Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

“Sizi gətirəcək kimsə yoxdur?!“ - Paşinyanla Lukaşenko mübahisə etdi

Tarix 26.12.24, 19:45

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistanın baş naziri Nikol Paşinyan və Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində Ermənistan nümayəndə heyətinin növbəti görüşdə iştirak formatı ilə bağlı mübahisə ediblər.

TASS xəbər verir ki, mübahisə Paşinyanın Ermənistan nümayəndə heyətinin Ali Avrasiya İqtisadi Şurasının 2025-ci ilin mayında Minskdə keçiriləcək növbəti iclasında distant formatda iştirak edəcəyini bildirməsindən sonra başlayıb.

“Burada nə problem var? Məgər Minsk bu qədər uzaqdır? Sizi gətirəcək kimsə yoxdur?! Ehtiyac olsa, sizin nümayəndə heyətinizi biz gətirərik”, - Lukaşenko bildirib.

Paşinyan buna cavab olaraq deyib ki, bu barədə artıq bəyanatla çıxış edib və o, qüvvədədir.

"Hesab edirəm ki, bu, məsələləri müzakirə etmək üçün düzgün format deyil. Siz bu məsələyə toxundunuz və mən dərhal reaksiya verməli idim ki, heç bir anlaşılmazlıq olmasın", - o əlavə edib.

Qeyd edək ki, Ermənistanın baş naziri bundan əvvəl koronavirusa yoluxduğu üçün indiki Aİİ sammitində videoformatda çıxış edib. Lukaşenko tədbirdə şəxsən iştirak edib.

Belarus-Ermənistan münasibətləri Aleksandr Lukaşenkonun Bakı və İrəvan arasında Qarabağla bağlı münaqişə ilə bağlı verdiyi bəyanatdan sonra pisləşib. Belarus Prezidenti Qarabağdakı əməliyyatı azadlıq müharibəsi adlandırıb. Daha sonra Paşinyan bəyan edib ki, Lukaşenko Belarusa rəhbərlik etdiyi müddətdə bu ölkəyə səfər etməyəcək(Report).



Xəbərin oxunma sayı : 298




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap