![]() |
|














İstanbulda yoxa çıxan “QIRMIZI ÇANTA“… – İngilis kəşfiyyatçıdan hansı sənədlər oğurlanıb? -
Tarix 15.12.19, 16:53 |
|
8334.jpg)
Ərgün Dilər
“Takvim”, Türkiyə, 14 dekabr 2019-cu il
Bu həftə, yəni bu axşam “Yaz-poz”un manşetlərindən biri Karaköydə öldürülən son “Ceyms Bond” – Ceyms Qustav Edvard Le Mezuryedir. Proqramda başqa baxış bucağından yanaşılan bir Le Mezurye görəcəksiniz. Dünyanın ağıllı mərkəzlərində təqribən bir aydır müzakirə olunan mövzu bu agentin ortadan qaldırılma hadisəsidir.
Türkiyədə isə zaman sürətlə axır. Çox şeyi anlamadan üstündən keçmə, unutma kimi bir istəyimiz, meylimiz vardır. Halbuki burnumuzun dibindəki çox önəmli ortadan qaldırma – sui-qəsd hadisəsinin səbəb və nəticələrini görmədən üstündən keçə bilmərik.
İzləyənlər bilir ki, ilk gündən bəri, bunun sui-qəsd olduğunu yazıram. Hadisələrin inkişafı və sızan məlumatlar nə qədər haqlı olduğumuzu ortaya qoydu. Ancaq hadisənin sızmayan, buralarda məlum olmayan çox dəyərli bir tərəfi də vardır. İstəyirsinizsə, buradan irəliləyək. Le Mezuryenin əlaqələrini, dostluqlarını, əməliyyatlarını paylaşaq.
Günlərdir onun nə üçün hədəfə çevrildiyini yazıram. Ancaq əməliyyatın heç məlum olmayan bir yanı vardır. Ən azı, onu buralarda yazan və anladan yoxdur. Gəlin, o mötərizəni biz də açaq. Baxaq, görək, ortaya çıxandan xoşunuz gələcəkmi? Ondan həzz alacaqsınızmı?
Ceyms Qustav Edvard Le Mezuryenin 11 noyabrda İstanbulda öldürülməsinin mərkəzində MKİ dayanır. Bunu yalnız mən yazmır, sadəcə mən söyləmirəm. Bütün baş verənləri Mİ6 mənbələri də təsdiqləyir. Mİ6 Le Mezuryenin agent olduğunu qəbul etməsə də, bütün kəşfiyyat qurumları bu həqiqəti bilirdi.
Le Mezuryeni ölümə götürən böyük sirr nə idi? Nə üçün öldürüldüyü haqqında məlumatımız var idi? Bunlar yazıldı. Ancaq onu qolundakı 80 min dollarlıq saatla ölümə sürükləyən əsil səbəb nə idi? Uzatmayaq…
Le Mezurye qırmızı çanta üçün öldürüldü. O, 1691-ci ildən bəri ingilis dövlət ənənəsi olaraq, gizli sənədlərin daşınması üçün istifadə edilən “Qırmızı çanta”nın (“Red Box”) bir bənzəri üçün öldürüldü. Həmin çantanın içində, başda MKİ olmaqla, 9 kəşfiyyat təşkilatında Mİ6-ya işləyən şəxslərin adlı siyahısı var idi.
Günlərdir yazıram ki, ölümlər davam edəcək. Çünki bütün işarətlər bu yöndədir. Məsələni bir az da açaq.
Daha öncə İngiltərənin bir çox baş nazirinin əlində gördüyümüz, dövlət sirlərini daşıyan “Qırmızı çanta”nın bir bənzəri də Le Mezuryedə idi. Mİ6-nın çox önəmli sənədləri onda idi. Bu qırmızı çantanın içində Mİ6-nın xaricdəki əməliyyat qurumlarının apardığı işlər detallı şəkildə mövcud idi. Mİ6-nın Aralıq dənizi ilə bağlı detallı şəkildə hazırladığı ən son “20 illik Aralıq dənizi” planı da çantada idi. MKİ-nin Suriyadakı etibarlı evində ələ keçirilən çox önəmli sənədlər də həmin qırmızı çantada idi. Anlayacağınız odur ki, çanta bir xəzinə qədər dəyərli idi.
İndi aydın olan odur ki, bu çanta artıq ingilis kəşfiyyatında – Mİ6-da deyil. Əməliyyatın mərkəzində olan MKİ-nin onu ələ keçirmə ehtimalı çox yüksəkdir. Gələn məlumatlara görə, Türkiyə və ya İsrail kəşfiyyatı da son bir həmlə ilə onu ələ keçirmiş ola bilər. Ancaq MKİ-nin əlində olması ilə bağlı dəyərləndirmələr ağırlıq qazanır.
Alman məxfi xidməti BND-nin, hətta rus kəşfiyyat xidməti FSB-nin də qırmızı çantanı axtardığı məlum oldu.
Mİ6 qırmızı çanta ilə əlaqədar olaraq, “Dünyanın 8-ci möcüzəsini itirdik” deyir. Le Mezurye Mİ6-ya xəyanət etməzdi. Ən azı, Mİ6 belə düşünür. Bəs çantadan kimin xəbəri var idi?
Mİ6, açığa çıxma ehtimalını belə nəzərə almayaraq, Türkiyədəki bütün agentlərinə qırmızı çantanı tapmaq üçün tapşırıq verdi. Çox böyük hərəkətlilik var. Bütün agentlər sahədədir. Hər yer bir-birinə qarışıb. Müdhiş bir təqib və araşdırma aparılır.
11 noyabrdan etibarən qırmızı çantanın harada olması böyük bir sirrdir. İndi bu sirrin açılmasından daha önəmli olan şey çantanın Mİ6-ya geri qaytarılmasıdır. Bu, İngiltərənin gələcəyi üçün də çox önəmlidir. Çünki içindəkilərin xarici kəşfiyyat qurumları tərəfindən öyrənilməsi milli təhlükəsizliyi də təhdid edir.
Le Mezurye 9 və 10 noyabr tarixlərində kimlərlə görüşdü? Çanta yanında idimi? Mİ6 bu sualların cavablarını axtararkən, Le Mezuryenin İstanbulda görüşdüyü 3 türk dostunu da araşdırmağa başladı.
İddialara görə, Le Mezurye 9 noyabrda səhərədək Karaköydə yaşayan türk dostunun evində qalıb. Le Mezurye İstanbulda evindən başqa heç bir yerdə oyanmağı sevməzdi. Çünki ən təhlükəsiz yerin öz evi olduğunu bilirdi. Çox özəl təhlükəsizlik sistemi olan evi onun ən rahat olduğu yer idi. Bu qədər diqqətli olan Le Mezurye nə üçün 09 noyabrda səhər başqa bir evdə oyandı? Ya da heç yatmadı…
Bir kəşfiyyat xidməti nə qədər güclü olsa da, bəzən 4 divar arasında qala bilər. Bax Mİ6 elə bu durumdadır.
İstanbul daim Mİ6 üçün önəmli olub. İstanbul digər kəşfiyyat təşkilatları üçün də daima özəl yer olub. Bu, dünən də belə idi, bu gün də belədir. Ancaq Mİ6 qurulduğu 1906-cı ildən etibarən güclü olduğu İstanbulda tarixinin ən güclü dövrünü yaşayırdı. Bütün kəşfiyyat təşkilatları bunu bilirdi.
Ceyms Qustav Edvard Le Mezurye cinayətinin üstü örtüldü. Yalnış məlumatlarla bu cinayətin adi bir cinayət hadisəsi olması haqqında rəy yaradıldı. Ən azı, belə göstərilməyə ehtiyac duyuldu. İngilis mediasında bir çox xəbərə senzura tətbiq edildi. “The Guardian” və “The Times” qəzetləri Türkiyədə heç kimin tanımadığı bəzi mətbuat orqanlarını qaynaq olaraq göstərdi. İngilis mediasından açıq şəkildə senzura tətbiq olunması istəndi, onlar da müvafiq addımlar atdılar. Çünki İngiltərənin milli təhlükəsizliyi risk altında idi. Karaköydə həyata keçirilən neytrallaşdırma əməliyyatı Londonu sarsıdırdı. Anlaşılmayan bu idi.
Və bunu başqa bir təşkilat İstanbulun göbəyində, ən etibarlı evdə həyata keçirirdi.
O qırmızı çanta üçün addımın və ya addımların atılacağı qətidir. İngilis hökuməti də, Bukinqem sarayı da, Mİ6 da israrlı və qərarlı bir davranış nümayiş etdirəcəkdir. Həmin çantadakı məxfi sənədlərin, necə olursa olsun, ələ keçirilməsi lazımdır.
Kəşfiyyat müharibələri indiyədək olmadığı qədər, qızışacaqdır. Və bu müharibəni biz adi gözlə görəcəyik.
İstanbulda da müəyyən addımların atılma ehtimalı yüksəkdir. Sanki başqa şeylər də olacaq. İzləyək, görək…
Tərcümə Strateq.az-ındır
Xəbərin oxunma sayı : 328
Analiz
Xəbərlər
-
Aygün Kazımova bu dəfə misirli xanım obrazında - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Bu sahələrdə çox sayda işçiyə ehtiyac var - VİDEO
-
Putin və Tramp telefonda danışdılar - Ukrayna, Suriya, İran məsələləri müzakirə edilib
-
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - FOTO
-
Moskvada 2 azərbaycanlı “qanuni oğru“ saxlanıldı - VİDEO
-
Fərid Əsgərov yeni vəzifəsində ilk dəfə görüntüləndi - VİDEO
-
Əsir və girovlarımızın başına nələr gətirilib? - Məhkəmə
-
Kurskda Rusiya generalı öldürüldü - Ukrayna ordusundan uğurlu əməliyyat
-
Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - QƏRAR
-
Vüqar Səfərlinin şikayəti rədd edildi - Ali Məhkəmədən qərar
-
“Razılaşdıq ki, birlikdə gələcəyik” - İlham Əliyev
-
Alatavadakı qalmaqallı mülk söküldü - Razılığa gəldilər
-
“18-ci sanksiyalar paketi Rusiya iqtisadiyyatının ürəyinə zərbə vuracaq“ - Leyen
-
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdi - Fotolar
-
“Sputnik-Azərbaycan“ işi: beş nəfər polis nəzarətinə verildi
-
İki dost dövlət arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir
-
Məktəbli qızları təqib etdi, həbs olundu - Məhkəmədə özünü belə müdafiə etdi
-
Zirvə görüşünün iştirakçıları “Zəfər“ şousunu izlədi - FOTOLAR
-
Bakıda bu yollarda təmirlə bağlı hərəkət məhdudlaşdırıldı - Siyahı
-
Abituriyentlərin şikayətləri araşdırılıb, bəzilərinin imtahan balları artırılıb - DİM-dən açıqlama
-
27 il hakimlikdən sonra Konstitusiya Məhkəməsindən getdi - Yerinə oğlu gəlir
-
Əl yükündə ölkəyə 547 karat brilyant keçirmək istədi - Fotolar
-
Azərbaycanda heyvanların sığorta xərci açıqlandı: Qoyunlar 7-11 manat, inəklər isə...
-
Masazır qəsəbəsində sənədsiz evlərin tikintisi davam edir - FOTO/VİDEO
-
Nazirlikdən küləkli hava ilə bağlı - Müraciət
-
ABŞ Azərbaycana yeni diplomat göndərir - Emi Karlo kimdi?
-
Bakıdakı yeni park belə olacaq - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Özbəkistan həm tarix, həm də ortaq mədəni, mənəvi və dil kökləri ilə bir-birinə yaxın və bir o qədər də zəngindir
-
Xankəndidən Şuşaya kanatla gedəcəyik - 13 dəqiqəyə...
-
Bakıda inanılmaz hadisə: Həkim vətəndaşı QİÇS-ə yoluxma təhlükəsi ilə üz-üzə qoydu
-
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb - FOTO
-
Azərbaycanda manata olan inam dolları üstələdi - 10 ilin statistikası
-
Əfqanıstanın Baş nazirinin müavini Füzulidə - FOTO
-
Konstitusiya Məhkəməsində 4 yeni hakim - ADLAR
-
Sadir Japarov Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Prezident “Xankəndi” Biznes Mərkəzinin açılışında - FOTOLAR
-
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
-
İlham Əliyev Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Azərbaycanın bu saytları Rusiyada bloklandı - SİYAHI
-
Prezident Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu - FOTOLAR
-
Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? - İDDİA
-
Agentlik sədri onu departament müdiri təyin etdi - FOTO
-
Futbol dünyası şokda - Ulduz futbolçu qəzada öldü
-
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyuldu - Fotolar
-
Bu yolda 2 aydır ki, “həyat donub“ - Təmir nə vaxt bitəcək?
-
Polisə işə düzəldəcəyini vəd etdi, külli miqdarda pul aldı - DƏLƏDUZLUQ İŞİ
-
"Adil Kərimli mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir“ - Zemfira Sadıxova
-
Rusiya Poltavaya dron zərbələri endirib - Ölənlər var
-
Təhlükəsizlik qaydalarını pozan obyektin fəaliyyəti məhdudlaşdırıldı - Video
-
II və III ixtisas qrupları üzrə qəbul imtahanı.. - DİM-dən xəbərdarlıq
-
Prezident Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında - Fotolar
-
Microsoft 9000 əməkdaşını ixtisar edir - SƏBƏB
-
Saxta çantalar necə tanınır? - Satıcıların fırıldaq üsulları
-
İlham Əliyevlə Paşinyanın görüşü planlaşdırılır - Dubayda
-
“Golden Beach“də faciə: Cəryan vurub öldürdü
-
AZAL təyyarəsinin vurulması ilə bağlı - Yeni detallar
-
Xırdalanda Heydər Əliyev parkında ağaclar qurudulur - Çay evlərindən şikayət
-
Kərə yağı sağlamlığa necə təsir edir: hər gün yemək olarmı?
-
ABŞ bütün dünyaya silah paylaya bilməz - Pentaqon
-
Bakıda nəqliyyatın intensiv hərəkət etdiyi körpü qəzalı vəziyyətdədir? - VİDEO
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
“Lavrov İsa Məsihin vaxtından xarici işlər naziridir...“ - NATO BAŞ KATİBİ
-
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
-
“Bütün layihələri yığışdırın, atam bu yeri qardaş ölkəyə verib” - İlham Əliyev
-
“Nə təcili yardım, nə də xəstəxana harayımıza çatır“ - ŞİKAYƏT/VİDEO
-
Araz Ağalarov da hədəfə alındı - Barəsində icraat başladıldı
-
Öldürdüyü müdirinin axtarışlarında iştirak edibmiş - Füzulidəki cinayətin ŞOK TƏFƏRRÜATI
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - FOTOLAR
-
Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib - "VƏHDƏT" nümayəndəsidə iştirak etdi
-
Nəsimi rayonunda obyektlər piyada səkisini zəbt edib - VİDEO
-
Prezidentlər “Sea Breeze” istirahət mərkəzində olublar - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması DƏYİŞDİRİLİR
-
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
-
Makronun arvadının kişi olması iddiasına Trampdan REAKSİYA: “Mən Bricitə yaxından baxmışam“
-
Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir - İlham Əliyev
-
Vəzifəli şəxs cəzalandırıldı - 1400 manata sürücülük vəsiqəsi alacaqmış...
-
Bakıda Özbəkistan səfirliyinin yeni binası açıldı - FOTOLAR
-
Azər Qasımlı barəsində cinayət işi məhkəmə baxışına verilib - Vəkilin vəsatəti təmin edilməyib
-
Şəxsiyyəti müəyyənləşdirilən daha üç itkin şəhid dəfn olunacaq - ADLAR + FOTO
-
Binəqədi rayonunda qanunsuz tikintiləri Hacıbaba Babayev himayə edir? - VİDEO
-
“Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb” - Video
-
Ağ Şəhərdə “Özbəkistan” parkının təməli qoyuldu - Fotolar
-
Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini ilə görüşdü - FOTO
-
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakıdan moskvaya etiraz
-
İyulun ilk ongünlüyündə ölkə ərazisində hava mülayim keçəcək - PROQNOZ
-
Azərbaycanla Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edildi - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Binəqədidə partlayışda ölənlərin yaxınlarına 30 min manat təklif edilib - MƏHKƏMƏ
-
Peterburqda azərbaycanlı iş adamının evinə basqın - VİDEO
-
Ötən il tikinti şirkətlərinə 288 mln. manat ödənilib - “Kirayə mənzillərə“ görə
-
Beyləqanda Azərbaycan Polisi Günü qeyd olundu - Fotolar
-
140 manatlıq müavinət: Kimlər faydalana biləcək?
-
“Mor-mor” suları bu antisanitar vəziyyətdə hazırlanır? - VİDEO
-
Prezidentlər iclasda iştirak etdilər - FOTOLAR
-
ABŞ bir müddət Ukraynaya sursat tədarük etməyəcək - “The New York Times”
-
Dr.Ella necə estetik əməliyyatlar icra edir? - Araşdırma
-
Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi oldu - FOTO
-
Nazir Qubada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Külək, yağış, 33° isti... - Sabahın havası
-
DİN-in Polis Akademiyasında “Məzun Günü” keçirilib - VİDEO
-
İnformasiya agentliklərinə dair tələblər sərtləşdirilir - Nələr olacaq?
-
Rusiya mediasında Azərbaycana qarşı kampaniya başladılıb - RƏSMİ
-
Ersin Tatar Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Konstitusiya Məhkəməsinin 3 hakimi yola salınır - ONLAR KİMDİR?
-
Azərbaycanlıların ölümündə əli olduğu deyilən rus polislər - FOTO
-
Mirziyoyev Azərbaycana səfərə gəlib - FOTO
-
Şahin Şıxlinskini saxlayanlar ondan nə soruşublar? - Özü danışdı
-
PKK yaxın günlərdə silahları təhvil verəcək - Hakim partiya sözçüsü açıqladı
-
Abşeron rayon Qobu qəsəbəsində qanunsuz tikintiyə icazə verib? - VİDEO
-
“Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub“ - Baş Prokurorluq
-
Media Reyestrində olmayan media subyektləri - Onları cərimələr gözləyir
-
Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO
-
“Azərbaycan və Rusiya üçün dostluq münasibətləri olduqca vacibdir“ - Zaxarova
-
Hakan Çalhanoğlu “od püskürdü“: “İnter“in prezidenti və kapitanı cavabını aldı
-
Qohum evlilikləri ilə bağlı qadağa əvvəlcədən nişanlı olanlara da aiddir? - VİDEO
-
Avronun manata qarşı bahalaşması davam edir - Rəsmi məzənnələr açıqlandı
-
“Mənə təxribatçı suallar verdilər” - Rusiyada hücuma məruz qalan azərbaycanlı qadın
TOP 10
ARXİV