Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Terrorçulara hava dəstəklərini də özləri verirlər” – Ərdoğan ABŞ -ı ittiham etdi

Tarix 18.02.18, 22:58

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan erməni terrorçuların “Asala” terror təşkilatının timsalında xarici dəstəkdən məhrum olacağı halda PKK terror təşkilatı və onun Suriya qolu PYD/YPG-nin də ömrünün qısa müddətdə başa çatacağını bəyan edib.

APA-nın Türkiyənin NTV telekanalına istinadla verdiyi məlumata görə, bu gün sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının Ankara rayon təşkilatının konfransında çıxış edən R. T. Ərdoğan deyib ki, bir zaman Türkiyənin diplomatlarına sui-qəsd təşkil edən bir terror təşkilatı sonra səssiz-sədasız yoxa çıxıb.

R. T. Ərdoğan deyib ki, yetər ki, biriləri, terrorçuların himayəçiləri əl-ayağa dolaşmasın: “Yetər ki, bu terrorçular Avropada, başqa ölkələrdə sərbəst olmasın. Xarici himayədən məhrum olan terror təşkilatı qısa müddətdə yox olacaq. Biz terrorçuları bu ölkələrə təslim edirik. Bu ölkələr terrorçuları niyə bizə təhvil vermirlər?!”.

Türkiyə prezidenti ABŞ-ın PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə yüngül, ağır silahlar, o cümlədən zirehli texnikalar verdiyini və verməyə davam etdiyini qeyd edib: “Bu terrorçulara hava dəstəklərini də özləri verirlər. Bizimlə görüşlərdə deyirlər ki, PYD/YPG-yə zirehli silahlar verməyiblər. Deyirik ki, vermisiniz, əlimizdə sübutlar var. Ancaq ABŞ bir zaman bizə nəinki pilotsuz aparatlar, hətta tapança belə satmırdı, deyirdilər ki, ABŞ Konqresi icazə vermir. Bu gün şükür, öz istehsalımız olan silahlı pilotsuz aparatlar Afrində və digər yerlərdə terrorçulara qan uddudur”.

R. T. Ərdoğan PKK terror təşkilatının Suriya qolu PYD/YPG ilə bağlı ABŞ-la müzakirə apardıqlarını, ancaq vədlərə deyil, konkret fəaliyyətə baxılacağını vurğulayıb. Türkiyə prezidenti heç bir halda terror təşkilatlı ilə mübarizənin dayandırılmayacağını da qeyd edib.




Xəbərin oxunma sayı : 190




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap