![]() |
|














“Sovet idarəçilərindən xilas olmalıyıq…” – “ABŞ-da təhsil sistemimizin inkişafına dəstək istədim”
Tarix 06.04.19, 21:57 |
|

Milli Məcisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin “AzPolitika.info”ya müsahibəsini təqdim edirik:
- Asim bəy, Amerika səfəriniz hansı məqsədlə həyata keçirilirdi, bu Milli Məclis xətti ilə olan səfər idi, yoxsa sırf tədbirə dəvət olunmuşdunuz?
– Azərbaycan-Amerika Dostluq Qrupunun üzvləri olaraq ABŞ Konqresində və Senatındakı həmkarlarımızla görüşlər keçirmək, Azərbaycan-Amerika münasibətlərini müzakirə etmək və Azərbaycanın həyata keçirdiyi mühüm strateji prinsiplərlə bizim tərəfdaşlarımızı tanış etmək niyyəti ilə edilən səfər idi. Bu səfər zamanı biz Senatda, Konqresin Nümayəndələr Palatasında görüşlər keçirdik. ABŞ-Azərbaycan münasibətləri ilə bağlı vəziyyətlə, mövqelərlə bir daha tanış olduq, mövcud problemləri müzakirə etdik. Əslində, Amerika Azərbaycanın strateji təhlükəsizlik məsələlərində əməkdaşlığını çox yüksək qiymətləndirir. Azərbaycanın enerji təhlükəsizliyi sahəsində fəaliyyəti Amerikada çox önəmli məsələ kimi qəbul olunur. ABŞ-da Azərbaycanın yeni və strateji nəqliyyat dəhlizini formalaşdırmasını bilirlər və bu ABŞ-ın maraqlarını uyğundur. Onlar bu məsələ ilə bağlı Azərbaycana öz minnətdarlıqlarını bildirirlər. Biz, Azərbaycanın çox önəmli olan dəyərləri barədə amerikalı tərəfdaşlarımız və dostlarımızı məlumatlandırdıq. Söhbət Azərbaycanda əsrlər boyu mövcud olan fərqli dinlərin, fərqli etnik qrupların əməkdaşlıq və tərəfdaşlıq ənənələrindən gedir ki, Azərbaycan bu baxımdan bir sıra ölkələr üçün nümunə ola bilər. Və ABŞ-da bizim bu dəyərlərimiz çox yüksək qiymətləndirilir.
Biz, bunlarla yanaşı ABŞ-ın nüfuzlu yəhudi təşkilatı olan AİPAC-ın illik konqresində də iştirak etdik. Bir sıra görüşlər zamanı Azərbaycanın min illərdir ki, yəhudilərlə qardaşlıq və əməkdaşlıq əlaqələrinin olduğu ifadə edildi. Həmçinin, bu əlaqələrin Amerika-Azərbaycan-İsrail münasibətləri üçün də önəmli olduğu vurğulandı. Hesab edirəm ki, bizim səfərimiz çox uğurlu oldu. Qarşımıza qoyulan məqsədlərə çatdıq, dostlarımızla bir daha görüşdük və gələcək əməkdaşlıq barəsində də ciddi müzakirələr apardıq.
- Həmkarınız Səməd Seyidovun “Azərbaycan islahatlar aparmaq üçün ABŞ-dan dəstək istəyir” şəklində bir ifadəsi sosial şəbəkələrdə ciddi müzakirə olundu…
– Səməd müəllim bir sıra fikirlər səsləndirib. Bildiyiniz kimi, Azərbaycanda çoxşaxəli iqtisadi və sosial sahələr üzrə islahatlar başlayıb. Bununla yanaşı mən də müəyyən fikirlərimi ifadə etdim.
- Yəni səfərin məqsədi həm də aparılan islahatlara dəstək almaq idi?
– Yox. Məqsəd Azərbaycan-Amerika münasibətlərini genişləndirmək və Azərbaycan-Amerika parlamentlərarası əməkdaşlığı gücləndirmək idi. Səməd Seyidov isə islahatlarla bağlı dostlarımıza kifayət qədər geniş məlumat verdi, onları məlumatlandırdı ki, Azərbaycanın strateji inkişafı istiqamətləri üzrə zəruri islahatlar həyata keçirilir. Mən də bəzi məsələ ilə bağlı danışdım.
- Hansı məsələlərlə?
– Bizim dostlar hər zaman sual edirlər ki, biz, sizə necə kömək edə bilərik. Mən də qeyd etdim ki, ən əsas məsələ Azərbaycanın təhsil sisteminin səviyyəsini qabaqcıl standartlara qaldırmaqdır. Çünki islahatları həyata keçirmək üçün bacarıqlı menecerlərə ehtiyac var. Söhbət biznes, ictimai, siyasi, iqtisadi sahələr üzrə savadlı menecerlərdən gedir. Bunun üçün yüksək səviyyəli təhsil, peşəkarlıq və yüksək mədəniyyətə ehtiyac var. Bu istiqamətdə Azərbaycan təhsil sisteminin inkişafı vacibdir. Çünki biz, bu mütəxəssisləri Azərbaycanda yetişdirməliyik. Deməli Azərbaycan universitetləri ilə Amerika universitetləri arasında əməkdaşlıq genişləndirilməlidir. Eləcə də, mədəni sahədə əlaqələr inkişaf etməlidir. İslahatların təməli bu sistem üzərində qurulur. Bu səbəbdən də, qeyd etdim ki, Azərbaycanın islahatları gücləndirməsi, həyata keçirməsi üçün ABŞ bizim təhsil sisteminin inkişafına öz dəstəyini verə bilər.
- Sizin başqa bir açıqlamanız daha ciddi müzakirə olundu. Mən, məmurlar haqqında dediyiniz ifadələri nəzərdə tuturam…
– Əslində burada yeni bir şey yoxdur. Mən bu fikirlərimi Bakıda da deyirəm. Bildirirəm ki, biz sovet idarəetmə təfəkküründən və sovet idarəçilərindən xilas olmalıyıq. Məmurların xalqın qarşısında ciddi öhdəlikləri olmalıdır və onlar bilməlidirlər ki, məhz xalqa xidmət edirlər. Və sovet məmur özbaşınalığı ənənələrinə son qoyulmalıdır. Mənim bu sözlərimdə yenilik yoxdur və siz dəfələrlə bu sözləri məndən eşitmişiniz.
- Ancaq bu sözlərin Amerikada dilə gətirilməsi xüsusi maraqla qarşılandı. Sizcə, niyə?
– Mən bu fikirlərimi həm Amerikada, həm Avropada, həm də dünyanın hər yerində deyirəm. Bildirirəm ki, keçmiş sovet ölkələrinin inkişafı və güclənməsi üçün sovet təfəkkürünə son qoyulmalıdır. Və müstəqil dövlətlər öz müasir idarəetmə sistemini formalaşdırmalıdırlar. Məmur özbaşınalığı hər bir dövləti zəiflədən amildir, onlar peşəkarlarla əvəzlənməlidir. Mən bu fikirlərimi hər yerdə deyirəm. Çünki məhz müasir təhsil sistemi dünya mədəniyyətini Azərbaycan milli mədəniyyəti ilə qovuşduraraq yeni bir sistem yarada bilər. Və biz sovet ənənələrindən xilas olmalıyıq. Çünki bu Azərbaycanın müstəqilliyinə olan ən böyük təhlükədir.
- Bu fikirlərinizə görə sizə etiraz edən olubmu?
– Xeyr. Mən tənqidlər eşitməmişəm. Əksinə, gənclərdən dəstək görmüşəm. Mən düşünürəm ki, ölkəmizin gücü məhz gənclərin inkişaf perspektivi ilə bağlıdır, onların idarəetmədə, ölkəmizin hər bir sahəsində güclü mövqelər tutmasına ehtiyac var. Ölkəmizin müasir, müstəqil və demokratik dövlət kimi inkişafı üçün islahatlara ciddi zərurət var.
- Azərbaycan prezidentinin məhkəmə hakimiyyətində islahatların aparılmasına dair qərarı olub. Buna münasibətiniz necədir?
– Mən bu addımları yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bunların hamısı zəruri addımlardır. Mən sosial sahədə atılan addımları da əhəmiyyətli sayıram. Düşünürəm ki, şəhid ailələri, müharibə əlilləri, müharibə veteranlarına olan münasibət hər bir dövlətin silahlı qüvvələrinə olan töhfəsidir. Azərbaycan çox ciddi təhlükələrlə üzləşib və Azərbaycan dövlətini gücləndirmək üçün məhz bu təbəqəyə sosial dəstəyin ifadə edilməsi, habelə digər sosial layihələrin həyata keçirilməsi müsbət addımlardır. Bunu əhəmiyyətli sayır və müsbət hesab edirəm. Ümid edirəm ki, bu proses davam edəcək.
- Amerika-Azərbaycan münasibətlərini necə qiymətləndirirsiniz? Həqiqətənmi bu əlaqələr yüksək səviyyədədir?
– Bəli. Lakin onu da qeyd edim ki, bunu istəməyən qüvvələr də çoxdur. ABŞ-da çox peşəkar, güclü və zəngin erməni diasporu bu münasibətləri pozmaq üçün əlindən gələni edir. Hər şeydən istifadə edirlər. Erməninin arxasında duran digər qüvvələrə bağlı olan şəxslər Azərbaycana qarşı informasiya müharibəsi aparırlar. Baxın, erməni diasporunun ən güclü olduğu ölkələr ABŞ, Fransa və Rusiyadır. Bu ölkələr həm də Minsk Qrupunun həmsədrləridir. Bəlkə bu diasporun fəaliyyəti nəticəsində indiyə qədər həmsədrlər institutu real nəticələr əldə edə bilməyib. Azərbaycanın dünya, nüfuzlu ölkələrlə münasibətlərini pozmaq istəyən əsas bu qüvvədir. Mən bu müharibəni qarşımızda mühüm hədəf kimi görürəm. Müharibə təkcə səngərdə getmir, bütün cəbhədə gedir. Azərbaycanı zəiflətmək, problemlər yaratmaq istəyən qüvvələr kifayət qədər güclüdürsə, deməli biz də səfərbər olmalıyıq. Həm rəsmi diplomatik, həm parlament diplomatiyası sahəsində. Mən istərdim ki, dünyada Azərbaycanın dostlarının şəbəkəsi güclənsin ki, bizə qarşı olan yalan kampaniyasında özümüzü müdafiə edə bilək.
- Bəs Azərbaycan-Rusiya münasibətlərini necə qiymətləndirirsiniz?
– Azərbaycanın bütün qonşuları, həmçinin Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri qurmaq, münasibətləri inkişaf etdirmək istəyi var. Azərbaycan bu istiqamətdə bütün zəruri addımları atıb. Təbii olaraq problemlər hər zaman mövcuddur. Rusiyada da Sovet İttifaqı xülyası ilə yaşayan qüvvələr var ki, onlar keçmiş sovet dövlətlərinin müstəqilliyini istəmirlər. Problemlər oradan gəlir. Bir daha təkrar edirəm ki, Rusiya erməni diasporunun ən güclü olduğu məkanlardan biridir. Onların da Azərbaycan-Rusiya münasibətlərini pozmaq üçün fəaliyyəti göz önündədir.
Xəbərin oxunma sayı : 337
Müsahibə
Xəbərlər
-
Səhiyyə Nazirliyində BMT-nin İqtisadi və Sosial Komissiyasının İcraçı katibi ilə görüş keçirilib
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Deputat: Ermənistan Qərbi azərbaycanlıların qayıdış hüququnu tanımalı və təmin etməlidir
-
Koronavirusun təhlükəli ştamı yayılıb
-
“İran-İsrail münaqişəsi təkrarlanmamalıdır“ - Van İ
-
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi
-
Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO
-
Seren Serengil azərbaycanlı gənclə işbirliyi qurdu - Fotolar
-
“Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq“ - Məhəmməd Salah
-
Prezident Xankəndidə keçirilən Zirvə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
Tikinti materialları bazarında bahalaşma və durğunluq var - VİDEO
-
“Reo-Med Tibb Mərkəzi“də yoxlama - Pozuntular aşkarlandı
-
Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir - Şok nəticələr
-
“Dedilər qaz, meyiti basdır” - Zərərçəkmişlər danışdı
-
Gənclərin qanlı hesablaşması - biri qətlə, digəri xuliqanlığa görə mühakimə olunur
-
Bakıda küçələrdə “kahinlər“ peyda oldu - VİDEO
-
Türkiyədə meşə yanğınları: 500-dən çox xəsarət alan var
-
Ən çox gəlir əldə edən türkiyəli məşhurlar - SİYAHI
-
Rusiya səfiri Ermənistan XİN-ə çağırıldı - Nota verildi
-
Gələn həftədən Azərbaycanda istilər başlayacaq - Xəbərdarlıq
-
Pezeşkianın Azərbaycan səfəri başa çatdı - FOTO
-
Müəllim olmaq istədi, 5000 manat pulu ələ keçirildi - Dələduzluq
-
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO
-
Şuşada İlham Əliyev liderlərin şərəfinə ziyafət verdi - FOTO
-
Tramp Çinə səfər edə bilər - “Bloomberg”
-
Prezident Xankəndidə Ərdoğanla görüşdü - FOTO
-
Əliyev, Pezeşkian və Ərdoğanın ən səmimi görüntüsü - VİDEO
-
Deputatlar daha 15 məsələni müzakirəyə çıxaracaq - Siyahı
-
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb - FOTO
-
“Əcəmi Mall”da qanunsuz tikintiyə kim icazə verib? - FOTOFAKT
-
“Virus hələ də bizimlədir” - Səhiyyə Nazirliyi xəbərdarlıq edir
-
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatdı - FOTO
-
Əliyevlə Pezeşkianın görüşü oldu - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
-
İtkin düşən 3 hərbçi Kəlbəcərdə dəfn edildi - FOTOLAR
-
Almaniya ordunu ikiqat gücləndirir - Könüllü hərbi xidmət qayıdır
-
Bakının ortasında kanalizasiya “fəlakəti“ - Qurumdan açıqlama
-
Liderlər çay süfrəsi arxasında - Fotolar
-
“ABŞ-ın dəstəyi ilə İsrail Yaxın Şərqin taleyini girov altına alıb“ - Məsud Pezeşkian
-
Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı
-
Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub - Şahbaz Şərif
-
Baş prokuror Yardımlıda vətəndaş qəbulu keçirdi - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqələrində dəyişiklik edilir - Milli Məclis təsdiqlədi
-
Kiçik çavuş həbs edilib - “TikTok”da tanış olduğu sevgilisini şantaj edirmiş
-
“Hindistan Pakistana qarşı sudan silah kimi istifadə edir“ - Şahbaz Şərif
-
Yağış yağacaq, külək güclənəcək - Sabahın havası
-
Avtomobil almaq istəyənlərin nəzərinə - Bu maşınlar bahalaşacaq
-
“Biz göstəriciyə görə dünyada ön sıralardayıq” - Prezident
-
“Qəbələ“ Futbol Akademiyasının fəaliyyəti məhdudlaşdırılıb - Açıqlama
-
“Vəsiyyətnamə yoxdursa, ögey şəxslər vərəsə ola bilməzlər“ - Ali Məhkəmə
-
“Azərbaycanın xarici valyuta ehtiyatları 74 milyard dollardan artıqdır” - Sahil Babayev
-
Naxçıvanda şok hadisə - Deputat sakini döydü
-
Xankəndidə Zirvə görüşü keçirilir - FOTO/CANLI
-
Prezident Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Ərdoğan Azərbaycana səfərə gəlib - FOTO
-
“Tramp iyulun 7-də Qəzzada atəşkəs elan edəcək“ - İsrail mətbuatı
-
Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? - VİDEO
-
Konstitusiya Məhkəməsinə 4 hakim təyin olundu - ADLAR
-
Merkel Trampla yaşadığı qalmaqaldan danışdı - VİDEO
-
Bu şəxslərə 6 min manat birdəfəlik müavinat veriləcək - Deputat açıqladı
-
Ceyhun Bayramov Pakistan XİN başçısı görüşdü - Xankəndidə
-
Pezeşkianın Azərbaycana səfərə gəldi - FOTO
-
Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT
-
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər“ - Çevriliş planının detalları + VİDEO
-
Tacikistan prezidenti Füzuli rayonunda belə qarşılandı - FOTO
-
Rusiya Ukraynaya kütləvi hava zərbəsi endirib: Kiyevdə çoxsaylı dağıntılar var
-
Məktəbdən çıxan müəllimənin başına torba keçirib qaçıranlar azadlığa çıxdı - TƏFƏRRÜAT
-
“ABŞ Ukraynaya hərbi yardım göndərməyə davam edir“ - Tramp
-
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
-
Azərbaycan və Özbəkistan strateji tərəfdaşlıq modelini gücləndirir
-
Aygün Kazımova bu dəfə misirli xanım obrazında - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Bu sahələrdə çox sayda işçiyə ehtiyac var - VİDEO
-
Putin və Tramp telefonda danışdılar - Ukrayna, Suriya, İran məsələləri müzakirə edilib
-
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - FOTO
-
Moskvada 2 azərbaycanlı “qanuni oğru“ saxlanıldı - VİDEO
-
Fərid Əsgərov yeni vəzifəsində ilk dəfə görüntüləndi - VİDEO
-
Əsir və girovlarımızın başına nələr gətirilib? - Məhkəmə
-
Kurskda Rusiya generalı öldürüldü - Ukrayna ordusundan uğurlu əməliyyat
-
Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - QƏRAR
-
Vüqar Səfərlinin şikayəti rədd edildi - Ali Məhkəmədən qərar
-
“Razılaşdıq ki, birlikdə gələcəyik” - İlham Əliyev
-
Alatavadakı qalmaqallı mülk söküldü - Razılığa gəldilər
-
“18-ci sanksiyalar paketi Rusiya iqtisadiyyatının ürəyinə zərbə vuracaq“ - Leyen
-
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdi - Fotolar
-
“Sputnik-Azərbaycan“ işi: beş nəfər polis nəzarətinə verildi
-
İki dost dövlət arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir
-
Məktəbli qızları təqib etdi, həbs olundu - Məhkəmədə özünü belə müdafiə etdi
-
Zirvə görüşünün iştirakçıları “Zəfər“ şousunu izlədi - FOTOLAR
-
Bakıda bu yollarda təmirlə bağlı hərəkət məhdudlaşdırıldı - Siyahı
-
Abituriyentlərin şikayətləri araşdırılıb, bəzilərinin imtahan balları artırılıb - DİM-dən açıqlama
-
27 il hakimlikdən sonra Konstitusiya Məhkəməsindən getdi - Yerinə oğlu gəlir
-
Əl yükündə ölkəyə 547 karat brilyant keçirmək istədi - Fotolar
-
Azərbaycanda heyvanların sığorta xərci açıqlandı: Qoyunlar 7-11 manat, inəklər isə...
-
Masazır qəsəbəsində sənədsiz evlərin tikintisi davam edir - FOTO/VİDEO
-
Nazirlikdən küləkli hava ilə bağlı - Müraciət
-
ABŞ Azərbaycana yeni diplomat göndərir - Emi Karlo kimdi?
-
Bakıdakı yeni park belə olacaq - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Özbəkistan həm tarix, həm də ortaq mədəni, mənəvi və dil kökləri ilə bir-birinə yaxın və bir o qədər də zəngindir
-
Xankəndidən Şuşaya kanatla gedəcəyik - 13 dəqiqəyə...
-
Bakıda inanılmaz hadisə: Həkim vətəndaşı QİÇS-ə yoluxma təhlükəsi ilə üz-üzə qoydu
-
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb - FOTO
-
Azərbaycanda manata olan inam dolları üstələdi - 10 ilin statistikası
-
Əfqanıstanın Baş nazirinin müavini Füzulidə - FOTO
-
Konstitusiya Məhkəməsində 4 yeni hakim - ADLAR
-
Sadir Japarov Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Prezident “Xankəndi” Biznes Mərkəzinin açılışında - FOTOLAR
-
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
-
İlham Əliyev Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Azərbaycanın bu saytları Rusiyada bloklandı - SİYAHI
-
Prezident Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu - FOTOLAR
-
Agentlik sədri onu departament müdiri təyin etdi - FOTO
-
Futbol dünyası şokda - Ulduz futbolçu qəzada öldü
-
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyuldu - Fotolar
-
Bu yolda 2 aydır ki, “həyat donub“ - Təmir nə vaxt bitəcək?
-
Polisə işə düzəldəcəyini vəd etdi, külli miqdarda pul aldı - DƏLƏDUZLUQ İŞİ
-
"Adil Kərimli mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir“ - Zemfira Sadıxova
-
Rusiya Poltavaya dron zərbələri endirib - Ölənlər var
TOP 10
ARXİV