Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Təkcə yaxınları ilə yox, hamı ilə görüşə bilir” – Hüseyn Abdullayevin vəkili

Tarix 16.08.18, 14:50

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən sabiq deputat Hüseyn Abdullayevin sağlıq durumu yaxşıdır, o, təqsirləndirilən şəxs kimi bütün hüquqlarından istifadə edə bilir. 

Bu haqda “Yeni Müsavat”a onun vəkili Ruhid Əkbərov məlumat verib.

Vəkil deyib ki, Bakı İstintaq Təcridxanasında saxlanılan müvəkkilinin şikayəti yoxdur: “Saxlanma şəraiti və səhhətindən heç bir narazılığı yoxdur, qanunvericiliyə uyğun olaraq bütün hüquqları qorunur. Onun yaxınları ilə görüşür-görüşmür məsələsi ilə bağlı da deyirəm ki, qanun çərçivəsində bütün hüquqları qorunur. Görüş təkcə yaxın qohumlarla deyil, hamı ilə mümkündür”.

Vəkil müvəkkilinin ittihamla razılaşıb-razılaşmaması haqda suala “Bunlar istintaq sirridir, ona görə də Hüseyn Abdullayevin ittihamla bağlı mövqeyini açıqlaya bilmərik” deyə, cavab verib.

Vəkil bildirib ki, Hüseyn Abdullayevlə mütəmadi olaraq görüşür: “İstintaqın nə vaxt yekunklaşacağı ilə bağlı məlumat verə bilmərəm. İstintaq gedir, bitəndə bununla bağlı açıqlanma verəcəyik. Bu dəqiqə onun istintaqdan razı və ya narazı olmasını da deyə bilmərəm. Nə yeyib-içməsi ilə bağlı suala da cavab verə bilmərəm”.



Xəbərin oxunma sayı : 304




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap