Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Ət konservlərinin satışında rekord artım – Təzə ət çox bahadır

Tarix 21.06.20, 23:19

Font ölçüsü : - / +
bitmap-img6


Dünyada ət konservlərinə olan tələbat böyük sürətlə artır. Son 15 həftədə ABŞ-da bu məhsulların satış həcmləri 70 faizdən çox artıb. “Bloomberg”in yazdığına görə, hətta ət konservlərinin demək olar ki, unudulduğu Cənubi Koreyada belə satış həcmləri son illərin ən yüksək səviyyəsinə çatıb. 

Koronavirus pandemiyasına görə sərt karantin tədbirləri tətbiq olunarkən insanlar uzunmüddətli saxlanma imkanlarına görə ət konservlərinə üz tuturdular. Karantin tədbirləri yumşaldıqdan sonra isə ətin qiymətindəki bahalaşma və iqtisadi tənəzzül üzündən əhali ətdən daha ucuz olan konservləri almağa keçir. Burada mühüm rol oynayan faktor gəlirlərin azalmasıdır. Son aylarda dünyada yüz milyonlarla insanın gəlirlərində kəskin azalma baş verib – işlərini itirənlər xərclərinə qənaət etmək məcburiyyətində qalıblar. Bundan əlavə, agentlik bildirir ki, baş verən proseslər insanların qida çatışmazlığı və müharibə dövrlərini xatırlamasına səbəb olub.

Ət konservlərinin yaşı 80-dən yuxarıdır. Axır bir neçə onillikdə dərin tənəzzül keçirən bu sahədə çalışanların özləri də indiki bumu gözləmirdilər. Bu il Avropanın ən böyük ət emalçısı olan “Danish Crown Group” dünyanın 120 bazarında satılan “Tulip Pork Luncheon Meat” ət konservlərinin satışının 25 faiz artacağını gözləyir.

Braziliyanın “Marfrig Global Foods SA” mal əti nəhəngi Uruqvaydan ABŞ-a konserv ixrac edən müəssisəsinin satışında keçən ilə nicbətən 2 dəfə artım proqnozlaşdırır. Böyük Depressiya dövründə istehsalına başlanan, İkinci Dünya Müharibəsi dövründə böyük məşhurluq qazanan ət konservləri ondan bəri indiki qədər populyar olmayıb. Və bu populyarlığın getdikcə artması gözlənilir...

 



Xəbərin oxunma sayı : 1474




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap