Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun
Axtar
 
  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

“Sərnişinlərimizdən bir daha üzr istəyirəm...” - Vüsal Aslanov

Tarix 12.05.26, 14:39

Font ölçüsü : - / +
bitmap-img6


“Baş vermiş hadisəyə görə təəssüfümü bildirir və sərnişinlərimizdən bir daha üzr istəyirəm”.

AzFakt.com xəbər verir ki, bu sözləri “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov “Trend”ə müsahibəsində deyib.

O bildirib ki, hadisə zamanı təxliyə operativ şəkildə təmin olunub: “21 aprel Nərimanov–Ulduz” mənzilini enerji ilə təmin edən yarımstansiyada qısaqapanma baş vermişdi və həmin mənzildə tuneldə tüstülənmə qeydə alınmışdı. Biz sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün əvvəlcə hadisənin fəsadlarını aradan qaldırıb sonra hərəkəti bərpa etdik. Hadisə zamanı sərnişinlər və əməkdaşlar arasında xəsarət alan olmadı, təxliyə operativ şəkildə təmin olundu. Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi əməkdaşlarına təxliyə zamanı və ilkin tibbi xidmət göstərən TƏBİB əməkdaşlarına, Bakı metropoliteninin məlumatlarının operativ ictimaiyyətə çatdıraraq çaşqınlıq yaranmasının qarşısının alınmasında xüsusi rolu olan media nümayəndələrinə təşəkkürümü bildirirəm”.

Vüsal Aslanovun sözlərinə görə, Dövlət Proqramında Bakı metropoliteninin enerji dayanıqlığının təmin edilməsi xüsusi bənd kimi yer alıb: “Ümumiyyətlə, Bakı metropoliteninin elektrik şəbəkəsi dayanıqlı qurulub - istənilən sahə iki fərqli alternativ enerji mənbəyindən qidalanır. Dövlət Proqramında Bakı metropoliteninin enerji dayanıqlığının təmin edilməsi xüsusi bənd kimi yer alıb. 2025-ci ildə xarici ekspertləri dəvət edib enerji sistemini tam texniki auditdən keçirdik və tədbirlər planı hazırladıq. Artıq 2025-ci ildən iki mövcud yarımstansiyanın yenidən qurulması, bir yeni yarımstansiyanın tikintisi, kabel şəbəkəsinin yenilənməsi və SCADA sisteminin yenidən qurulması istiqamətində işlər görülür”.

O vurğulayıb ki, dizel generatorların əsas rolu xarici enerji təchizatının əvəzlənməsinə fokuslanıb: “Bakı Metropoliteninin 21 ədəd dizel generatoru mövcuddur, bunlar mütəmadi olaraq texniki baxışdan keçir. Bu generatorların funksiyası xarici enerji təchizatında fasilə yarandığı zaman avtomatik işə düşməkdir. Biz ildə iki dəfə qəza məşqləri keçiririk. Lakin bu hadisədə xarici elektrik şəbəkəsində problem yox idi - metronun öz yarımstansiyasında qısaqapanma baş vermişdi. Ona görə bu halda onlardan istifadə mümkün deyil”.

Xatırladaq ki, aprelin 21-də “Bakı Metropoliteni” QSC-nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilmişdi. Buna səbəb “Ulduz-Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlığın yaranması idi.



Xəbərin oxunma sayı : 160




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap