“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Uşağıma yemək ala bilmirəm” – Azərbaycanda ana aclıqla üz-üzə qaldıqlarını deyir

Tarix 06.12.19, 9:19

Font ölçüsü : - / +
bitmap-img6


Bölgələrdə çətin şərtlərlə yaşayan insanlar var.

Onlardan biri Bizimyol.info-ya müraciət edib. Fəxriyyə Fətullayeva ailəsinin ağır vəziyyətdə olduğunu deyir.

Göyçayın Yeniarx kənd sakini danışır ki, əslində, yaşamağa daimi yerləri yoxdur. Fəxriyyə uzun müddət həyat yoldaşı Dəyanət Fətullayev ilə birlikdə fermalarda yaşayıb, müxtəlif fermerlərin heyvanlarına baxmaqla ailəni saxlamağa çalışıb. Hər iki qızını imkansızlıqdan Göyçaydakı inteqrasiya təlimli internat tipli məktəbə verib. Ailədə kiçik övlad Xədicənin vərəm meningitinə yoluxması vəziyyəti lap ağırlaşdırıb. Fətullayevlər ən son qəpiyini də müalicəyə xərcləyir.

“Nə qədər xərcimiz çıxıb. Təkcə Respublika Xəstəxanasında 1800 manat xərcləmişik. Heç müalicəni də düz aparmayıblar. Uşağın həmişə başağrısı olur. Müalicəni davam elətdirməyə gücümüz də qalmayıb. Çoxlu borclarımız var. Bax, elə bu gün həkim dərmanlar yazıb, amma gedib ala bilmirəm. Qızım normal müalicə görməlidi, yaxşı qidalanmalıdı. Nə vaxt ət yediyimizi xatırlamıram. Bu dəqiqə uşağıma yemək ala bilmirəm”, - ana belə deyir.

Dəyanət iş tapmaq üçün çox çalışıb, heç nə alınmayıb. Fərdi işlər olanda gedir, 5-10 manat qazanmağa çalışır. Amma bununla ailənin adi ehtiyaclarını da ödəmək mümkün deyil. Sosial yardım almağa da çalışıblar. Fəxriyyəyə deyir ki, daimi iş yerinin olmaması bəhanə gətirilir: “İş olsa, sosial yardımı neyləyirdik?”

Ailə bir neçə il əvvəl kömək üçün Heydər Əliyev Fonduna müraciət edib. Fəxriyyə iddia edir ki, məktubu Göyçayda açıb götürüblər: “Mən təkcə qəbzi gördüm. Yenə yazmışam, bir aydır cavab gözləyirəm. Ola bilər ki, yenə götürüblər, xəbərim yoxdu”.

Fəxriyyə məhkəmə icraçılarından da narazıdır. İkinci dəfə ailə həyatı quran qadın keçmiş həyat yoldaşından aliment ala bilmir. Fəxriyyə məhkəmə icraçılarının işinə məsuliyyətli yanaşmadığını söyləyir. Göyçay rayon Məhkəməsi 2015-ci ilin yayında alimentlə bağlı qərar çıxarsa da, qadına heç bir pul çatmayıb. Fəxriyyə ədliyyə naziri Fikrət Məmmədova da müraciət edib, məktubda Göyçay Rayon Məhkəməsinin sədri Zəfər Quliyevdən, Göyçay Rayon İcra və Probasiya şöbəsinin rəhbəri İlqar Abdurrahmanovdan şikayətini bildirib.

Zaman isə Xədicənin xeyrinə işləmir. Uşağın vəziyyəti getdikcə pisləşir. Fəxriyyə ümid edir ki, yaxın günlərdə məktublarına cavab alacaq, ona kömək əlini uzadan tapılacaq.



Xəbərin oxunma sayı : 1165




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap