“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Ərdoğan Trampın cavabını verdi - “Kimsənin gücü yetməz!” + VİDEO

Tarix 10.02.25, 8:13

Font ölçüsü : - / +
bitmap-img6


"Qəzzə xalqını min illərdir mövcud olan əbədi vətənindən çıxarmağa heç kimin gücü yetməz!  Qəzza, İordan çayının qərb sahili və Şərqi Qüds də daxil olmaqla Fələstin fələstinlilərə məxsusdur!

Bizim nəzərimizcə, sionist administrasiyanın təzyiqi altında yeni ABŞ administrasiyasının Qəzzə ilə bağlı irəli sürdüyü təkliflərin heç bir dəyəri yoxdur."

Bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Malayziya, İndoneziya və Pakistana səfər edəcəyi Asiya turnesinə başlamazdan əvvəl jurnalistlərə bildirib.

“Sionist rejiminin təzyiqi ilə yeni ABŞ administrasiyasının Qəzza ilə bağlı gündəmə gətirdiyi təkliflərin bizim baxımımızdan müzakirə ediləcək heç bir tərəfi yoxdur. Bunların hamısı Qəzzada suyu bulandırmaq cəhdləridir” –  deyə, Ərdoğan söyləyib.

Türkiyə Prezidenti qeyd edinb ki, İsrailin hiylələrinə, oyunlarına rəğmən, məhbus və əsir mübadiləsi davam edir. 

"Biz HƏMAS-ın verdiyi sözə sadiq qaldığını müşahidə etməkdən məmnunuq. Təəssüflər olsun ki, İsrail rəhbərliyinin atəşkəsi qalıcı etmək əvəzinə daha məkrli və qeyri-insani planların olduğunu görürük" -deyə, o, bildirib. 

Xatırladaq ki, daha öncə ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə birgə mətbuat konfransında Qəzza zolağına uzunmüddətli sahiblik məsələsini nəzərdən keçirdiyini açıqlamışdı. “Reuters” agentliyi xəbər vermişdi ki, Amerika lideri Qəzzanı “söküntü yeri” kimi qiymətləndirir və “insanları həyat üçün yararsız torpaqda yaşamağa məcbur etməyi qeyri-insani” hesab edir və gələcəkdə fələstinlilərin anklavdan köçürülməsini planlaşdırır.




Xəbərin oxunma sayı : 1219




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap