Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İstanbulu qana boyayan terrorçu haqqında yeni xəbər

Tarix 18.01.17, 5:21

Font ölçüsü : - / +
bitmap-img6


Abdulkadir Maşaripovun adı Özbəkistanda axtarılanların siyahısında olub.
 
“Reina” qətliamını törətməsi nəticəsində 39 nəfərin həyatına son qoyan özbək əsilli terrorçu Abdulkadir Maşaripov ölkəsində də axtarışda imiş. 
 
Musavat.com bu barədə Türkiyə mediasına istinadən xəbər verir. 

Türkiyə mətbuatının yaydığı məlumata görə, Maşaripov 6 il əvvəl Özbəkistandan Əfqanıstana gedərək terror təşkilatına üzv olduğu üçün adı Özbəkistanda axtarışda olanların siyahısına salınıbmış. 

Özbəkistan təhlükəsizlik orqanlarının yetkililərindən biri Türkiyə mediasına bildirib ki, kod adı Əbu Muhamməd Xorasani olan Maşaripov ölkənin şərqindəki Kokand şəhərində qeydiyyatda olub. Özbəkistan rəsmisi terrorçu haqqında məlumatların mübadiləsi məsələsində Türkiyə hüquq mühafizə orqanları ilə əməkdaşlıq etdiklərini də vurğulayıb. 
 
Qeyd edək ki, 1 yanvar 2017-ci il tarixində İstanbulun “Reina” adlı gecə klubunda qətliam həyata keçirən terrorçu Abdulkadır Maşaripov bir gün öncə İstanbulun ucqar rayonlarından olan Esenyurdda azyaşlı oğlu ilə birlikdə sağ olaraq ələ keçirilib. 



Xəbərin oxunma sayı : 817




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap