Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Real“la tarixi oyun olacaq“ - Kavani

Tarix 13.02.18, 19:30

Font ölçüsü : - / +
bitmap-img6


"Vacib transferlər etmişik. Bu transferlərin bizə çox xeyiri olub. Meydanda özüməinamımız artıb. Bu da bizi bütün kubokları qazanmaq üçün motivasiya olur. "Real"la oynayacağımız üçün həyacanlanırıq. Tarixi bir matç olacaq. Çempionlar Liqasının kubokunu qaldırmaq istəyirəm. Bunun üçün qollar vurmağa çalışacam".

Qol.az-ın məlumatına görə, bu sözləri PSJ-nin hücumçusu Edinson Kavani Çempionlar Liqasının 1/8 finalında "Real"la görüşlər öncəsi  "Marca"ya açıqlamasında deyib.

O, ötən mövsüm "Barselona"ya uduzduqları oyunu unutduqlarını bildirib: "Düzdür, ötən mövsüm "Barselona"ya çox pis formada uduzduq. Amma bundan dərs çıxarmışıq. Daha çox təcrübə qazanaraq yenidən Çempionlar Liqasındayıq. Düzdür, həmin matçda hakim Dəniz Aytəkinin çoxlu səhvi oldu. Amma mən kimisə günahlandırmağı sevən biri deyiləm. Oyunların 98 faizində səhvlərə və ya rəqib güclü olduğuna görə uduzursan. Digər şeylər önəmli deyil".



Xəbərin oxunma sayı : 244




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap