Aparıcı Mələk Heydərova çılpaq fotolarını paylaşdı – Fotolar Model Səmradan yarı-çılpaq paylaşım - FOTO Aktrisa Çimnaz Sultanovanın erotik görüntüsü yayıldı - VİDEO ARB-nin keçmiş aparıcısından yarıçılpaq paylaşım - FOTO
Axtar
 
  • / Maqazin / — 20 Sentyabr 2019

    Aparıcı Mələk Heydərova çılpaq fotolarını paylaşdı – Fotolar

  • / Maqazin / — 19 Sentyabr 2019

    Model Səmradan yarı-çılpaq paylaşım - FOTO

  • / Maqazin / — 19 Sentyabr 2019

    Aktrisa Çimnaz Sultanovanın erotik görüntüsü yayıldı - VİDEO

  • / Maqazin / — 19 Sentyabr 2019

    ARB-nin keçmiş aparıcısından yarıçılpaq paylaşım - FOTO

  • / Maqazin / — 18 Sentyabr 2019

    “Ancaq layiq olana...” – Afaq İnstaqramı “partlatdı”

  • / Maqazin / — 02 Sentyabr 2019

    Dekoltesi ilə gecəyə damğa vurdu - Fotolar

İsmayıllı İcra Hakimiyyətindən yanacaqdoldurma məntəqəsi ilə bağlı açıqlama

Tarix 09.07.19, 19:59

Font ölçüsü : - / +
bitmap-img6


İsmayıllı rayon İcra Hakimiyyəti  İcra hakimiyyəti başçısının müavini Sevil  Əhmədovaya məxsus olduğu bildirilən maye qaz yanacaqdoldurma məntəqəsi ilə bağlı açıqlama yayıb.

İH-dən AzFakt.com-a daxil olan açıqlamada bildirilir ki, bir çox saytlar İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədovanın adına qaz yanacaqdoldurma məntəqəsinin olduğunu Araz Abdullayevin sözləri ilə tirajlayır. “Rayon icra hakimiyyəti olaraq belə bir halın olduğunu qətiyyətlə təkzib edirik.

Qaz yanacaqdoldurma məntəqəsini Sevil xanımın qardaşı Vaqif İsmayılov 1998-ci ildə rayon icra hakimiyyəti başçısının sərəncamı ilə 0,2 hektar ərazidə açıb. Həmin ildə də lisenziya alınıb. Haqqında söhbət gedən xanım müavin o zaman icra hakimiyyətində, ümumiyyətlə heç yerdə işləmirdi. S.Əhmədova bu vəzifəyə 2013-cü ildə gəlib.

Obyektivlikdən, ədalətdən, düzlükdən yan keçənlərə xatırlatmaq istərdik ki, Vaqif İsmayılov dünyasını dəyişəndən sonra obyekt qanuni olaraq qardaşı Rafiq İsmayılovun adına keçib.

Qaz yanacaqdoldurma məntəqəsinə hər 5 ildən bir lisenziya, sonuncu isə 16 noyabr 2017-ci il tarixdə verilib. Nömrəsi belədir: İN-10019-2017. Bu lisenziya ASAN xidmətdən alınıb. Bundan əlavə obyektə Fövqəladə Hallar Nazirliyinin Təhlükə Potensiallı Obyektlərin Dövlət Reyestr xidməti 4 may 2018-ci il tarixdə 2023-cü ilə qədər müddəti olan təhlükəsizlik sertifikatı verib.

Şikayətçi Araz Abdullayev isə obyektini 3-4 il bundan əvvəl tikib. Ona və heç kimə qaz yanacaqdoldurma məntəqəsindən heç bir təhlükə yoxdur.

Sevil Əhmədova uzun illər Komsomolun rayon komitəsinin katibi və birinci katibi işləyib. 2000-ci ildə rayon icra hakimiyyətinə məsləhətçi vəzifəsinə təyin olunub. 2013-cü ildən  RİH başçısının müavinidir. YAP rayon təşkilatının sədridir. O, keçmiş Xalq Təsərrüfatı İnstitutunu və Politologiya İnstitutunu (partiya məktəbi) bitirib. Rayon ictimaiyyəti arasında işgüzarlığı, səmimiliyi, ədalətli olması və peşəkarlığı ilə fərqlənir”.



Xəbərin oxunma sayı : 139

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda