“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Reytinq xətrinə qonağına “Dimedrol” iynə vurduran Xoşqədəm”...

Tarix 04.05.20, 12:10

Font ölçüsü : - / +
bitmap-img6


Ranar Musayevdən qalmaqallı açıqlama...

Azərbaycan Dövlət Televiziyasının (AzTV) bədii rəhbəri, teleaparıcı Ranar Musayev “MTV Azərbaycan” televiziyasında yayımlanan “Söhbətsiz” proqramında qonaq olarkən Xəzər TV-nin əsas siması, “Səni axtarıram” sosial-ictimai verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı haqqında qalmaqallı açıqlama verib.

AzFakt.com xəbər verir ki, proqramın aparıcısı Samir Bayramlı “Adını çəkəcəyim teleaparıcılar haqqında şərh bildirin” sualı ilə Ranara müraciət edib.

Samir Xoşqədəm Hidayətqızının adını çəkər-çəkməz Ranar bu sözləri dilinə gətirib:

:

“Şərh bildirmək istəmirəm. Amma şərh var... Bir aparıcı ki, qonağına “Dimedrol” iynə vurdurur ki, onun ayaqları tutulsun, reytinq xətrinə gəzə bilən insan gəzməsin və bundan şou yaratsınlar... Nəinki aparıcı, o insan heç insan ola bilərmi?”

Ranar daha sonra aparıcı Nanə Ağamalıyevanın kövrək qəlbli olduğunu söyləsə də, onu xoflu adlandırıb



“Nanə çox qəribə insandır. Nə qədər insanı çox istəsə də, xofludur. Kənardan çox güclü insana bənzəyir, amma onu müdafiə etməyə çox böyük ehtiyacı var. Bəzən kobud, sərt olsa da, qəlbi uşaq kimidir”.

Musayev yaxın dostu teleaparıcı Hüsniyyə Məhərrəmovaya bəzi məqamlarda nifrət etdiyini söyləyib:



“Hüsniyyə ilə hamı bilir ki, yaxın dostam. Hüsniyyə ilə ola bilər ki, bir-birimizi qıraq, problemlərimiz, konfliktlərimiz olsun, hətta bir-birimizə nifrət edək... O qədər olub ki, ona nifrət etmişəm. Amma Hüsniyyə canımın bir parçasıdır”. (Oxu.az)





Xəbərin oxunma sayı : 463




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap