Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım
Axtar
 
  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

Seperatçılar Bakının təklifini qəbul etməyiblər... - “Xankəndi hər tərəfdən mühasirəyə alınır...”

Tarix 14.03.23, 10:57

Font ölçüsü : - / +
bitmap-img6


Xankəndindəki separatçı rejim Prezident Administasiyasının Qarabağdakı erməni əhalisi ilə növbəti görüşün Bakıda keçirilməsi təklifinə ermənilərin adından “yox” deyib.

Separatçılar görüşün yalnız Rusiya sülhməramlılarının vasitəçiliyi ilə keçirilməsi və humanitar, infrastruktur, texniki məsələləri müzakirə etmək istədiklərini bildirib.

"Publika.az"-ın məlumatına görə, iddia ediblər ki, Qarabağdakı erməni əhalisinin “hüquq və təhlükəsizliyi beynəlxalq təminatlar olduğu halda mümkün ola bilər”.

Növbəti görüşün Bakıda keçirilməsini təklif edən Prezident Administrasiyası iki məsələnin müzakirə ediləcəyini açıqlamışdı: reinteqrasiya və ermənilərin yaşadığı ərazilərdə infrastruktur layihələri.

Hazırda erməni əhalisi üzərində hələ də nəzarət imkanı olan separatçıların bundan imtina edəcəyi gözlənilən idi. Çünki görüş üçün Bakıya gəlmək reinteqrasiyanı qəbul etmək deməkdir. Lakin bundan imtina etmək də separatçı rejimi çətin vəziyyətə salır. 

Əslində rəsmi Bakı bu təkliflə siyasi gediş etdi. Təklifi qəbul etmək Bakının şərtlərini qəbul etmək olduğu kimi, imtina etmək də Bakıya imkan verir ki, “təmasların” indi qurulmasını istəyən Qərbə “prosesin qarşısını alan və erməni əhalisi ilə təmaslara imkan verməyənlərin” separatçılar olduğunu göstərsin, onlara qarşı mümkün praktiki addımlarını “erməni əhalisinin hüquqlarının qorunması” adı ilə də legitimləşdirsin.

Təklifdən imtina edilməsini Xankəndi ətrafında halqanın daralması kimi də qəbul etmək olar. Azərbaycan həm təmasların bərpa edilməsi, həm də “erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunması” məqsədilə Qarabağda anti-terror əməliyyatına başlaya bilər.

“Hraparak” nəşrinin yazdıqları bu kontekstdə diqqət çəkir. Nəşr yazır ki, Qarabağ ətrafında dairə sıxlaşır.

“Əldə etdiyimiz məlumata görə, Azərbaycan Ordusu Şuşada və Ağdərədə hazır vəziyyətdədir. Xankəndi hər tərəfdən mühasirəyə alınır”, - nəşr iddia edir.



Xəbərin oxunma sayı : 1384




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap