Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Ərdoğan Prezident İlham Əliyevi təbrik etdi- MƏTN

Tarix 23.05.19, 11:08

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Əziz Qardaşım. Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Dost və qardaş Azərbaycanın müstəqilliyini bərpa etməsindən bu günə qədər keçən müddət ərzində bütün sahələrdə qazandığı böyük uğurlar Türkiyə üçün də qürur mənbəyidir. Uzaqgörən liderliyiniz sayəsində Azərbaycanın bu nailiyyətlərinin artaraq davam edəcəyinə inamımız qətidir.

“Bir millət, iki dövlət” şüarı ilə genişlənən strateji münasibətlərimizin daha da güclənməsi istiqamətində qətiyyətli olduğumuzu bir daha vurğulamaq istəyirəm. Qarşıdakı dövrdə də sıx əməkdaşlığımızın regionumuzda və regionumuzdan kənarda sülh, rifah və sabitliyə mühüm töhfə verəcəyinə səmimi qəlbdən inanıram.

Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifah diləklərimi bir daha ifadə edirəm”.



Xəbərin oxunma sayı : 241




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap