Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Ərdoğanla Putin İdliblə bağlı razılaşdı:“15 oktyabra qədər döyüşçülər silahları yerə qoyacaq"

Tarix 17.09.18, 23:05

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Soçi şəhərində Rusiya prezidenti Putinlə Türkiyəli həmkarı Ərdoğan təkbətək görüşdən sonra mətbuata birgə açıqlamalar veriblər.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, ilk çıxış edən Putin son 7 ay içində iki ölkə arasında ticarət dövriyyəsinin 34 dəfə artdığını deyib:

“Bu gün cənab Ərdoğanla çox ətraflı müzakirələr apardıq. Bu il 4-cü dəfə bir araya gəldik. 10 gün əvvəl Tehranda zirvəyə qatılmışdıq. Bugünkü görüşdə ikitərəfli münasibətləri, əlaqələri, aramızdakı ticarətin artmasının detallarını  müzakirə etdik. Bu il 7 ayın içində ticarət dövriyyəmiz 34 dəfə artaraq, 15 milyard dollara çatıb.  Cənab Ərdoğanla hesab edirik ki, ikitərəfli ticarətdə milli valyutamızdan istifadə etməyimiz lazımdır. Bundan başqa, enerji sahəsində strateji layihələri davam etdirəcəyik. Eyni zamanda, Ərdoğanla Türkiyə-Rusiya arasında “turzim ili” üçün hazırlıqları dəyərləndirdik”.    

Putin deyib ki, Ərdoğanla Suriya probleminin həlli məsələsini də müzakirə ediblər: “Orada yaşam məsələsinin yaxşılaşdırılması üçün birgə çalışırıq. İdliblə bağlı da birgə işbirliyi içindəyik. İdliblə bağlı cox vacib razılıq əldə etdik. Biz narahatlığımız İdlibdə olan döyüşçülərin xüsusi ilə Hələbə hücum etməsidir. Bundan başqa, rus bazalarına da oradan təhlükələr var. Bu gün bu məsələləri də detallı müzakirə etdik. Və qərar aldıq ki, 15 oktyabra qədər bu bölgə silahsızlaşdırılsın. Əl Nüsra döyüşçüləri bu bölgədən çəkiləcək. Bəli, cənab Ərdoğanın təklifi ilə o bölgədən ağır silahların çəkilməsinə qərar verdik.  Bununla da bütün müxalif qruplar silahlarını oradan çıxaracaq. O bölgəyə Rusiya və Türkiyə əsgərləri birgə nəzarət edəcəklər”.

Putin deyib ki, Suriya ilə bağlı Astana razılaşmasına əməl edəcəklər: “Biz, eyni zamanda, Cenevrə görüşlərinin sürətləndirilməsinə çalışacağıq. Bu gün ortaq, vacib və daimi çabalarına görə türk həmkarıma minnətdaram”.

Türkiyə prezidenti Ərdoğan isə deyib ki, bu gün Rusiyada olmaqdan məmnundur: “Başda cənab Putin olmaqla sizlərə minnətdaram. Hazırda bizim iqtisadi sahədə işbirliyimiz uğurla inkişaf edir, ticarət dövriyyəmiz artır…”.

Ərdoğan  Suriya məsələsinin Tehranda müzakirə edildiyini xatırladıb və Türkiyənin narahatlığını orada qabartdığını bildirib: “İdliblə bağlı qarşılıqlı narahatlıqlarımız istiqamətində önəmli məsafə qət etdik. Oradakı müxaliflərlə rejimin nəzarətindəki zonada təhlükəsiz bir sahə formalaşdırılacaq. Müxaliflər olduqları yerdə qalacaqlar. Rusiya İdlibin təhlükəsiz bölgəsinə hücum edilməməsi məsələsində gərəkli təminatı göstərəcək. Koordinasiyala patrul xidməti həyata keçiriləcək. Türkiyə müşahidə məntəqələrini artıracaq”.

Ərdoğanın sözlərinə görə, İdlibdən böyük bir köçün qarşısına keçməyə çalışırlar: “Bu, Türkiyənin yeni yüklə qarşılaşmaması ilə yanaşı, Rusiya və digər ölkələr üçün də böyük qazancdır. Suriyanın torpaq bütövlüyünə əsl qəsdi edən YPG/PYD-dir. Fəratın şərqindəki terror bataqlıqlarının qurudulması gərəkdir. Biz Afrin və Fərat əməliyyatı ilə addımlar atdıq. Oxşar addımlar YPG/PYD-nin nəzarəıtindəki bölgələrdə də atılmalıdır”.



Xəbərin oxunma sayı : 367




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap