Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

“Tanklar, F-16 təyyarələri Ukraynanın əks-hücumuna qədər hazır olmayacaq“ - Mark Milli

Tarix 02.06.23, 20:59

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ və onun müttəfiqləri əmindir ki, Ukraynaya müasir hava qüvvələri vermək lazımdır, lakin bu proses uzun çəkəcək və Kiyevin qarşıdan gələn hərbi əməliyyatlarına təsir etməyəcək.

APA AP-a istinadən xəbər verir ki, bu barədə ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli bildirib.

O əlavə edib ki, Ukrayna qüvvələrinə ABŞ-ın "Abrams" tanklarında təlimlər keçilməyə başlanıb və bu sistemlər gözlənilən əks-hücum üçün vaxtında hazır olmasa da, bu silahlar uzunmüddətli perspektivdə Ukraynanın Rusiyanı işğal olunmuş ərazilərindən sıxışdırıb çıxarması üçün kritik rol oynayacaq

"Tanklar Rusiya qüvvələrini Ukrayna ərazisindən çıxarmaq üçün lazım olsa da, F-16-lar gələcək hücumların qarşısını almaq üçün daha uzunmüddətli təhlükəsizlik planının bir hissəsi olacaq", Milli bildirib.

"Hər kəs Ukraynanın modernləşdirilmiş Hərbi Hava Qüvvələrinə ehtiyacı olduğunu anlayır. Bu, xeyli vaxt aparacaq", o əlavə edib.

Milli bildirib ki, hazırda uçuş taktikalarının növləri və təlim üçün yerlər barədə ABŞ və F-16-ları təmin etməyi öhdəsinə götürmüş Hollandiya və Böyük Britaniya arasında danışıqlar aparılır. Həmçinin təlim keçiriləcək pilotların sayı da müzakirə olunur.

Qeyd edək ki, ABŞ hələ ki, təyyarələr təqdim edib-etməyəcəyini açıqlamayıb, lakin prezident Co Bayden ABŞ-ın F-16 təlimini dəstəkləyəcəyini bildirib.



Xəbərin oxunma sayı : 295




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap