“Elektrik və su pulumu ödəsəm bəsimdir” - Murad Aygünün toy tarixi açıqlandı Gülbeni ölümlə hədələdiyi üçün keçmiş ərini 5 ilədək həbs gözləyir Tarkan həyat yoldaşını klipinə çəkəcək
Axtar
 
  • / Maqazin / — 09 Dekabr 2017

    “Elektrik və su pulumu ödəsəm bəsimdir” - Murad

  • / Maqazin / — 09 Dekabr 2017

    Aygünün toy tarixi açıqlandı

  • / Maqazin / — 09 Dekabr 2017

    Gülbeni ölümlə hədələdiyi üçün keçmiş ərini 5 ilədək həbs gözləyir

  • / Maqazin / — 30 Noyabr 2017

    Tarkan həyat yoldaşını klipinə çəkəcək

  • / Maqazin / — 28 Noyabr 2017

    Emin Ağalarovun anası ilə bu görüntüsü rekord qırır - Video

  • / Maqazin / — 26 Noyabr 2017

    “Çalıquşu”nun “Kamran”ı özünə İspaniyada biznes qurub

“Roma” klubunun qəzeti “Qarabağ”dan yazdı – “Müharibə içində futbol, bu da Qarabağ”

Tarix 22.09.17, 23:42

Font ölçüsü : - / +
bitmap-img6


İtaliyanın “Roma” futbol klubunun rəsmi mətbuat orqanı olan “Il Romanista” qəzetinin həm çap, həm də elektron versiyasında Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin “Sizə Qarabağdan danışım” sərlövhəli müsahibəsi dərc olunub.

“Report”un xəbərinə görə, “Il Romanista” qəzetinin müxbiri Qabriele Fasanın suallarını cavablandıran Məmməd Əhmədzadə “Qarabağ” futbol klubunun tarixi nailiyyətinin Azərbaycan futbolu və idmanı üçün önəmindən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı klubun ağrılı taleyindən, habelə Dağlıq Qarabağ münaqişəsi və onun acı nəticələrindən danışıb.

Diplomat son illərdə Azərbaycanda idmanın inkişafı, bu sahəyə Prezident İlham Əliyevin diqqəti və qayğısı, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri yüksək nailiyyətlər, Azərbaycanda müasir idman infrastrukturunun qurulması və ölkəmizin bir sıra mötəbər beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməsi barədə də məlumat verib.

Səfir M.Əhmədzadə “Qarabağ” və “Roma” futbol klubları arasında keçiriləcək oyunların önəmli idman tədbiri olması ilə yanaşı, Azərbaycan və İtaliya xalqlarının bir-birini daha yaxından tanımasına töhfə verəcəyini bildirib.

Komandalar arasında keçiriləcək ilk oyunun tarixinin “Roma”nın əfsanəvi kapitanı Françesko Tottinin ad gününə təsadüf etməsi ilə əlaqədar azərbaycanlı diplomat məşhur futbolçu ilə bağlı xatirələrini bölüşüb və onu ad günü münasibətilə təbrik edib.

Müsahibə ilə bağlı “Il Romanista” qəzetinin üz səhifəsində məhz F.Tottinin fotosunun əks olunduğu “Müharibə içində futbol – Bu da Qarabağ” sərlövhəli məlumat da yerləşdirilib.

Müsahibənin yerləşdirildiyi səhifədə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, “Qarabağ” klubunun sabiq məşqçisi və Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov, Azərbaycanda keçirilmiş nüfuzlu beynəlxalq idman yarışları, eləcə də bu turnirlərdə idmançılarımızın yüksək nailiyyətləri barədə də ətraflı məlumat verilib.

Xatırladaq ki, “Roma” futbol klubunun rəsmi mətbuat orqanı olan “Il Romanista” qəzeti 2004-cü ildə təsis olunub və dünyada futbol klubuna həsr edilən ilk idman qəzetidir. Qəzet “Roma” futbol klubunun azarkeşləri, eləcə də İtaliyada idmansevərlər və futbol həvəskarları arasında geniş populyarlığa malikdir.

Məqalə ilə aşağıdakı linkdən tanış olmaq mümkündür



Xəbərin oxunma sayı : 154

loading...

İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda