yoxdur. Bu, tamamilə məxfi bir işdir”.
Daha sonra R.Təvəkkül özünün də həmin komissiyada təmsil olunduğunu bildirib, amma müxbirin təkidli suallarına rəğmən, komissiyanın digər üzvlərinin kim olduğunu açıqlamayıb, eləcə də müxbirin İran Prezidenti İbrahim Rəisinin və ayətullah Əhməd Xatəminin həmin komissiyada olub-olmadıqları ilə bağlı sualına konkret cavab verməyib.

Bununla belə, Ekspertlər Şurası üzvünün Xameneinin siyasi varisinin müəyyənləşməsi ilə bağlı gizli iş aparan bir komissiyanın mövcudluğunu təsdiq etməsi həmin mövzu ətrafında müxtəlif müzakirələrə yol açıb.





Xəbərin oxunma sayı : 868




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap