Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Sara Əlizadə lisenziyasız kosmetoloji fəaliyyətlə məşğuldur? - FOTOFAKT

Tarix 25.12.24, 21:09

Font ölçüsü : - / +
bitmap-img6


Son illər Azəraycanda kosmetoloji prosedurlara tələbat artdığından bu xidməti göstərən “kosmetoloqlar”ın, estetik mərkəzlərin sayı artıb. Sözsüz ki, bu da qeyri-peşəkar kosmetoloqların və onların qurbanlarının sayını artırır. 

Rəsmi statistikaya görə ölkəmizdə son 5 ildə kosmetoloji prosedurlardan əziyyət çəkənlərin sayı kifayət qədər çıxalıb. Azərbaycan Respublikasının Qanununa əsasən kosmetoloji iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “kosmetoloji” iş üzrə tibbi xidmətin göstərilməsi tibbin bir sahəsi kimi qeyd olunub: “Burada tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutulur. Tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksion üsullar daxildir. Bu üsullara inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq aid oluna bilər. Bu üsulların hamısı “kosmetoloji” işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoveneroloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssilər məşğul olmaq hüququna malikdirlər”. Ancaq ölkəmizdəki kosmetoloqların böyük əksəriyyətinin lisenziyasız fəaliyyət göstərdiyini deyə bilərik. 

Xalq.az-a daxil olan məlumata görə lisenziyasız fəaliyyət göstərən kosmetoloqlardan biri də sosial şəbəkələrdə özünü “ixtisaslaşmış həkim kosmetoloq Dr.Sara Alizadə” adı ilə reklam edən Sara Əlizadədir. Sara Əlizadənin tibbi təhsili olmasına baxmayaraq, fəaliyyət göstərdiyi kosmetologiya sahəsi üzrə lisenziyasının olmadığı bildirilir. Sara Əlizadə sosial şəbəkədə yayımladığı reklam çarxında passiyentlərinin üz və digər nahiyyələrinə müxtəlif iynə pereparatlarını vurduğu əks olunur. Bildirək ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, lisenziya verən qurum kimi İqtisadiyyat Nazirliyi özəl tibb fəaliyyəti üçün lisenziyanın verilməsi ilə bağlı daxil olmuş müraciətə baxılması ilə əlaqədar Səhiyyə Nazirliyinin rəyini alır.O cümlədən, kosmetoloji iş üzrə ambulator tibbi xidmət göstərmək niyyətində olan müəssisələr özəl tibb fəaliyyəti üçün lisenziyanın verilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət etməlidirlər. Müraciət əsasında rəyin verilməsi məqsədilə hər iki qurumun iştirakı ilə müəssisəyə birgə baxış keçirilir.

Məsələ ilə bağlı  Sara Əlizadə ilə əlaqə saxladıq o açıqlamasında bildirib ki, tibbi təhsili var amma lisenziya verilməyib. Əməkdaşımızın  lisenziyasız necə fəaliyyət göstərirsiz? sualına isə “Yaxşı edirəm kiməsə gedib pul verib lisenziya almalıyam….İcarəyə obyekt  götürməliyəm lisensiya verilsin?  deməklə araşdırmanız boş şeydi. Sizin telefonu lazımı adamalara verəcəm deyərək hədələməyə başladı.

Araşdırmalarımız  nəticəsində məlum oldu ki,  lisenziyasız fəaliyyət göstərən “kosmetoloq” Sara Əlizadə sosial hesablarında bağlayıb.

   





Xəbərin oxunma sayı : 412




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap