![]() |
|














“Tehran unudur ki, azərbaycanlılar...” - Rəşad Bakuvi İran-Azərbaycan münasibətlərini şərh edir
Tarix 28.06.22, 16:36 |
|

Son günlər İran-Azərbaycan münasibətlərində gərginlik müşahidə olunur. Siyasi analitiklər bunu Azərbaycanın İsraildə səfirlik açmaq istəyinə Tehranın qıcıqla yanaşması ilə izah edirlər.
Azərbaycan Yüksəliş Partiyasının Başqan müavini Rəşad Bakuvi bu mövzu ilə bağlı 32gun.az-ın suallarını cavablandırıb:
-Rəşad bəy, İran-Azərbaycan münasibətlərində hökm sürən gərginlik kökündə Bakının İsraildə səfirlik açmaq istəyi ilə izah edilir. Bununla bağlı sizin fikirlərinizi bilmək maraqlı olardı...
Azərbaycan müstəqil, suveren dövlətdir və hər hansısa ölkədə səfirlik açmaq onun müstəsna hüququdur. İsrail dövləti Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir və bu ölkə ilə münasibətlərimiz həm bərabərhüquqlu tərəfdaşlıq, həm də müəyyən çərçivələrdə strateji xarakter daşıyır. Bütün sahələr üzrə çox dərin əlaqələrimiz olan İsrail dövləti uzun illərdir ölkəmizin ən ciddi problemi olan suveren ərazilərimizin Ermənistan tərəfindən işğalı məsələsində də Azərbaycana hər cür dəstəyini ifadə edib. Xüsusilə də 44 günlük Qarabağ savaşında bu ölkənin Azərbaycana ən müasir silah sistemlərinin satılması da daxil, ümumilikdə ordumuzun hərbi-texniki təminatında, hərbçilərimizin elmi-texniki, idarəetmə planında peşəkarlaşması və kəşfiyyat vərdişlərinin inkişaf etdirilməsində xeyli kömək etdiyi hər kəsə məlum faktdır. Bura müştərək hərbi sənaye təsisatlarının yaradılmasını da əlavə eləsək, mənzərə tam aydın olar. İsrail demək olar, bütün beynəlxalq platformalarda Azərbaycana siyasi dəstəyini heç vaxt əsirgəməyib. Erməni lobbisinin qlobal miqyasda - ABŞ-da, Avropada, xüsusilə Fransada güclü olduğunu nəzərə alsaq, Azərbaycanla bağlı məsələlərdə onun yaratdığı təzyiqə qarşı beynəlxalq müqavimətin təşkil olunmasında güclü yəhudi lobbisinin Azərbaycana dəstəyi hər zaman bir sıra ölkələri, o cümlədən də İranı narahat edib. Azərbaycanlılarla yəhudilərin tarixi keçmişə dayanan etno-mədəni kökləri haqqında isə danışmağa dəyməz, çünki Azərbaycan Cənubi Qafqazın böyük yəhudi icması yaşayan yeganə ölkəsidir.
Qonşu İranın bizim çox yaxşı münasibətdə olduğumuz bir ölkəni özünün düşməni elan etməsi Azərbaycanın geosiyasi və geoiqtisadi planda strateji seçimlərinə təsir göstərməməlidir. Əslində tək səbəb bu deyil.
-Başqa hansı səbəblər var?
-İran ümumiyyətlə, Azərbaycanın dövlət olaraq mövcud olmasından həmişə əndişə keçirib. İsraildə səfirlik açılması məsələsi isə sadəcə Azərbaycana təzyiq üçün bəhanədir. Əgər səbəb tək budursa, o zaman İranın, rəsmi Bakıya, İsraildə səfirliyin açılması məsələsinə görə təzyiq göstərməsi, zaman-zaman bunu Azərbaycanla sərhədlərində hərbi təlimlər keçirməklə hiss etdirməsi, istər dövlətlərarası münasibətlər, istərsə də siyasi cəhətdən qeyri-müəyyən, anlaşılmayan hərəkətlərdir. Çünki Azərbaycandan daha çox dostluq etdiyi, mehriban qonşuluq siyasətinə sadiq qaldığı Ermənistanın xeyli vaxtdır İsraildə səfirliyi fəaliyyət göstərir. Hətta Gürcüstanın belə İsraildə səfirliyi var. İsraildə, qonşuluğunda olan respublikaların səfirliyinin olmasından ciddi narahatlıq keçirən Tehran gərək bunu hər üç ölkəyə münasibətdə nümayiş etdirsin. Ancaq biz tamamilə əksini görürük. Bu baxımdan mən hesab eləmirəm ki, Azərbaycan səfirliyinin İsraildə açılmasına maneələr sırf İranın guya bizə münasibətinin kəskinləşəcəyi ehtimalı ilə bağlıdır. Bu, ciddi arqument deyil. Ümumiyyətlə, hər hansısa bir ölkədə səfirliyin açılması üçün əlahiddə müzakirələrin aparılmasının, yaxud bununla əlaqədar hansısa başqa ölkələrin razılığının olması kimi söhbətlər qeyri-ciddi yanaşmadır, səfirliklə bağlı qərar dövlət səviyyəsində verilir və açılır, vəssalam.
-Amma İran-Azərbaycan münasibətlərində daha çox bu məsələ qabardılır...
-Mən belə düşünürəm ki, İsraildə Azərbaycan səfirliyinin açılması mövzusunu zaman-zaman mediada tirajlayanlar, daha çox İran üçün həssas məsələ olduğundan, iki müsəlman qonşu ölkə arasındakı münasibətləri zədələmək məqsədi güdürlər. Bunun da, bəllidir ki, öz sifarişçiləri var.
İran böyük dövlətdir və cənub qonşumuzla münasibətlərimizin mehriban qonşuluq və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əməl olunaraq qurulması, inkişaf etdirilməsi, hər iki ölkəni narahat edən problemli məsələlərin diplomatik yolla çözülməsi ənənəsinə sadiq qalmaq, ölkələrin bir-birinin ərazi bütövlüyünə, suverenliyinə və dövlət quruluşuna hörmətlə yanaşması çox vacibdir. Unutmamalıyıq ki, hər iki dövlətin xalqları artıq min illərdən bəridir ki, ortaq coğrafiyanı, ortaq tarixi-irsi ənənələri, mədəniyyəti, ortaq dini bölüşürlər. Azərbaycan mövcud olduğu son dərəcə gərgin bölgədə müstəqil siyasət yürütməyə çalışan dövlət kimi, qonşuları ilə, xüsusilə İranla münasibətdə öz milli dövlət maraqlarını rəhbər tutmaqla bərabər, müəyyən mənada qonşularının da strateji maraqlarına narahatlıq yaradan hərəkətlərdən çox vaxt qaçıb. İranın çox ağır sanksiyalar altında əzilməsinə rəğmən, Qərbin Azərbaycandan bu ölkəyə qarşı plasdarm kimi istifadə edə bilməməsi, həmçinin rəsmi Bakının bütün beynəlxalq təzyiqlərin önünə keçərək İranla iqtisadi münasibətlərini saxlaması, hər gün daha da dərinləşdirmək istiqamətindəki səylərinin, rəsmi Bakının bu planda risklərinin fakturasını rəsmi Tehran bilməmiş deyil. Bu mənada, daha çox İranın Azərbaycana ehtiyacı var və münasibətlərin korlanmasından ən çox itirən də İrandır.
-Münasibətlərin gərginləşməsində maraqlı qüvvələrin olması barədə də mülahizələr irəli sürülür. Bu nə dərəcədə realdır?
-Fikrimcə, son günlər yenə İranla Azərbaycan arasında münasibətlərin korlanmasında maraqlı olan qüvvələr var. Bu, açıq-aydın sezilir. 44 günlük müharibədən sonra Tehranla Bakı arasında müəyyən sahələr üzrə barış rüzgarları əsməyə başlasa da, yenə hansısa qara maşa ocaq qurdalamağa başlayıb. Radikal-dini çağırışlar edən müəyyən qruplar ölkədə ictimai-siyasi, sosial gərginliyə səbəb olmaqla yanaşı, hətta respublikanın dövlət quruluşuna təhdid yaradan çağırışlar da edirlər. İşin ən təhlükəli, bir az da ikrah doğuran tərəfi isə, bütün bunların məhz din pərdəsi altında baş verməsidir. Çoxmillətli və çoxkonfessiyalı, son dərəcə tolerant, dünyəvi bir ölkə üçün bu atmosfer heç də yaxşı nəticələr vəd eləmir. Dünyada yüksək milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus harmoniya yarada bilim və bu, bizim dövlət olaraq bu günə qədər nail olduğumuz ən ciddi uğurumuzdur. Ona görə də, Azərbaycanın təhlükəsizlik orqanları bu cür neqativ və çaşdırıcı çağırışlar edən insanlarla bağlı mütləq ciddi ölçü götürməli, tədbirlər görməli, onların ölkə daxilində və xaricində bütün mümkün əlaqələri, kanalları deşifrə edilməlidir. Təhlükə vəd edən bu problemə qətiyyən dırnaqarası baxmaq olmaz. Təbii ki, biz də arzulamarıq ki, bütün bu baş verən qızışdırıcı hadisələrin altından rəsmi Tehranın əli çıxsın. Ancaq ehtimallar var ki, belə dini qruplar özbaşına deyillər.
-Bəlkə bir qədər konkretləşdirəsiniz. Yəni, hansı qüvvələr münasibətləri pozmağa çalışır?
- Düşünürəm ki, İranla münasibətlərin pozulmasından ötrü bəhanə kimi irəli sürülən Azərbaycanın İsraildə səfirlik açması faktı, rəsmi Tehrandan çox, Kremli narahat edən xüsusdur. İsrailin Azərbaycanla qarşılıqlı olaraq xüsusi münasibətlər qurması, mən belə ehtimal edirəm ki, daha çox Rusiyadakı hakim dairələri narahat edir. İsraildə bu günə qədər səfirliyimizin açılmasına Rusiya mane olur desək, bəlkə yalan olmaz. Məsələ burasındadır ki, Rusiya bütün hallarda Azərbaycanın müstəqil xarici siyasət yürütməsini, strateji tərəfdaşlarını özünün seçməsini istəməyən ölkədir. Kim nə deyir desin, Rusiya İsrailin Azərbaycanla hərbi-siyasi, kəşfiyyat, iqtisadi və ümumiyyətlə, strateji əlaqələrinin dərinləşməsində maraqlı deyil. Bu planda İsraillə düşmən olan İranı qızışdırıb ortaya atan da rəsmi Moskvadır. Rusiya başa düşür ki, Türkiyə ilə, ardınca da İsraillə bütün strateji sahələr üzrə dərin əlaqələr yaratması və bu əməkdaşlıgı inkişaf etdirməsi Azərbaycanın tamamilə Rusiyanın orbitindən çıxmasına gətirib çıxara bilər. Bu baxımdan, mən Azərbaycanın guya məhz İranın diqtəsi ilə İsraildə səfirlik açmasını ləngitməsinə inanmıram.
Hər nə qədər də cənub qonşumuz böyük və imperialist dövlət olsa da, orada yaşayan qırx milyona yaxın soydaşımızın varlığı real bir faktdır və bu, bizim üçün İran isteblişmentinə təsir etmək baxımından ciddi mənada hibrid siyasi təzyiq imkanları yaradır. Azərbaycan dəyişən dünyada öz təhlükəsizlik tədbirlərini nəinki öz sərhədləri daxilində, fürsətlər varkən onun xaricində də qurmağı bacarmalıdır. Bundan ötrü xaricdə yaşayan, xarici ölkə vətəndaşlığı olan azərbaycanlılarla işi gücləndirməkdə fayda var. Elə buna görə də, biz İranla münasibətlərimizin üzərində həddindən çox əsmək, ehtiyat etmək siyasətinə yenidən baxmalıyıq. Azərbaycan dövləti ona hər mənada, xüsusilə mənəvi olaraq bağlı olan milyonlarla soydaşımızın mövcudluğunu siyasi faktora çevirib elə effektiv mexanizm qurmalıdır ki, İranın Azərbaycana qarşı zaman-zaman qonşuluğa yaraşmayan siyasətinin qarşısını ala, yersiz hücumlarını dəf edə bilək.
-Amma görünən odur ki, İranın hakim dairələri də bəzi hallarda Azərbaycanın ünvanına təhdid dolu fikirlər səsləndirir...
-İranın hakim dairələri reallıq hissini itirməmək şərtilə Azərbaycanla münasibətlərində son dərəcə ehtiyatlı olmalıdırlar və ümumiyyətlə, ölkəmizin dövlət quruluşuna qarşı müəyyən dini-radikal çağırışlar edən bəzi dindar çevrələrə lobbiçilik etməyə son qoymalıdır. Məsələ bundadır ki, Azərbaycan İranla səmərəli əməkdaşlıqlara ehtiyac duyduğu kimi, İranın da Azərbaycanla normal əlaqələrə ehtiyacı var. Sirr deyil, məhz qonşu dövlətlərin münasibətlərinin nəticəsidir ki, Tehran ABŞ-ın iqtisadi sanksiyaları qarşısında hələlik duruş gətirə bilir – bu öldürücü sanksiyalara bir çox hallarda Qərbdən asılı olan nə Azərbaycan qoşulur, nə də qardaş ölkə Türkiyə. Tehran məsələnin bu tərəfini doğru hesablamağı bacarmalıdır. Xüsusilə Ukrayna-Rusiya savaşı fonunda Qərbin, konkret desək ABŞ-ın Azərbaycana və Türkiyəyə tərəf seçməklə bağlı təzyiqlərinin artdığı bir zamanda, İranın ölkəmizə qarşı hansısa məkrli planların içində olmasını arzulamazdıq, çünki bu prosesin sonunda uduzan tərəf elə Tehran özü olacaq.
Müharibədə Azərbaycana məğlub olmuş Ermənistanın İsraildə səfirlik açmasından sonra ehtimal edilirdi ki, Tehranla İrəvanın münasibətləri soyuyacaq. Ancaq göründüyü kimi, heç nə baş vermədi. İrəvan rahatlıqla İsraildə səfirliyini açdı və İranla da münasibətlərini yenə əvvəlki qaydada davam etdirir. Məsələyə mənəvi aspektdən yanaşsaq, hətta Azərbaycanla olan dini təəssübkeşlik, ortaq İslam dini və məzhəb bağlılığı belə İranın teokratik molla rejimini ermənilərlə "dostluq və qardaşlıq" münasibətlərinə yenidən baxmağa məcbur edə bilmir. Təbii, İranın Ermənistanla dillərə əzbər qardaşlığının özünəməxsus incə oyunu da yox deyil. İran bu davranışla Qərbə, xüsusilə də Avropa ölkələrinə mesaj verir ki, baxın, Azərbaycan və Türkiyənin illərdir blokadada saxladığı, məngənədə sıxdığı xristian qardaşlarınız ermənilərə İran olaraq biz nəfəslik vermişik, məhv olmalarının qarşısını almışıq. Bununla Qərb paytaxtlarından İrana qarşı münasibətdə yumşalma elementləri gözləyən rəsmi Tehranın, bəllidir ki, qlobal planda kollektiv Qərbdən öz alacaqları, dividentləri var.
Ona görə də soruşuram: Azərbaycan xarici siyasət prioritetlərini müəyyənləşdirərkən bunu niyə İranla, yaxud Rusiya ilə razılaşdırmalıdır?! Yaxşı xatırlayıram ki, bir neçə il qabaq rəsmi Bakı elan etdi ki, bundan sonra balanslaşdırılmış siyasətdən daha çox, milli və strateji maraqlara cavab verən siyasət yürütməyə başlayacaq. Bu isə o demək idi ki, verilən bütün qərarlarda İran və ya Rusiyanın maraqları yox, məhz Azərbaycanın maraqları üstün tutulacaq. Bu mənada biz belə hesab edirik ki, Azərbaycan hökuməti iddia elədiyi kimi, əgər gerçəkdən müstəqil xarici siyasət aparmağı hədəf seçibsə, o zaman "Moskva nə deyər", yaxud "Tehran nə deyər" sual-cavabından tədricən imtina etməlidir. Əlbəttə, regional geosiyasi məsələlərlə bağlı verilən qərarlarda, atılan addımlarda qonşu dövlətlərin mümkün reaksiyasını ölçüb-biçmək xarici siyasət idarəmizin əsas işidir, bunsuz olmaz. Ancaq aşırı dərəcədə qorxaq siyasətə də gərək yoxdur, ələlxüsus NATO ölkəsi Türkiyə kimi, artıq dünya miqyasında regional güc mərkəzinə çevrildiyi qəbul edilən bir ölkə ilə müttəfiqsənsə.
Biz də başa düşürük ki, regionda həyata keçirilən bir sıra geoiqtisadi meqa-layihələrdən kənarda qalmayıb öz payını almaq üçün, siyasi alver predmeti kimi, İran hökuməti Bakıya qarşı İsraili boykot siyasətinə bir “müsəlman həmrəyliyi” məzmunu verməyə cəhd edir. Tehran unudur ki, azərbaycanlılar çörəyi qulağına yemir və biz də yaxşı görürük ki, aparıcı müsəlman ölkələrinin bir çoxunun İsraillə sıx diplomatik münasibətləri var. Elə ondan danışaq ki, son vaxtlar, xüsusilə Donald Tramp ABŞ prezidenti olduğu ötən illərdə bir sıra ərəb ölkələrinin İsraillə münasibət qurmağa başladığını və bu gün də davam etdirdiyini kimsə dana bilməz. Yəni müsəlman dünyası İsraillə heç də İran qədər düşmən deyil. Belədə, "Ərəb Dövlətləri Liqası Azərbaycana beynəlxalq dəstək verən qurumlardan olduğu üçün, Azərbaycan İsraildə səfirlik açmağa risk eləmir" arqumentlərinin də elə bir mənası qalmır. Belə olduğu təqdirdə, Tehranın Azərbaycana yönəlik siyasətinə Bakı-Yerusəlim münasibətləri üzərindən forma vermək cəhdləri qeyri-ciddi bəhanədən başqa bir şey deyil.
Hətta İranın öz daxilində xalqın bu məsələlərlə bağlı ictimai-siyasi baxışı, problemə münasibəti fərqlidir. Son vaxtlara qədər İranda keçirilən bütün aksiyalarda İran hökumətinin istər İsrailə qarşı siyasəti, istərsə də Fələstin probleminə qarşı həssaslığı insanlarda ikrah hissi oyadıb. Küçələrə çıxan iranlıların "Bizi Fələstin problemi yox, bizi İsraillə düşmənçilik yox, İranın öz daxili problemləri maraqlandırır" şüarları cənub ölkəsində real durumu əks etdirən gerçək tablodur. Çünki qonşu İranda sosial-iqtisadi vəziyyət, kasıblıq, yoxsulluq, hüquqsuzluq, dünyadan təcrid elə dözülməz şəkil alıb ki, insanlara ölkələrinin regional planda güc faktoruna çevrilmək qayğıları o qədər də səmimi gəlmir. Üstəlik, İsrail özü səfirliyin açılmasını Fələstin problemilə şərtləndirməkdən uzaqdır. Bütün bunları bir daha yan-yana düzüb təhlil edəndə anlaşılır ki, geosiyasi reallıqların və şərtlərin sürətlə dəyişdiyi regionumuzda Tehran və Moskva çox tələsirlər, bu tələskənlik onları bölgənin digər ölkələrinə münasibətdə ard-arda yanlışlar etməyə təhrik edir ki, bunun da sonu hər iki ölkənin nə vaxtsa parçalanması perspektivlərini aktual edir və bütövlükdə bölgəyə müsbət heç nə vəd eləmir.
Xəbərin oxunma sayı : 712
Müsahibə
Xəbərlər
-
Səhiyyə Nazirliyində BMT-nin İqtisadi və Sosial Komissiyasının İcraçı katibi ilə görüş keçirilib
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Deputat: Ermənistan Qərbi azərbaycanlıların qayıdış hüququnu tanımalı və təmin etməlidir
-
Koronavirusun təhlükəli ştamı yayılıb
-
“İran-İsrail münaqişəsi təkrarlanmamalıdır“ - Van İ
-
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi
-
Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO
-
Seren Serengil azərbaycanlı gənclə işbirliyi qurdu - Fotolar
-
“Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq“ - Məhəmməd Salah
-
Prezident Xankəndidə keçirilən Zirvə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
Tikinti materialları bazarında bahalaşma və durğunluq var - VİDEO
-
“Reo-Med Tibb Mərkəzi“də yoxlama - Pozuntular aşkarlandı
-
Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir - Şok nəticələr
-
“Dedilər qaz, meyiti basdır” - Zərərçəkmişlər danışdı
-
Gənclərin qanlı hesablaşması - biri qətlə, digəri xuliqanlığa görə mühakimə olunur
-
Bakıda küçələrdə “kahinlər“ peyda oldu - VİDEO
-
Türkiyədə meşə yanğınları: 500-dən çox xəsarət alan var
-
Ən çox gəlir əldə edən türkiyəli məşhurlar - SİYAHI
-
Rusiya səfiri Ermənistan XİN-ə çağırıldı - Nota verildi
-
Gələn həftədən Azərbaycanda istilər başlayacaq - Xəbərdarlıq
-
Pezeşkianın Azərbaycan səfəri başa çatdı - FOTO
-
Müəllim olmaq istədi, 5000 manat pulu ələ keçirildi - Dələduzluq
-
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO
-
Şuşada İlham Əliyev liderlərin şərəfinə ziyafət verdi - FOTO
-
Tramp Çinə səfər edə bilər - “Bloomberg”
-
Prezident Xankəndidə Ərdoğanla görüşdü - FOTO
-
Əliyev, Pezeşkian və Ərdoğanın ən səmimi görüntüsü - VİDEO
-
Deputatlar daha 15 məsələni müzakirəyə çıxaracaq - Siyahı
-
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb - FOTO
-
“Əcəmi Mall”da qanunsuz tikintiyə kim icazə verib? - FOTOFAKT
-
“Virus hələ də bizimlədir” - Səhiyyə Nazirliyi xəbərdarlıq edir
-
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatdı - FOTO
-
Əliyevlə Pezeşkianın görüşü oldu - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
-
İtkin düşən 3 hərbçi Kəlbəcərdə dəfn edildi - FOTOLAR
-
Almaniya ordunu ikiqat gücləndirir - Könüllü hərbi xidmət qayıdır
-
Bakının ortasında kanalizasiya “fəlakəti“ - Qurumdan açıqlama
-
Liderlər çay süfrəsi arxasında - Fotolar
-
“ABŞ-ın dəstəyi ilə İsrail Yaxın Şərqin taleyini girov altına alıb“ - Məsud Pezeşkian
-
Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı
-
Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub - Şahbaz Şərif
-
Baş prokuror Yardımlıda vətəndaş qəbulu keçirdi - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqələrində dəyişiklik edilir - Milli Məclis təsdiqlədi
-
Kiçik çavuş həbs edilib - “TikTok”da tanış olduğu sevgilisini şantaj edirmiş
-
“Hindistan Pakistana qarşı sudan silah kimi istifadə edir“ - Şahbaz Şərif
-
Yağış yağacaq, külək güclənəcək - Sabahın havası
-
Avtomobil almaq istəyənlərin nəzərinə - Bu maşınlar bahalaşacaq
-
“Biz göstəriciyə görə dünyada ön sıralardayıq” - Prezident
-
“Qəbələ“ Futbol Akademiyasının fəaliyyəti məhdudlaşdırılıb - Açıqlama
-
“Vəsiyyətnamə yoxdursa, ögey şəxslər vərəsə ola bilməzlər“ - Ali Məhkəmə
-
“Azərbaycanın xarici valyuta ehtiyatları 74 milyard dollardan artıqdır” - Sahil Babayev
-
Naxçıvanda şok hadisə - Deputat sakini döydü
-
Xankəndidə Zirvə görüşü keçirilir - FOTO/CANLI
-
Prezident Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Ərdoğan Azərbaycana səfərə gəlib - FOTO
-
“Tramp iyulun 7-də Qəzzada atəşkəs elan edəcək“ - İsrail mətbuatı
-
Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? - VİDEO
-
Konstitusiya Məhkəməsinə 4 hakim təyin olundu - ADLAR
-
Merkel Trampla yaşadığı qalmaqaldan danışdı - VİDEO
-
Bu şəxslərə 6 min manat birdəfəlik müavinat veriləcək - Deputat açıqladı
-
Ceyhun Bayramov Pakistan XİN başçısı görüşdü - Xankəndidə
-
Pezeşkianın Azərbaycana səfərə gəldi - FOTO
-
Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT
-
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər“ - Çevriliş planının detalları + VİDEO
-
Tacikistan prezidenti Füzuli rayonunda belə qarşılandı - FOTO
-
Rusiya Ukraynaya kütləvi hava zərbəsi endirib: Kiyevdə çoxsaylı dağıntılar var
-
Məktəbdən çıxan müəllimənin başına torba keçirib qaçıranlar azadlığa çıxdı - TƏFƏRRÜAT
-
“ABŞ Ukraynaya hərbi yardım göndərməyə davam edir“ - Tramp
-
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
-
Azərbaycan və Özbəkistan strateji tərəfdaşlıq modelini gücləndirir
-
Aygün Kazımova bu dəfə misirli xanım obrazında - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Bu sahələrdə çox sayda işçiyə ehtiyac var - VİDEO
-
Putin və Tramp telefonda danışdılar - Ukrayna, Suriya, İran məsələləri müzakirə edilib
-
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - FOTO
-
Moskvada 2 azərbaycanlı “qanuni oğru“ saxlanıldı - VİDEO
-
Fərid Əsgərov yeni vəzifəsində ilk dəfə görüntüləndi - VİDEO
-
Əsir və girovlarımızın başına nələr gətirilib? - Məhkəmə
-
Kurskda Rusiya generalı öldürüldü - Ukrayna ordusundan uğurlu əməliyyat
-
Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - QƏRAR
-
Vüqar Səfərlinin şikayəti rədd edildi - Ali Məhkəmədən qərar
-
“Razılaşdıq ki, birlikdə gələcəyik” - İlham Əliyev
-
Alatavadakı qalmaqallı mülk söküldü - Razılığa gəldilər
-
“18-ci sanksiyalar paketi Rusiya iqtisadiyyatının ürəyinə zərbə vuracaq“ - Leyen
-
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdi - Fotolar
-
“Sputnik-Azərbaycan“ işi: beş nəfər polis nəzarətinə verildi
-
İki dost dövlət arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir
-
Məktəbli qızları təqib etdi, həbs olundu - Məhkəmədə özünü belə müdafiə etdi
-
Zirvə görüşünün iştirakçıları “Zəfər“ şousunu izlədi - FOTOLAR
-
Bakıda bu yollarda təmirlə bağlı hərəkət məhdudlaşdırıldı - Siyahı
-
Abituriyentlərin şikayətləri araşdırılıb, bəzilərinin imtahan balları artırılıb - DİM-dən açıqlama
-
27 il hakimlikdən sonra Konstitusiya Məhkəməsindən getdi - Yerinə oğlu gəlir
-
Əl yükündə ölkəyə 547 karat brilyant keçirmək istədi - Fotolar
-
Azərbaycanda heyvanların sığorta xərci açıqlandı: Qoyunlar 7-11 manat, inəklər isə...
-
Masazır qəsəbəsində sənədsiz evlərin tikintisi davam edir - FOTO/VİDEO
-
Nazirlikdən küləkli hava ilə bağlı - Müraciət
-
ABŞ Azərbaycana yeni diplomat göndərir - Emi Karlo kimdi?
-
Bakıdakı yeni park belə olacaq - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Özbəkistan həm tarix, həm də ortaq mədəni, mənəvi və dil kökləri ilə bir-birinə yaxın və bir o qədər də zəngindir
-
Xankəndidən Şuşaya kanatla gedəcəyik - 13 dəqiqəyə...
-
Bakıda inanılmaz hadisə: Həkim vətəndaşı QİÇS-ə yoluxma təhlükəsi ilə üz-üzə qoydu
-
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb - FOTO
-
Azərbaycanda manata olan inam dolları üstələdi - 10 ilin statistikası
-
Əfqanıstanın Baş nazirinin müavini Füzulidə - FOTO
-
Konstitusiya Məhkəməsində 4 yeni hakim - ADLAR
-
Sadir Japarov Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Prezident “Xankəndi” Biznes Mərkəzinin açılışında - FOTOLAR
-
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
-
İlham Əliyev Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Azərbaycanın bu saytları Rusiyada bloklandı - SİYAHI
-
Prezident Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu - FOTOLAR
-
Agentlik sədri onu departament müdiri təyin etdi - FOTO
-
Futbol dünyası şokda - Ulduz futbolçu qəzada öldü
-
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyuldu - Fotolar
-
Bu yolda 2 aydır ki, “həyat donub“ - Təmir nə vaxt bitəcək?
-
Polisə işə düzəldəcəyini vəd etdi, külli miqdarda pul aldı - DƏLƏDUZLUQ İŞİ
-
"Adil Kərimli mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir“ - Zemfira Sadıxova
-
Rusiya Poltavaya dron zərbələri endirib - Ölənlər var
TOP 10
ARXİV