Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

“Suriyanın şimal-şərqində əsl Quantanamo cəhənnəmi yaradılıb” - “Liberation“

Tarix 20.07.19, 15:25

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Suriyanın şimal-şərqindəki Əl-Hol əsir düşərgəsində 80 min adam yerləşdirilib. Onların çoxu suriyalılar və iraqlılardır. Yerli ərəblər əsas düşərgədə qalırlar. Adi hasarla ayrılan digər bölgədə isə xarici vətəndaşlar saxlanılır. Olduqca pis qorunan bu açıq hava həbsxanasında 11 min qadın və uşaq var. Uşaqların bir çoxunun yaşı 12-dən azdır. Demək olar ki, hər həftə burada yeni körpə dünyaya gəlir.

Musavat.com xəbər verir ki, bu cümlələr Fransanın “Liberation” qəzetinin yazarı Lük Matyenin məqaləsində yer alıb.
Müəllif Əl-Hol düşərgəsində əvvəllər bu qədər insanın yerləşdirilmədiyini, 2018-ci ilin sonuna qədər burada sadəcə 10 min insanın qaldığını yazır. Lakin cihadçılar əllərində tutuduqları son məntəqə sayılan Əl-Bahquzdan geri çəkildikdən sonra onların hamısı buraya axışıb. Hazırda düşərgədə 50-dən çox millətin nümayəndəsi var və onlar 50 dərəcə istidə yaşamalı olurlar.

“Xəstəliklər, qida çatışmazlığı, sarılmamış yaralar, həkimlərsiz doğumlar...problemlər bir-birnin ardınca əvəz edir. Bir neçə həftə öncə suyun verilməsi hər adam görə 3 litrə qədər azaldılıb. Halbuki sanitar normalar hər nəfərə düşən suyun 50 litr olmasını təəb edir. Epidemik xəstəliklər düşərgədə baş alıb gedir”,-deyə Lük Matye qeyd eidb.

Bütün bunlarla bərabər təhlükəsizlik şərlətri də pisləşir. Məhbuslar arasında bıçaqlaşma halları arıtb. Onların ən radikalları “kafir” saydıqları insanların üzərinə hücum edib öldürürlər.

“Əl-Hol artıq İŞİD-in haqlılğına kor-koranə inanan şəxslərin və ailələrin qaldğı məskənə çevrilib. İndi İŞİD hazırda bu cür həbsxana və düşərgədə iş apararaq ikinci hücumu həyata keçrilməyi düşünür”-deyə ABŞ-ın “Müharibənin öyrənilməsi institutu” araşdırma mərkəzinin məlumatında deyilir.

“Situasiya olduqca gərgindir. Suriyanın şimal-şərqində əsl Quantanamo yaradılıb. Hazırda hüquqi vakuum şəratində 100 min insanın qaldığı bir bölgədən danışa bilərik. Əgər bu məsələ həll olunmasa biz radikal dinçilərin yeni və daha təhlükəli nəsli ilə üz-üzə qalacağıq”,-deyə beynəxlaq təşkilatın yüksək rütbəli nümayəndəsi müəllifə söyləyib.



Xəbərin oxunma sayı : 163




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap