Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş sərgi keçirilir- FOTO

Tarix 25.05.18, 1:49

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin İstanbul şəhərində, Dəniz Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə sərgi keçirilir

“Report”un Türkiyə bürosunun məlumatına görə, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə baş tutan tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilib.

Sərgidə Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, İstanbul valiliyinin nümayəndələri, Beşiktaş bələdiyyəsin sədri, dövlət rəsmiləri, İstanbulda yaşayan, işləyən və təhsil alan azərbaycanlılar, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Tədbirdə türkiyəli və azərbaycanlı rəssamların əsərləri nümayiş olunub. 61 rəssamın qatıldığı sərgidə ümummilli lider Heydər Əliyev, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, eləcə də Qafqaz İslam Ordusunun komandanları və onların rəşadətini əks etdirən portretlər nümayiş olunub.

Sərgidə qonaqlara Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü və Türkiyə hökümətinin dəstəyi ilə buraxılan, üzərində Azərbaycanın milli atributları əks olunan 20 türk lirəsi məbləğində gümüş sikkələr hədiyyə edilib.

Qeyd edək ki, yubiley sikkələrinin eskizlərini hazırlayan İstanbul Yedditepe Universitetinin professoru Rafiq Əziz bu fəaliyyətinə görə “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Sərgi mayın 27-dək davam edəcək.



Xəbərin oxunma sayı : 310




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap