“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs tutulub – Gömrük Komitəsindən açıqlama

Tarix 01.10.19, 18:38

Font ölçüsü : - / +
bitmap-img6


Gömrükçülər narkotik vasitə və psixotrop maddələr aşkarlayıblar.

AzFakt.com Dövlət Gömrük Komitəsinə istinadla bildirir ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İrandan piyada yolla gələn Azərbaycan vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb və şifahi sorğu-sual edilib:

“Bu zaman o, üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirib. Lakin yoxlama zamanı vətəndaşın ayaqqabılarının daban hissəsində, 2 ədəd bükümdə, çəkisi 128 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə – heroin aşkar edilib.

Daha sonra daxili orqanlarında da narkotik vasitə gizlətdiyi ehtimalı yarandığından vətəndaş Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Müayinə zamanı onun daxili orqanı – düz bağırsağında gömrük nəzarətindən gizlədilən sellofana bükülü 3 ədəd bükümdə çəkisi 38 qram olan ağ kristal formada psixotrop maddə – metamfetamin, çəkisi 125 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə – heroin və ayrıca sellofana bükülü 5 ədəd üzərində “F/M40” yazısı olan açıq qəhvəyi rəngli “metadon” adlı dərman preparatı aşkarlanıb”.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı”na, metadon isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir.



Xəbərin oxunma sayı : 703




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap