Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Rusiya Ukrayna məsələsində səhv etsə, bunun bədəli ağır olacaq” - Yens Stoltenberq

Tarix 12.01.22, 22:48

Font ölçüsü : - / +
bitmap-img6


NATO-nun baş katibi Yens Stoltenberq 2019-cu ildən bəri ilk dəfə keçirilən NATO-Rusiya danışıqlarından sonra mətbuata açıqlamalar verib.

O, Rusiyanın Ukrayna sərhəddində möhkəmlənməsindən sonra yaranan gərgin vəziyyət və Avropanın təhlükəsizliyi barəsində danışıb.

“Biz Rusiyanı beynəlxalq öhdəliklərini yerinə yetirməyə, Ukraynanın şərqində hərbi mövcudluğunu və gərginliyi azaltmağa çağırırıq. Rusiya Ukraynaya hərbi müdaxilə edərək Ukrayna ərazisini işğal edib, Krımı güc yolu ilə ilhaq edib və bölgədəki separatçılara dəstək verib. Ona görə də Ukraynanın özünümüdafiə hüququ var. Gərginliyi azaltmalı olan tərəf Rusiyadır”, -deyə NATO rəhbəri bəyan edib.

O, vurğulayıb ki, əgər Rusiya Ukrayna məsələsində səhv etsə, bunun bədəli ağır olacaq.

“Bizim missiyamız sülhü qorumaqdır. Rusiyanın Krımı ilhaq etməsi və onun hərbi güclənməsi qarşısında biz şərq sərhədimizdə müttəfiqlərimizi qorumaq üçün hərbi varlığımızı artırdıq. Bununla belə, bizim missiyamız sırf sülhməramlı və müdafiə məqsədi daşıyır. Bugünkü görüşün diqqət mərkəzində Ukrayna idi. Ancaq Rusiyanın müxtəlif ölkələrə hərbi müdaxilələri, Avropaya hücumları var. Gürcüstan, Moldova və Ukraynada Rusiyanın hərbi varlığı bizi narahat edir. Bu ölkələrin ərazi bütövlüyünə hörmət edilməlidir. Biz Rusiya ilə masa arxasında oturub konkret təklifləri müzakirə etməyə hər zaman hazırıq. NATO Rusiya ilə əlaqə saxlayacaq və danışıqları davam etdirəcək. Lakin bu, əsas prinsiplərdən imtina etmək demək deyil”, - Stoltenberq bildirib.



Xəbərin oxunma sayı : 805




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap