Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İsraildən yeni alınan ən müasir “LORA” raketləri - VİDEO

Tarix 11.06.18, 22:14

Font ölçüsü : - / +
bitmap-img6

Xəbər verildiyi kimi bu gün prezident İlham Əliyev raket qoşunlarının yeni hərbi bazasının açılışını edib. Həmin bazada Belarusdan alınan “Polonez” raket kompleksləri ilə yanaşı “LORA” operativ-taktiki raket kompleksləriə də dislokasiya olunub. Bu haqda “Azərtac”ın məlumatında deyilir. Hərbi bazadan çəkilmiş fotolara əsasən “lORA” raketlərinin 4 konteynerdən ibarət buraxılış-daşıyıcı paketi Belarus istehsalı olan “Volat” avtomobilinin şassisi üzərində yerləşdirilib.

Virtualaz.org “Polonez” raket komplekslərinin taktiki-texniki göstəriciləri, döyüş imkanları barədə artıq bəhs edib. “LORA” operativ-taktiki raket kompleksləri isə necə deyərlər, ilk dəfədir Azərbaycanda “gün işığına” çıxır.

İnternet mənbələrində yer alan informasiyalara görə “LORA” (Long-Range Artillery Missile) İsrailin istehsal etdiyi ən müasir operativ-taktiki raketlərdir. Bu raketlərin işlənib hazırlanmasını “İsrael Aircraft İndustries” korporasiyası həyata keçirib, istehsalçı isə “İsrael Aerospace İndustries” korporasiyasıdır.

242910_src

Raketlər hermetik bağlı nəqliyyat-buraxılış konteynerlərində yerləşdirilir və səhra şəraitində saxlama müddəti 7-10 ildir. Kompleks dörd buraxılış-nəqliyyat konteynerindən ibarət paket halında daşınır. Həm təkərli şassilər üzərində, həm gəmilərdə quraşdırmaq mümkündür.

Bu raketlər düşmən ərazisinin dərinliklərində infrastruktur obyektlərini, hərbi bazaları, Hava Hücumundan Müdafiə batareyalarını və s. yüksək dəqiqliklə məhv etmək üçündür. Raketin döyüş başlığı 570 kiloqramdır. (“Azərtac”ın məlumatında isə 240 kiloqramlıq döyüş başlığından söhbət gedir.)

Öz göstəricilərinə görə “LORA” ABŞ-ın ATACMS operativ-taktiki raketlərinə və Rusiyanın “İsgəndər-E” operativ-taktiki raketlərinə yaxındır, yaxud onlarla eyni sinif raketlər hesab edilir.

 242911_src


Raketin işlənib hazırlanması böyük məxfilik şəraitində həyata keçirilib. Yalnız 2003-cü ildə İsrailin peyk telekanallarından biri təsadüfən raketin sınaqlarından görüntüləri sızdırıb. Bundan sonra “LORA” raket kompleksləri üzərindən məxfilik pərdəsi qaldırılıb, 2004-cü ildə raketlər İsrail ordusunun quru qoşunlarının, daha sonra hərbi dəniz qüvvələrinin silahlanmasına daxil edilib. Türkiyə və Hindistanın İsraildən bu raketləri almağa maraq göstərdiyi haqda məlumatlar var, lakin bu sövdələşmələr baş tutmayıb. Ona görə də Azərbaycan İsraildən “LORA” raketlərini alan ilk ölkə hesab edilə bilər.

“LORA” raketlərinin uçuş məsafəsi 400 kilometrə yaxındır, (“Azərtac”ın versiyasında bu məsafə “300 km-dən yuxarı” olaraq göstərilir) raketlər hədəfi 10 metr dəqiqliklə vurur. Raketlər hazırlıqsız döyüş mövqelərindən də buraxıla bilər. Yeri məlum olan istənilən obyekt hücum barədə qərar veriləndən 10 saniyə sonra “LORA” tərəfindən vurulur.

 242912_src

“LORA” raketləri uçuş trayektoriyasına görə ballistikdir, ancaq raketdən müdafiə sistemlərindən yayınmaq üçün proqramlaşdırılmış və ya ixtiyari manevrlər edə bilir. Bu səbəbdən onu kvaziballistik raket də adlandırırlar.Raket həm GPS sistemi, həm operator tərəfindən idarə edilə bilər. Dörd konteynerdən ibarət buraxılış qurğusu adi yük maşınının və ya treylerin şassisində yerləşdirilir.

İsrail ordusu “LORA” raketlərini Suriyada İran hərbi bazalarını vurmaq üçün dəfələrlə istifadə edib. Ötən ilin sonlarında bu raketlərdən birinin Rusiyanın “Pantsir-S” artilleriya-raket kompleksi tərəfindən vurulduğu haqda məlumatlar yayılsa da İsrail tərəfi bu məlumatı şərh etməyib.

242913_src

Xatırladaq ki, bundan əvvəl Azərbaycan İsraildən 150 km. mənzilli “Extra” operativ-taktiki raketlərini alıb. Bu raketlərin bir hissəsi Naxçıvanda yerləşdirilib və oradan Ermənistan paytaxtını vurmaq imkanındadır.

Beləliklə, Azərbaycan regionda Rusiyadan və İrandan sonra ən güclü raket potensialına malik olan ölkəyə çevrilib. Ordumuzun silahlanmasında nəinki son vaxtlara qədər Ermənistanın hər fürsətdə lovğalandığı, 250 km. mənzilli “İsgəndər-E” raketləri ilə müqayisə oluna bilən, eyni döyüş imkanlarına görə ondan daha üstün olan və daha uzaq məsafəli operativ-taktiki raketlərin ən azı iki tipi mövcuddur.

Azərbaycan dövlətinin aldığı yeni əməliyyat-taktiki raket kompleksi olan “POLONEZ”in atış uzaqlığı 300 kilometrə qədərdir.

“Report”un xəbərinə görə, raketin çəkisi 780 kiloqram, döyüş başlığı hissəsinin çəkisi 140 kiloqram, zərərvurma radiusu isə 80 metrdir. “POLONEZ”in maksimal uçuş müddəti saniyədə 310 metr, atışa hazırlıq vaxtı 10 dəqiqə, istismar müddəti isə 10 ildir. Bir döyüş maşınında 8 raket olur. Bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür. Bundan başqa, kompleks vasitəsilə dənizsahili istiqamətlərdə düşmən donanmasının yerləşmə məntəqələri dağıdılır və onun döyüş gəmiləri məhv edilir.

139158be-8382-40b9-b49f-c5fd80fb4055_675

Azərbaycan dövlətinin sahib olduğu “LORA” əməliyyat-taktiki raket kompleksi də “POLONEZ” kompleksi kimi döyüş zamanı eyni məqsədlər üçün istifadə edilir. Maksimal atış uzaqlığı 300 kilometrdən artıq olan bu kompleksin raketinin çəkisi 1580 kiloqram, döyüş başlığı hissəsinin çəkisi isə 240 kiloqramdır. Raketin zərərvurma radiusu 100 metr təşkil edir. Bir döyüş maşınında 4 raket olur. Onların maksimal uçuş müddəti saniyədə 300 metrdir, atışa hazırlıq vaxtı 13 dəqiqə, istismar müddəti 10 ildir. Həm “POLONEZ”, həm də “LORA” kompleksləri GPS və İNS sistemləri ilə idarə olunur.









Xəbərin oxunma sayı : 2362




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap