Futbolçunun arvadı dərin dekolteli paltarda - Foto Günay təkzib etdi: “Sevgilimi bıçaqlamamışam“ Əməkdar artist: ““Eurovision”da ən yadda qalan onların çıxışı idi” – VİDEO Son 2 ildə Xalq artistlərinin təqaüdü 50%, müharibə əlillərinin təqaüdü 10% artıb - RƏSMİ
Axtar
 
  • / Maqazin / — 24 May 2019

    Futbolçunun arvadı dərin dekolteli paltarda - Foto

  • / Maqazin / — 22 May 2019

    Günay təkzib etdi: “Sevgilimi bıçaqlamamışam“

  • / Maqazin / — 19 May 2019

    Əməkdar artist: ““Eurovision”da ən yadda qalan onların çıxışı idi” – VİDEO

  • / Maqazin / — 19 May 2019

    Son 2 ildə Xalq artistlərinin təqaüdü 50%, müharibə əlillərinin təqaüdü 10% artıb - RƏSMİ

  • / Maqazin / — 19 May 2019

    Arvadı Eserdən yeni villa istəyir

  • / Maqazin / — 18 May 2019

    Tacir Şahmalıoğludan efirdə ŞOK SÖZLƏR: “Tellinin hər yerini yeyərəm“ - VİDEO

“Sən bu millətə düşmənçilik edirsən!…” – Əli Nağıyev Əli İnsanova hücuma keçdi!

Tarix 05.05.19, 12:14

Font ölçüsü : - / +
bitmap-img6


“Martın əvvəlində, Əli İnsanov həbsdən çıxanda mənə sual ünvanladılar. Bidirdilər ki, Əli İnsanov emosional, odlu-alovlu çıxışlar edir. Mən o zaman bildirdim ki, bu yanaşmanı səhv hesab edirəm”.

AzFakt.com-un məlumatına görə, bunları YAP-ın qurucularından olan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev keçmiş həmkarı Əli İnsanovun son bəyanatlarına münasibət bildirərkən deyib. O, bu barədə “Moderator.az” saytına açıqlamasında danışıb.

Ə.Nağıyev Ə.İnsanovun fikirlərini yanlış hesab etdiyini, İlham Əliyevə yönəlik istənilən addımın həm də xalqa, xalqın və dövlətin mənafeyə qarşı yönəldiyini vurğulayıb: “Mən hələ 16 il qabaq bu yolun səhv olduğunu bildirmişəm. Bu gün elə simasızlar var ki, onlar iqtidarın təbliğatını edəndə, bu, iqtidarın əleyhinə işləyir. Çünki cəmiyyət bu insanları simasız insanlar kimi tanıyır. O simasızlardan birini o vaxt mənim də yanıma göndərmişdilər. Mənə deyirdilər ki, sən də bizim tərəfimizə keç. Mən həmin şəxsə sərt cavab verdim, bildirdim ki, məndən Heydər Əliyevə xəyanətkar olmaz”.

eli nagiyev

Sabiq nazir deyib ki, yaxşıya yaxşı, pisə pis demək lazımdır. Bir adamın hansısa səhvi olubsa, onun yaxşılarını da qaralamağı qəbul etmir: “Mən Əli İnsanova onu deyə bilərəm ki, ay kişi, sən axı savadsız adam deyilsən. Sən bu mübarizəni ömür boyu axıra çatdıra bilmərsən. İkinci bir tərəfdən, bax gör sən kimlərin əlinə oynayırsan. Prezident postuna iddialar arasında İlham Əliyevin dizinə qədər çatası layiqli bir adam görmürəm. Onların içərisində vicdanı düz, keçmişi təmiz, milləti İ.Əliyevdən çox sevən, millətə İ.Əliyevdən artıq xidmət edən bir adam yoxdur. Nəinki İ.Əliyevdən artıq, İ.Əliyevin dizinə qədər olanını görmürəm.

73-74 yaşın var. Axı sənin Avropada, Amerikada oturan müəllimlərin də gözəl bilir ki, sənin bu potensialın yoxdur. Sən o cılız adamlara xidmət edirsənsə, yalnız İ.Əliyevə deyil, bu xalqa düşmənçilik edirsən. Sən bu millətə düşmənçilik edirsən.

Bu gün Azərbaycanın çox böyük problemi var. İ.Əliyevə qarşı çıxmaq, onun stolunu laxlatmaq, ona zərbə vurmaq Azərbaycana zərbə vurmaqdır. Azərbaycan bir dəqiqənin içində od tutub yana bilər.

Mən bir daha bunları Əli İnsanovun diqqətinə çatdırmaq istəyirəm. Bir daha deyirəm ki, ay kişi, qalan ömrünü balalarına, nəvələrinə sərf elə. Xeyirli işlərlə məşğul ol. Sən bu fəaliyyətinlə bu millətə heç bir xeyir verə bilməyəsən”.










Xəbərin oxunma sayı : 817

loading...

Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda