Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

“Türk əsgərinin Qarabağa gəlişi bizim üçün mühüm məsələdir“ - Vahid Əhmədov

Tarix 16.11.20, 23:45

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycanla bağlı sənədi Böyük Millət Məclisinə göndərib. Sənəddə Türkiyə əsgərlərinin Azərbaycana göndərilməsi nəzərdə tutulur. 

Milli Məclisin deputatı Vahid Əhmədov Modern.az-a açıqlamasında bildirib ki, Qarabağ ərazisində türk qoşunlarının olması bizim üçün çox önəmlidir:

“Türkiyə Böyük Millət Məclisindən icazə alınmamış hərbi qoşunlar Azərbaycana göndərilə bilməz. Bu bizim üçün mühüm əhəmiyyət kəsb edən məsələdir. Qarabağda vəziyyətə Rusiya sülhməramlıları ilə yanaşı, Türkiyə sülhməramlıları da nəzarət edəcək. Çünki hər iki tərəfin nəzarəti olmalıdır”.

Vahid Əhmədov erməni hərbçilərin ərazilərdən çıxarılmaması barədə məlumatların yayıldığını da qeyd edib:

“Əldə etdiyimiz məlumatlara görə,  Qarabağda olan bəzi erməni hərbçiləri razılaşmada nəzərdə tutulmuş ərazilərdən çıxmaq istəmirlər. Bu da müəyyən problemlər yaradır. Düzdü, Rusiya sülhməramlılarının əsas vəzifəsi onları həmin ərazilərdən çıxartmaq, oraları boşaltmaq və həmin rayonları bizə təhvil verməkdir. Türkiyə qoşunlarının Qarabağa gəlməsi isə məsələnin həlli üçün əlverişlidir”.



Xəbərin oxunma sayı : 892




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap