Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

“Tramp ikinci dərəcəli anti-Rusiya sanksiyalarını nəzərdən keçirir“ - Ağ Ev

Tarix 19.05.25, 22:19

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı ikinci dərəcəli sanksiyalar paketini tətbiq etməyi düşünür.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

“Düşünürəm ki, hər şey nəzərdən keçirilir. Prezidenti hər hansı öhdəlik və ya qərar qəbulunda qabaqlamaq istəmirəm, lakin bu, şübhəsiz ki, onun nəzərdən keçirdiyi və müzakirə etdiyi bir şeydir”, - Livitt Trampın daha əvvəl haqqında danışdığı ikinci dərəcəli sanksiyalar paketi ilə bağlı suala cavab verərkən deyib.

O vurğulayıb ki, Tramp məqsədinin atəşkəsə nail olmaq və bu münaqişəyə son qoymaq olduğunu açıq şəkildə bildirib. 

“O, bu münaqişədə hər iki tərəfin hərəkətlərindən yorulub və məyus olub. Prezident və komandası keçmiş prezident Cozef Baydenin əvvəlki administrasiyasının zəifliyi səbəbindən yenidən başlanmış bu çox çətin müharibəni həll etmək üçün çox çalışıb”, - sözçü əlavə edib.

Ondan ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens ilə Volodimir Zelenski arasında Romadakı görüşü şərh etməsi istənilib. 

“Başa düşdüyüm qədər, bu, yaxşı və məhsuldar görüş idi və biz vitse-prezidentə bu görüşü keçirdiyinə görə təşəkkür edirik”, - Livitt cavab verib.

Xatırladaq ki, ötən həftə İran və Rusiyaya qarşı yeni sanksiyaların mümkünlüyü barədə suala cavab verərkən Tramp “hər zaman ikinci dərəcəli sanksiyaların mümkünlüyünü nəzərdən keçirirəm” deyə cavab vermişdi.



Xəbərin oxunma sayı : 283




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap