Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Sumqayıt” klubunun futbolçusu tutulub – Oğurluğa görə

Tarix 18.09.17, 17:11

Font ölçüsü : - / +
bitmap-img6


"Sumqayıt" klubunun futbolçusu Nicat Muxtarov saxlanılıb.

AzFakt.com "Report"a istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində oğurluq törətməsi səbəbindən yaxalanıb.

Belə ki, polis həmin ərazidə telefon xətləri oğurluğu ilə məşğul olan mütəşəkkil qrupun üzvlərini ələ keçirib. Tutulan dəstə üzvlərindən biri isə N.Muxtarovdur.

Dəstə üzvləri ötən gün səhər saatlarında yerli polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində tutulublar. Məlumat Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsindən də təsdiqlənib. Bölmədən "Report"a bildirilib ki, hazırda fakt üzrə istintaq aparılır.

"Sumqayıt" klubunun meneceri Ceyhun Sultanov isə hadisədən xəbərsiz olduğunu söyləyib. O, Muxtarovun bir neçə gündür məşqlərə qatılmadığını da əlavə edib: "Atası Asif Muxtarov bir neçə gün əvvəl zəng edib demişdi ki, oğlum xəstədir, ona görə məşqlərə gələ bilmir".

Qeyd edək ki, Nicat Muxtarov əvvəllər Zaqatalanın "Simurq", Bakının "Rəvan", eləcə də Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasında da forma geyinib. O, "Sumqayıt"a 2015-ci ilin yayında keçib.  



Xəbərin oxunma sayı : 124




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap