Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Sudanda 11 milyon insanın tibbi yardıma ehtiyacı var” - BMT rəsmisi

Tarix 23.05.23, 11:30

Font ölçüsü : - / +
bitmap-img6


“Sudanda vəziyyət hər gün bir qədər ağırlaşır, 11 milyon insanın təcili tibbi yardıma ehtiyacı var. Tərəflər beynəlxalq humanitar hüququn norma və prinsiplərinə məhəl qoymadan mübarizəni davam etdirirlər”.

“Report”un ABŞ bürosu xəbər verir ki, bu barədə BMT baş katibinin Sudan üzrə xüsusi nümayəndəsi Volker Perthes bölgədəki vəziyyətlə bağlı təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Aprelin 15-dən etibarən başlayan qarşıdurmada 700-dən çox insan həlak olub, o cümlədən 190 uşaq olmaqla 6 000 nəfər yaralanıb. Sudanda 11 milyon insanın təcili tibbi yardıma ehtiyacı var. Evlər, mağazalar, ibadət yerləri, su və elektrik qurğuları dağıdılıb. Bir milyondan çox insan yaşayış evlərindən didərgin düşüb. Onlardan 840 min insan kənd yerlərində və digər bölgələrdə sığınacaq axtarıb, 250 min nəfər isə Sudanın sərhədlərini keçərək qonşu ölkələrə üz tutublar”.

V. Perthes qeyd edib ki, münaqişənin hərarəti hər keçən gün bir qədər artır və tərəflər arasında fikir ayrılığı regiona ciddi zərbə vurmağa davam edir. BMT rəsmisi münaqişənin həllini tərəflərin döyüş meydanı buraxıb, masa arxasına danışıqlar yolu ilə razılığa gəlməsində gördüyünü deyib.

Qeyd edək ki, aprelin 15-dən Sudanda xüsusi təyinatlı qüvvələrlə nizami ordu bölmələri arasında döyüşlər gedir. ABŞ-ın vasitəçiliyi ilə münaqişə tərəfləri arasında qısamüddətli atəşkəs elan olunsa da, tərəflər beynəlxalq çağırışlara məhəl qoymadan qarşıdurmanı davam etdirirlər.



Xəbərin oxunma sayı : 670




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap