Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsi barədə iddialar əsassızdır”

Tarix 09.06.17, 17:17

Font ölçüsü : - / +
bitmap-img6


"Son dövrlər Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsi barədə şərhlər verilir. Ancaq bu iddialar əsassızdır"

APA-nın məlumatına görə, bunu parlament sədrinin müavini Bahar Muradova deyib.
 
B. Muradova bildirib ki, Azərbaycan-Rusiya münasibətləri ikitərəfli strateji əməkdaşlıq səviyyəsindədir: "Biz bu münasibətlərin bütün parametrləri üzrə tərəflərin öz öhdəliklərini daim yerinə yetirdiyinin şahidiyik. Azərbaycan özünün üzərinə düşən vəzifəni yerini yetirdiyi kimi, Rusiyadan da buna adekvat addım atmağı hər zaman gözləyir. Düşünürəm ki, bu günə qədər münasibətlərimizdə elə bir ciddi problem olmayıb.
 
Münasibətlərin gərginləşməsi barədə şərhlərə rəvac verən hadisəyə - Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvinə gəlincə, məsələ yalnız hüquqi müstəvidə həll olunmalıdır. Bundan kənar siyasi divident güdməyə yönəlmiş şərhlər verilməsi həqiqətən də münasibətlərdə problemlər yarada bilər. Azərbaycanın müvafiq dövlət qurumları, parlamenti, cəmiyyəti, vətəndaş cəmiyyətinin nümayəndələri və mətbuat bu məsələnin məhz hüquq çərçivəsində həll olunmasını gözləməlidir".
 
B. Muradova bildirib ki, Rusiyada yaşayan azərbaycanlılar Rusiya vətəndaşlarıdır: "ÜAK da Rusiya vətəndaşı olan azərbaycanlılarının Rusiya qanunlarına əsasən yaradılmış təşkilatıdır. Hesab edirəm ki, hansı etnik-milli qrupa mənsub olmasından asılı olmayaraq, hər kəs öz vətəndaş hüquqlarını, vəzifələrini icra etməlidir. Onların hüquqları tanınmalı, onlar da vəzifələrini yerinə yetirməlidirlər".



Xəbərin oxunma sayı : 145




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap