![]() |
|














“Rəsul Quliyevin portreti altında əyləşib...” – Arif Hacıldan Sülhəddin Əkbərə ittihamlar
Tarix 07.06.20, 11:58 |
|

Xəbər verdiyimiz kimi, 1992-1993-cü illərdə Milli Təhlükəsizlik nazirinin birinci müavini olmuş Sülhəddin Əkbər 1993-cü ilin iyununda baş verən və Əbülfəz Elçibəyin hakimiyyətinə son qoyan hadisələrin bəzi təfərrüatlarını 27 ildən sonra açıqlayıb.
AzFakt.com-un xəbərinə görə, keçmiş nazir müavini iddia edir ki, Rusiya xüsusi xidmət orqanları öz adamlarını o dövrdə Azərbaycan Xalq Cəbhəsi rəhbərliyinə yerləşdirilib. Əbülfəz Elçibəy isə prezident olduğu dövrdə hakimiyyətdə yüksək vəzifə tutan şəxslərin Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsinə göz yumub.
Sülhəddin Əkbərin qalmaqallı müsahibəsinə bu dəfə Müsavat Başqanı Arif Hacılı 90-cı illərin əvvəllərində proseslərin içərisində olmuş şəxs kimi reaksiya verib:
Demokrat.az A.Hacılının sözügedən məsələlərlə bağlı fikirlərini olduğu kimi təqdim edir:
"Sülhəddin Əkbərin susması bəzi həqiqətlərin deyilməsinə mane olurdu. İndi də özümüz üçün müəyyən etdiyimiz bəzi tabular var. Amma, son günlərdə dediklərinin bir qismi barədə bildiyim həqiqətləri açıqlamağım vacib oldu.
MTN nazirinin 1-ci müavinliyinə namizədliyinin irəli sürülməsindən xəbərsiz olması, hazır olmadığı halda bu vəzifəyə təyin olunması barədə dedikləri həqiqətə uyğun deyil. 1991-ci ildən Bakıda evi olmayan Milli Məslis üzvlərinə Moskva otelində otaqlar ayrılmışdı. Yaşayış yerimiz bu mehmanxana idi. Orada daim siyasi müzakirələrimiz, ölkənin gələcəyi barədə söhbətləriniz olurdu. Sülhəddin Əkbər MTN işinə çox maraq göstərirdi. Hətta Naxçıvanda Milli Məclis sədri olan H. Əliyevin qəbulunda olub ondan Naxçıvan MTN naziri təyin olunmasını xahiş etmiş, H Əliyev buna razı olmamışdı. O dövrdə normal münasibətlərimiz vardı. Ən böyük arzusu MTN naziri olmaq idi və bunu məndən gizlətmirdi. Həm də MTN naziri olarsa Azərbaycan üçün böyük işlər görə biləcəyini deyirdi.
1992-ci il 15-16 may günlərində Ali Sovetin binasındakı prezident otağında o vaxt Ali Sovetin sədri və prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədovla vəziyyəti normallaşdırmaq üçün kadr dəyişiklikləri məsələlərini müzakirə edirdik. Görüşdə Yaqub Məmmədov, Əbülfəz Elçibəy, İsa Qəmbər, İskəndər Həmidov, Afiyəddin Cəlilov, mən və səhv etmirəmsə Pənah Hüseyn iştirak edirdi. İskəndər Həmidovun DİN naziri vəzifəsinə namizədliyi yekdil qəbul olundu. Baş Prokurorun dəyişdirilməsi məsələsi müzakirə olunmadı. Çünki, hələ 7 iyun seçkilərinə təqribən 2 aya yaxın müddət qalmış o dövrün Baş Prokuroru Murad Babayevlə Elçibəyin yaşadığı konspirativ mənzildə görüşlərini təşkil etmişdim. Elçibəy prezident seçiləcəyi təqdirdə onu vəzifəsində saxlayacağını demişdi. MTN nazirinin təyinatı məsələsi mübahisə yaratdı. Mən Sülhəddin Əkbərin namizədliyini irəli sürdüm. Yalnız Afiyəddin Cəlilov özünəməxsus jestləri ilə bu təklifə dəstək verdi. İskəndər Həmidov açıq şəkildə etiraz etdi. Elçibəy Namiq Abbasovun namizədləyini irəli sürdü, İskəndər Həmidov ona da qəti etiraz etdi. Dəstək verən də olmadı. Sonda Yaqub Məmmədov Fəxrəddin Təhməzovun namizədliyini irəli sürdü. Bu namizədə İskəndər bəy də ciddi dəstək verdi.
Təyinatları prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov edəcəkdi. Fərmanları o imzalayacaqdı. Ona görə də ciddi mübahisə etmədən bu namizədə razılıq verildi.
Belə olan halda mən Sülhəddin Əkbərin nazirin birinci müavini təyin olunmasını təklif etdim. Etiraz olmadı. Eyni zamanda təklif etdim ki, onun namizədliyi də Milli Məclisdə təsdiq olunsun.
Sülhəddin Əkbər Azərbaycan tarixində təyinatı parlament tərəfindən təsdiq olunan yeganə nazir müavinidir. Bu necə olub, kim bu təklifi verib, bunları da əla bilir.
15 may məxməri inqilabı haqqında öz rolu barədə dedikləri də həqiqətə uyğun deyil. Mütəllibovun Şuşanın işğalından istifadə edərək hakimiyyətə qayıtmasına qarşı mübarizə AXC-də vahid mövqe idi.
Hələ mayın 13-də əgər 14 may sessiyasında belə cəhd olarsa AXC-nin bununla barışmayacağı, konstitusiyanı müdafiə hərəkatı başlayacağı barədə ilk qərarımız olub. Həmin gün AXC Ali Məclisinin sədri kimi mənim və AXC İcraiyyə Komitəsin sədri Pənah Hüseynin AXC qərargahında mətbuat konfransımız oldu. Həmin qərarımız bu mətbuat konfransında elan edilib. Bu mətbuat konfransı barədə məlumat o dövrün əksər mətbuat orqanlarında, eyni zamanda beynəlxalq mətbuatda geniş yayılıb.
Mayın 14-də AXC qərargahında AXC Rəyasət Heyəti, AXC İcrayyə Komitəsi və deputat blokumuzun birgə iclası keçirilib. İclasa mən sədrlik edirdim. Orada Konstitusiyanı müdafiə hərəkatı elan edildi. AXC qəragahı qarşısında fasiləsiz mitinqlərə başlanması və 15 may günü qərargah qarşısından Ali Sovet üzərinə yürüş edilməsi barədə qərar qəbul olundu. 30-40 nəfərədək hərəkat liderlərinin iştirak etdiyi bu toplantıda yalnız 3 nəfər bu qərarın əleyhinə səs verdi.
Sülhəddin Əkbər deyir ki, həmin dövrdə artıq AXC üzvü deyildi. Hətta AXC üzvü olmayan bir şəxsin AXC-nin qəbul etdiyi qərarı öz adına bağlaması absurd deyilmi? O dövrdə mətbuat konfransları keçirilib, AXC qərargahı, Ali Sovetin binası qarşısında, Azərbaycan televiziyasında hərəkat liderlərinin çoxlu çıxışları, çağırışları olub. Onun bu məsələlərdə hansısa xüsusi fəallığını xatırlamıram.
MTN arxivlərinin açılmasına guya Elçibəy hökumətinin, hətta şəxsən Elçibəyin özünün mane olması barədə deyilənlər də həqiqətə uyğun deyil. Çünki, hər dəfə arxivlərin açılması məsələsi qaldırılanda buna ən çox mane olan o özü olub. Bildirirdi ki, əgər arxivlər açılsa MTN iflic vəziyyətinə düşəcək. Yeni agentura seti yaratmaq mümkün olmayacaq. Bu məsələni qaldırmamağı bir çoxlarından şəxsən xahiş edib. Mənim heç olmasa yüksək dövlət vəzifələrində olanlar barədə məlumatların açıqlanması təklifimə də qarşı çıxıb. Bu müzakirələr publik olub. Yəqin ki, Milli Məclisin stenoqramlarında qalır. O dövrün mətbuatında da bu barədə yazıların qalmaması mümkün deyil.
Absurd iddialardan biri də arxivlə guya tanış olmaq imkanının olmadığı halda kimlərinsə dosyelərinin Elçibəyə təqdim etməsi, prezidentin isə bu barədə tədbir görməməsi iddiasıdır.
Əslində isə Elçibəyi narazı salan Sülhəddin Əkbərin güc nazirliklərini birləşdirib Təhlükəsizlik Şurası yaratmaq və onu həmin şuraya rəhbər, Təhlükəsizlik Şurası Katibi təyin etməsi barədə təklifi idi. Həmin təklifin, həm də Elçibəy komandasının əsas fiqurlarına yox, məhz ona etimad göstərilməsinin vacibliyi, hətta yerliçilik kontekstində deyilməsi prezidenti çox narazı salmışdı.
Füzuli rayonunda İsa Qəmbərin müdafiə naziri təyin olunması ilə bağlı söhbətdə mən də iştirak etmişəm. Bu söhbət həqiqətən olub. Həmin dövrdə Kəlbəcər işğal olunmuşdu. Füzuli və bir neçə rayonumuz işğal təhlükəsi altında idi. İsa Qəmbərin təklifi əslində bu çətin dövrdə məsuliyyəti üzərinə götürmək, üstün və daha asan parlament sədri vəzifəsindən daha çətin və məsuliyyətli vəzifəyə keçmək təklifi idi. Elçibəy bu təklifə qarşı çıxmadı. O hesab edirdi ki, parlamentin sədrliyi çox mühüm məsələdir. İsa Qəmbərin bu vəzifədə olması daha vacibdir. Onu əvəz edəcək Milli Məclis üzvü kim ola bilər? Elçibəyi bu sual düşündürürdü. Sülhəddin Əkbər Afiyəddin Cəlilovun adını çəkdi. Elçibəy dedi ki, əgər Arif Hacılını parlamentin sədri seçə bilərsinizsə İsa Qəmbəri Müdafiə Naziri təyin edərəm. Söhbət belə yekunlaşdı. O söhbət zamanı Azadlıq qəzetinin əməkdaşı İsrail Musayev də orada idi. Çəkiliş aparırdı. Bəlkə də həmin çəkiliş indi onun arxivindədir. Orada Sülhəddin Əkbərin Müdafiə Nazirinin müavini olması söhbətini xatırlamıram. Yəqin ki, ola da bilməzdi. Çünki o, elə güc nazirliklərinin birinində nazirin 1-ci müavini idi. Yaxın zamanlarda nazir, hətta güc nazirlikləri üzərində Təhlükəsizlik Şurası Katibi təyin ediləcəyini gözləyirdi. Əslində bu həqiqətlər Elçibəy hökumətində yüksək dövlət rəhbərliyində olanların əksəriyyətinə məlumdur.
Daha vacib işlərin olduğu indiki dövrdə Rəsulzadənin portretinin altından durub, Rəsul Quliyevin portretinin altında əyləşməyi özünə rəva bilmiş bir siyasət adamının dediklərinə əhəmiyyət verməmək də olardı. Amma Rusiyanın İlham Əliyevə qarşı olduğu iddiaları fonunda Elçibəyin Rusiyanın planını həyata keçirməkdə ittiham edilməsinə, bütövlükdə Azərbaycan Xalq Hərəkatının tarixinə çamur atılmasına əhəmiyyət verməmək mümkün deyil".
Xəbərin oxunma sayı : 1186
Siyasət
Xəbərlər
-
Attestat qiymətləri əla, nəticə sıfır: Valideyn-müəllim anlaşması olub?
-
Bu il banklar nə qədər pul qazanıblar? - SİYAHI
-
Ferma sahibi çobanın arvadı ilə münasibətdə oldu - ŞOK TƏFƏRRÜAT
-
“Çin rəhbərliyi Rusiyaya dəstəyini daha da gücləndirəcəyini bəyan edib“ - “The Telegraph“
-
Bu şəxslərin maaşından vergi tutulacaq - Tarix bəlli oldu
-
FHN partlayış olan binanı 6 ay sonra təmir etməyə başlayıb - 239 min ayrıldı
-
Zərərçəkənlər ifadə verdi - Vardanyanın məhkəməsi+Fotolar
-
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
-
“Xalq artisti adını sənə sponsorun da verdirə bilir“ - VİDEO
-
Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi - Qətlə görə tutuldu
-
15 iyulda xalqın mübarizəsi həm də işğalın qarşısını aldı - Ərdoğan
-
“Tramp NATO və Aİ-nin nalayiq təzyiqi altındadır“ - Lavrov
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bəzi rayonlarda 40 dərəcə isti var, bəzilərində yağış yağır - FAKTİKİ HAVA
-
Vətəndaşların şəxsi məlumatlarını xaricə ötürən ötürən qrupu aşkarlandı - Saxlanılan var
-
ABŞ silahları Ukraynaya illərlə gecikə bilər - Şok xəbərdarlıq
-
“Qafqaznet“ kondisioner də satırmış - Nazirə məxsus olduğu deyilən şirkətlə daha bir müqavilə
-
İnam Kərimov İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb - FOTOLAR
-
Bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
-
Qurbanqulu Berdiməhəmmədov Qarabağa səfər edəcək - Bu tarixdə
-
Tramp Zelenskidən niyə Moskvanı vurmadıqlarını soruşub - “The Washington Post”
-
Azərbaycanda buğda istehsalı niyə azalır - Araşdırma
-
Sədrin şikayətçi olduğu şəxs məhkəmə zalında həbs edildi - SƏBƏB
-
Ukraynaya göndərilən silahların sayı açıqlanmayacaq - Nazirlər razılıq əldə edib
-
Xalq torpaq amnistiyası gözləyir - Kupça əlçatan olacaq?
-
Sabah 40 dərəcə isti olacaq: Çimərliklər üçün tempratur...
-
Kamran Əliyev üç rayona prokuror təyin etdi - FOTO
-
Avropa İttifaqından Gürcüstana ultimatum: vizasız rejim dayandırıla bilər
-
Ruben Vardanyan Bakıda hakim qarşısında: zərərçəkmiş şəxslər ifadə veriblər
-
Piyadanın öldüyü qəza ilə bağlı hökm - Sürücülük vəsiqəsi yox imiş
-
İlham Əliyev Ərdoğana məktub göndərib: “Əziz qardaşım...“
-
Azərbaycan Premyer Liqası: Yayın ən bahalı futbolçusunu kim transfer edib?
-
Deputatların yay tətili başladı - 41 günlük sükut dövründə nə qədər qazanacaqlar?
-
Bu ərazilərdə artan yanğın təhlükəsinə dair əhaliyə - Müraciət
-
Şirkətlərin “Premium Bank“a inamı azalır - 29 milyon manat depoziti geri çəkdilər
-
Masallıda arı təsərrüfatları tələf oldu - Sahibkarlar ziyanda (VİDEO)
-
Probleminlə bağlı polis rəisinə müraciət et - DİN nəzarət edir + Video
-
Səbail rayonunda bina yararsız vəziyyətdə - VİDEO
-
Bu ölkədə azərbaycanlı deputat seçiciyə çaynik atdı - VİDEO
-
Xatirə İslamın dəniz istirahəti - FOTOLAR
-
Aİ Ukraynada məcburi səfərbərliyə qarşı çıxmalıdır - Viktor Orban
-
Bu dərmanlara boşuna pul xərcləməyin - Dövlət pulsuz verir
-
Zaqatalada ağaclar kəsilib - Sakinlərdən ŞİKAYƏT
-
“Almaniya və Norveç Ukrayna üçün “Patriot“ alacaq“ - Zelenski
-
Sürücülərin maşında gəzdirdiyi, amma istifadə etmədiyi “apteçka” - ARAŞDIRMA
-
Bu gün instaqramda bunlar paylaşıldı - FOTOLAR
-
“ABŞ Ukraynada əbədi sülhü təmin etmək istəyir“ - Tramp
-
“İşgəncələr nəticəsində övladımın adını da yadımdan çıxartmışdım” - MƏHKƏMƏ
-
“ABŞ və Aİ Ukraynaya silah tədarükü ilə bağlı razılığa gəlib“ - Tramp
-
Pensiya kartına görə anasını döyərək öldürdü - TƏFƏRRÜATLAR
-
ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib - Səfir
-
Bakıda “abadlıq işi“ elanından sonra ərazidə obyekt tikildi - FOTOFAKT
-
Dünyada ən çox qızıl ehtiyatına sahib olan ölkələr - SİYAHI
-
“Çox güman ki, Azərbaycan-Ermənistan dialoqu uğurla nəticələnəcək“ - Tramp
-
Bu rayonda 4 900 abonentin qaz təchizatı dayandırılacaq - Xəbərdarlıq
-
Pensiyaçıların kommunal ödənişini dövlət ödəyəcək? - Deputat AÇIQLADI
-
“Dedilər ki, 5 milyon manatı qaytarmalıyam“ - Bulvar idarəsinin həbsdə olan sabiq sədri
-
“Hər ay məndən 20 min alırdı, sintezator çalanla xəyanət etdi“ - VİDEO
-
“Paşa Bank“da kəskin mənfəət azalması - 91 milyon manata düşdü
-
Naxçıvan universitetində RƏZALƏT: Tələbələrə qiymət qarşılığında cinsi əlaqə təklif olunub
-
ABŞ fondları Ukraynanın ən böyük taxıl terminallarından birinə nəzarəti ƏLƏ KEÇİRDİ
-
Bakıda ağır qəzanın görüntüləri yayıldı - VİDEO
-
PKK-nın İraqdakı mağarası aşkar edilib - Yüzlərlə hərbi vasitə tapılıb + VİDEO
-
Mehdiyevlərin bankı insanlara yalan məlumat verir - Fotofakt
-
Hərbi prokurora müavini, Sumqayıta isə hərbi prokuror təyin edilib - Kamran Əliyevdən yeni təyinat
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Elat Kəndli-Fermer Təsərrüfatı“ MMC tullantıları hara axıdıb? - Xidmət tədbir gördü
-
Azərbaycanda iki yeni milli park yaradılır - SƏRƏNCAM
-
Ukraynada hökumət dəyişikliyi - Zelenski yeni baş nazir təyin edir
-
Suşi bu vəziyyətdə hazırlanırmış - Yoxlama
-
Xətaidəki çörək sexinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Məşhur restoran buna görə cərimə edilmişdi - Məhkəmə qərar verdi
-
Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? - SİYAHI
-
Efirdə müğənnilər qırğına çıxdı - Mikrafonlar söndürüldü - VİDEO
-
Xırdalanda “Little Stars” uşaq bağçasında azyaşlının qolu qırıldı - Rəhbərlik gizlətdi
-
“NATO Moldovanı Rusiya ilə müharibəyə hazırlayır“ - Rusiya xarici kəşfiyyatı
-
Azərbaycan avtobusları Almaniyadan 400, Rusiyadan isə 35 min manata alıb - SİYAHI
-
Torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi ilə bağlı - Yenilik
-
“-ov“, “-yev“ sonluqlu soyadlar bu hallarda dəyişdirilir - RƏSMİ
-
Krımda partlayış hazırlayan 25 yaşlı yerli qadın saxlanılıb - İDDİA
-
Vəhdət Partiyasında toplantı: Adəm İsmayıl Bakuvi tapşırıq verdi
-
Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb - Boykot işə yaramayıb
-
ABŞ yardımları dayandırdı, ərzaq böhranı başladı - Əfqanlar aclıqla üz-üzə qalıb
-
Milli Məclisin sessiyası başa çatdı: Deputatlar məzuniyyyətə çıxdı
-
“İmtahanlara özümün belə müdaxiləm mümkün deyil“ - Məleykə Abbaszadə
-
Şəxsiyyət vəsiqələri dəyişir - Qanun qəbul olundu
-
Bu media subyektləri cərimələnəcək - 5000 manatadək
-
Ötən həftə 812 yanğın olub, 5 nəfərin meyiti çıxarılıb - FHN
-
Putin Trampa xəbərdarlıq edib: “60 günə hər şeyi alacam”
-
Hərbçilərin pensiyalarının hesablanmasında dəyişiklik edilir? - Nazirlikdən cavab
-
54 yaşlı Aygün Kazımova göz qamaşdırdı - VİDEO
-
“Cahid Şahbazova cinayət işi açılıb“ - VİDEO
-
Bu avtomobillərin kilometrajı geri çəkilir - Aldanmamaq üçün nə etmək olar?
-
Sədrlə qohumlar üz-üzə gəldi - AHİK-də 4 nəfər istefa verdi
-
Kümçülər təhvil verdikləri baramanın pulunu niyə ala bilmirlər? - VİDEO
-
Dr. Vəfa Gündoğan necə estetik əməliyyat icra edir? - FOTO/VİDEO
-
Ukraynaya silah tədarükü rekord həddə çatacaq - Respublikaçı senator
-
Nərimanovdakı “Taxta bazarı”nda yanğın olub - VİDEO
-
DTX əməliyyat keçirdi - Həbs edilən var
-
Fransa müdafiə xərclərini sürətlə artıracaq - Makron
-
Azərbaycanda ətin qiyməti qalxıb - VİDEO
-
Sağlam bildiyimiz qidalar qanı qatılaşdırır - Nə yeyək?
-
“Çelsi“ klublararası dünya çempionatının qalibi oldu - VİDEO
-
Əliyev - Paşinyan görüşünün kadrarxası məqamları - VİDEO
-
Bakı çimərliklərində son durum: Yenə natəmizlik, yenə üfunət... (VİDEO)
-
Polkovnik Voronici Kiyevdə Rusiya agentləri olan azərbaycanlılar öldürüb? - FOTO
-
Əhd etmişdilər, Bakıdan Laçına piyada getdilər - VİDEO
-
Vətəndaş idarə etdiyi avtomobilə yazılmış cərimədən narazıdır - VİDEO
-
Salyan rayonunda ağır qəza hadisəsi: 3 nəfər ölüb
-
İnsanlar isti hava səbəbindən çimərliklərə axın edirlər - VİDEO
-
Qardaşı oğlunu öldürməkdə şübhəli bilinən kişi saxlanıldı - Şərurda
-
“Prezidentliyə hazır olmadığımı düşünürdüm” - Putin
-
Bakıda 38, Aran rayonlarında 40 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA
-
Xəstəxanada intim görüntüləri yayılan şöbə müdiri ərizə yazdı - Şantaj olunub
-
Rüşvət alanlar tutuldu: Rüşvəti verən bu iş adamları necə olacaq?
-
Azərbaycan-Ermənistan sülh danışıqlarını yaxından izləyirik - Ərdoğan
-
Köməksiz qalan azyaşlı xilas edildi - VİDEO
-
Müdafiə Nazirliyi həftəlik icmalını yaydı - VİDEO
-
İsmayıllıda itkin düşən 40 yaşlı qadın sosial şəbəkə vasitəsilə tapıldı - FOTO
-
Suriya və İsrail rəsmiləri Bakıda görüşüb - “Al Arabiya”
TOP 10
ARXİV